VHP-20

“Biz VHP-çilər  olaraq hesab edirik ki, bizim üçün “Dünya” deyilən anlayış

VHP-nin gerbi

elə YOLdan ibarətdir və YOL dəyişmək də elə dünya dəyişmək kimi ağır bir faciədir”

 

Bu gün 26 sentyabrdır.  Vətəndaş Həmrəyliyi Partiyasının təsis edilməsindən düz 20 il ötdü. Mən siyasi fəaliyyətə VHP-də başlamışam və VHP mənim ikinci evimdir. VHP həm də bizim üçün siyasi bir məktəb və müqəddəs ocaqdır. VHP-də qazandığım dostlarım mənim əbədi yol yoldaşlarımdılar.

Biz VHP-çilər  olaraq hesab edirik ki, bizim üçün “Dünya” deyilən anlayış elə YOLdan ibarətdir və YOL dəyişmək də elə dünya dəyişmək kimi ağır bir faciədir. Lakin biz adamları çörəklə, azadlıqla, uşaqlarının taleyiylə sınağa çəkən reallıqları nəzərə almalı və insanların bu duruma düşməsinə anlaşıqlı yanaşmalıyıq.

VHP hesab edir ki, Dövlət insanların hüquq və azadlıqlarını qorumaq üçün yaradılmışdır. Onun orqanlarının bütün istiqamətləri QANUNVERİCİLİK, İCRA və MƏHKƏMƏ hakimiyyəti vətəndaşların iradəsi ilə formalaşmalıdır. Ətraflı…

Azərbaycan Xalq Cümhuriyyəti -94

Azərbaycan Xalq Cümhuriyyəti  1918-ci ildə Tiflis şəhərində Azərbaycan Milli Şurası tərəfindən bəyan edilmişdir. İrəvan şəhəri və quberniya əraziləri güzəştə gedildikdən sonra 1918-ci il mayın 28-də özünün müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 99908,86 km² təşkil edirdi.13983,1 km² ərazi isə mübahisəli ərazi kimi qəbul olunaraq gələcək danışıqlar prosesində həll olunması nəzərdə tutulmuşdu.

Ermənistana güzəşt edilən İrəvan quberniyasının ərazisi 8913,17 km² (ərazisi – Yeni-Bəyazid qəzası, İrəvan qəzasının 3/5-i, Eçmiədzin qəzasının ¼-i, Aleksandropol qəzasının ¼-i daxil idi  ; əhalisi 321 min nəfər olmuşdur ki, bunun da 230 mini erməni , 80 min müsəlman , 5 min yezidi kürd və 6 min digər millətlər) təşkil edirdi. Edilən güzəştdən sonra ermənilər Azərbaycanın NaxçıvanZəngəzur və Dağlıq Qarabağərazilənin Ermənistana birləşdirilməsi iddiası ilə çıxış etdilər. Lakin 1918-1920-ci illərdə İrəvan quberniyasından başqa əraziləri ələ keçirə bilməyən ermənilər 1920-ci il aprelin 28-də, Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra bolşeviklərin himayəsi ilə yeni ərazilər əldə etməyə nail oldular.

30 may 1918 – Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında dünya dövlətlərinə radioteleqramlar göndərilib. Dünyanın aparıcı dövlətlərinin xarici işlər nazirlikləri Azərbaycanda müstəqil respublikanın yaradılması haqqında informasiya aldılar. Radioteleqramlar İstanbula, Berlinə, Vyanaya, Parisə, Londona, Romaya, Vaşinqtona, Sofiyaya, Buxarestə, Tehrana, Madridə, Moskvaya, Stokholma, Tokioya və digər paytaxtlara göndərilmişdi

Bakı şəhəri Stepan Şaumyanın başçılığı altında Bolşevik Bakı Soveti və Daşnak silahlı dəstələrinin nəzarətində olduğu üçün, Azərbaycan höküməti müvəqqəti olaraq Gəncə şəhərində yerləşmişdir.

4 iyun 1918 – Batumda aparılan danışıqların yekunu olaraq Xalq Cümhuriyyəti ilə Osmanlı arasında “Sülh və dostluq haqqında” müqavilə imzalanıb. Müqaviləni Azərbaycan tərəfdən Milli Şuranın sədri M.Rəsulzadə və xarici işlər naziri M.Hacınski , Osmanlı tərəfdən ədliyyə naziri Xəlil bəy və Qafqaz cəbhəsinin komandanı Vahib paşa imzalamışdı. Bu müqavilə ilə Xalq Cümhuriyyəti birinci olaraq Osmanlı tərəfindən tanınıb. Müqavilədə Osmanlı dövləti Xalq Cümhuriyyətinə hərbi yardım göstərmək barədə öhdəlik götürüb Ətraflı…

Hamı 17 Mart – Gənclərin “Gələcək Naminə” mitinqinə!!!

17 Mart - Gənclərin "Gələcək Naminə" mitinqi

Gəl və haqqını tələb et!

Haqlının yanında, haqsızın qarşısında ol!!!

Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində deyilir:

I. Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır.
II. Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır.

Konstitusiya dövlətin əsas qanunudur və bütün digər hüquqi sənədlər bu qanunun prinsiplərinə uyğunlaşdırılmalıdır. Azərbaycan Respublikasının konstitusiyasında sərbəst toplaşmaq qaydaları açıq şəkildə göstərilib və burda yazılmayıb ki, mitinq üçün Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovdan icazə alınmalıdır, o «yox» deyərsə aksiya keçirmək, toplaşmaq olmaz.

Biz, Gənclərin Hüquqlarını Müdafiə Komitəsi olaraq 17 mart 2012-ci il tarixində mitinq keçirmək istəyirik. Mitinqin şüarları bunlardır: «Qarabağ!», «Rüşvətə yox!», «Siyasi məhbuslara azadlıq!». Gəlin bu şüarların aktuallığına və şüarların dəyərlərinə bir-bir nəzər yetirək: Ətraflı…

XX əsrin faciəsi – Xocalı soyqırımı

XX əsrin faciəsi – Xocalı soyqırımı

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər. Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur. Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular.

Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan:
uşaqlar – 63 nəfər;
qadınlar – 106 nəfər;
qocalar – 70 nəfər 8 ailə tamamilə məhv edilmişdir;
25 uşaq hər iki valideyninin itirmişdir;
130 uşaq valideynlərindən birini itirmişdir;

487 nəfər yaralanmışdır, onlardan:
uşaqlar – 76 nəfər;
1275 nəfər əsir götürülmüşdür:
150 nəfər İtkin düşmüşdür:
Dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mld.rub dəyərində ziyan vurulmuşdur: Ətraflı…

hirsli BƏYİM

Bəyim Həsənli

Gənc bloqçu Bəyim Həsənlinin bloqunda: “Hər dəfə pozulan mülkiyyət hüquqları ilə bağlı tədbirlərdə çox böyük əsəb gərginliyi yaşayıram. Bir gənc kimi bütün varlığımla bir daha, bir daha nifrət edirəm bu hakimiyyətə. Tədbirlərdə vəkillərin, zərərçəkmişlərin və digərlərinin çıxışlarında aydın olur ki, bu heç də mülkiyyət hüququnun pozuntusu deyil. Bu sadəcə vəhşilikdir. Acgözlük, qeyri – insanilikdir. Bizim davamız dörd divar deyil. O uçurulmuş divarların altında qalan insanlıqdır. Yoxsul, savadsız insanları əzmək, daha da yoxsul, daha da aciz duruma gətirmək üçün nələr etmirlər ki, bir bilsəniz”.

Və mən onun,  cəsarətli dostumun haqqında yazacam. Coxu onun kimi düşünmür, düşünə bilmir. Bunları görən və düşünən vicdanlı insanlardır…

Bloqlarda “ad cək” kampaniyası çərcivəsində növbəti “adını çəkdiyim” şəxs BƏYİMDİR!

Tanıdaq:

O, sosial şəbəkələrdə Bəyim, silahdaşları arasında Cəbhəçi Bəyim, evlərində Anabəyim, ictimai sektorda həm Bəy, həm Xanım, mənimsə nəzərimdə Hirsli BƏYİMDİR…

Bu xanıma baxanda adam özünü itirir, ondakı qəzəb, hirs və mübarizə əzminə bax ee…

Bəyim azsaylı gənc xanımlardandır ki, müxalfətçilərə qoşulub. Yəni “cəsarətli mübarizə yolunun gənc əsgərlərindəndir”. O, həm mitinq və piketlərdə fədakarlıq və prinsipiallıqla sözün deyir, həm də bloqçu kimi fikrini cəmiyyətə çatdırır. Ətraflı…

Pozitiv insan

Ülvi Həsənli Hipermilli

A bəy…

Bloqlarda adçəkmə həftəsi keçirilir. Düşündüm ki, mən nə deyim və ya kimdən yazım … və yadıma müsbət enerji mənbəyi Ülvi Həsənli Hipermillidən söz açmaq düşdü…

Ülvi pozitiv insandır, adam ona baxanda müsbət enerji alır. Düzdür, insanı tərifləməzlər, gərək olanı deyəsən. Ülvinin dostları deyir ki, bu adam cox intelektual və informasiyalı adamdır, bir eybi var ki, o da tənbəllikdır… Nə bilim!

Ülvi ictimai sektorda cox fəaldır. Gəncədə anadan olub, Dövlət Neft Akademiyasının tələbəsi olub, siyasi baxışlarına və fəallığına görə universitetdən “qovulub”, özü deyir ki, yaxşı ki, qovuldum, yenidən Turizim Unversitetinə daxil oldum. Bu dəfə daha cox bilik əldə etdim. O, “Dalğa” gənclər hərakatının 2-ci başqanı olub, sonra istefa verib və ictimai sektorda yenə aktiv olub, bir qrup enerjili gənclə “Azad Gənclik” Təşkilatını təsis edənlərdən biri olub, bu gün təşkilatın lideri, istefada olan sədri, sədrliyinə yenidən namizədidir. Necə deyərlər, cox böyük gənclik ordusu yığıb başına…

Ülvi gənclərin sevimlisidir və hər kəs onun dostluq etimadını qazanmağa çalışır. Ətraflı…

Məhəmməd Əmin Rəsulzadə (həyat yolu)

Məhəmməd Əmin RəsulzadəAzərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaybaycan Xalq Cümhuriyyətini təməl daşını quranlardan olan, sonralar ömür yolu, həyatı zəngin və keşməkeşli hadisələrlə dolu bir dastana çevrilən, xalqımızın ölümsüz lideri Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Atası din xadimi olsa da, həyata açıq gözlə baxmış, məktəb yaşına çatmış oğlunu şəriət dərslərini yox, dünyəvi elmləri öyrənməyə yönəltmişdir. Onun, oğlunu məşhur pedaqoq S.M.Qənizadənın (1846-1942) müdir olduğu ikinci “Rus-müsəlman” məktəbinə qoyması gələcək mütəfəkkirin taleyində böyük rol oynamışdır. Buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirmişdir. Onun inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə “Müsəlman gənclik təşkilatını yaratmışdır (“Azərbaycan türk kultur dərgisi”, Ankara No269, 1989-cu il, səh.49). Bu XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.
Ətraflı…