Əsas səhifə > Ümumi > «Diplomat»ı kim himayə edir?

«Diplomat»ı kim himayə edir?

Ölkədə siyasi sabitliyi qorumaq uğrunda dövlətimiz ciddi ləyaqətli-mətanətli-dəyanətli-sədaqətli addımlar atır.

İbadət etdiklərinə görə ciddi qanun pozuntusuna yol verən və ölkəmizin dünyəvi imicinə sarsıdıcı zərbə vuran möminlər həbs edilir, onların çevriliş etmək niyyətiylə yastıqlarının altında gizlətdikləri tank, döşəklərinin altına soxduqları və «Lazım kimi» gələndə istifadə edəcəkləri ehtimal olunan S300 zenit-raket qurğuları, kitabxanalarında qoruduqları «DIN kitabı» adlı nüvə başlıqları tapılaraq müsadirə olunur.

Hökumət bir daha sübut eləyir ki, bu ölkədə icazəsiz quş uça bilməz! Bəs, necə? Axı, «rastamoşka» olunmayan quş özüylə quş qripi gətirə bilər ki, bu da dəyanətli xalqımızın səhhətinə ziyan eləyər.

Ölkə vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə dövlətimiz hər bir vətəndaşı güdür, insanlarımızın yatanda hansı yuxu gördüyü də nəzarət altındadır! Amma…

Bu lənətə qalmış «amma» olmasaydı, dövlətimizin keşiyində duran hüquq-mühafizə orqanlarının sayıqlığına və ayıqlığına qəti şübhə qalmazdı.

Ölkədə Tahir Süleymanov adlı adamın varlığından polislərimiz, «emteen»çilərimiz xəbərsizdir. Süleymanov çox uğurlu, aldadıcı manevrləri ilə hamını mat vəziyyətinə salıb. Adamın özünü demokratik dəyərlərin daşıyıcısı kimi aparmadığından, onun Bəxtiyar Sadıqovun təzəcə üzə çıxardığı ABŞ kimi rəzil, eybəcər dövlətin şpionu olduğunu müəyyənləşdirmək olmur.

Süleymanov gizlicə, heç kəsin xəbəri olmadan, hüquq-mühafizə orqanlarından oğurlanaraq bir «Diplomat» qəzeti də çıxarır. Cəmi-cümlətani bir neçə min tirajla çıxan qəzeti məharətli, ayıq, sayıq, dönməz polislərimizin gözündən yayındırıb köşklərdə satdırır. Birinci səhifəyə «ümummili» və «postmilli» liderin şəklini vurmaqla iz azdırır, hamı elə güman eləyir ki, bu insan hakimiyyəti neyləyir?

Dəstəkləyir!

Əslində isə sonrakı 15 səhifəsində PKK-nı «Azadlıq təşkilatı» kimi təqdim edir, terrorçu liderlərilə palaz-palaz müsahibələri çıxır, kürdlərin taleyi ilə bağlı Azərbaycan hökumətinə təkliflər verir.
O, Kürdüstan Demokrat Partiyasının qurultayı ərəfəsində Cəlal Tələbani, Məsud Bərzani və digər kürdlərlə görüşür, hətta vətənpərvərliyi tutub Türkman Cəbhəsinin liderinə də baş çəkir…

Məsud Bərzaniylə görüşündə Türkiyədə olduğu kimi Azərbaycanda da “Kürdüstan dövlətinin” nümayəndəliyinin açılmasının vacibliyini önə çəkir. Adam bir diplomatdır, sanki – Dövlət tərəfindən görəvləndirilmiş diplomat! Kürd nümayəndəlikləri arasında siyasi-mədəni əlaqələrin güclənməsinin vacibliyi barədə mülahizələr irəli sürür, Dövlətin dış siyasətini müəyyənləşdirən təhlillərlə çıxış edir.

Mən adamın «Diplomat» qəzeti buraxan kimi dönüm Elmar Məmmədyarov olduğunu bilmirdim. Adam bəzi məqamlarda lap irəli gedir, Azərbaycanın bəzi ərazilərinin «tarixi Kürdüstan» torpaqları olduğunu bəyan edir!

Onun müdrik kəlamlarından biri də bu: «Artıq Ermənistan yaxın zamanlarda Kürdüstanda konsulluq açmağa hazırlaşır və biz onları qabaqlamasaq, bu dəfə də mənfur düşmənlərimizə uduzacağıq».

Aha, «bu dəfə də uduzacağıq»?

Yoox, həzarat, bu artıq dövlətimizi təhqir deməkdir! Deyir ki, «bu dəfə də uduzacağıq»! Ta bilmir ki, biz artıq diplomatik sahədə ermənilərin üzərinə 3 ildir hücuma keçib, onları bütün sahələrdə sıxışdırırıq.
Hörmətli yapistlər, T.Süleymanovun hər hərəkətinə, həftə-səkkiz, Süleymanov doqquz Iraqa gedib-gəlməsinə, Azərbaycan torpaqları və xalqı haqda yazdıqları kəlamlara, hətta ərazilərimizi «pay-püş» eləməsinə dözümlü yanaşdığınızı bilirəm.

Hətta ötən il BDU-da «Diplomat» qəzetini cırıq-cırıq edən tələbənin təhsilini «cırıq-cırıq» etməyiniz də bu dözümün nəticəsidir. Axı, «Diplomat» demir ki, vəzifədən istefa verin, biz gəlirik! Deyir, torpaqdan cıqqan bizə də verin – buna dözümlü yanaşmaq əlbəttə ki, olar!

Ancaq artıq Süleymanov siyasətə qarışıb, ermənilərə hər sahədə uduzduğumuzu deyir. Məncə, hörmətli yapistlər, buna dözməməyiniz gərək!

Hesab edirəm ki, bir az da dözsəniz, Süleymanov Azərbaycanda Öcalana vəzifə istəyəcək və gül kimi sabit vəzifə kreslolarının içinə zibil qoyacaq.

Süleymanova separatçı olduğuna görə güldən ağır söz deməməyinizin hikmətini anlamaqda bir az çətinlik çəksəm də, «Azərbaycanın hər sahədə uduzması» fikrindən sonra bəlkə onun evinə bir göz atasınız

Nooldu, möminlərin namaz qıldığına görə Irana bağlılıqları və Döşəklərinin altındakı tankları üzə çıxa bilir, amma PKK-çı liderlərlə günaşırı görüşən Süleymanovun PKK-ya bağlılığı və evindən əldəqayırma limonkası çıxmır?

Çıxmaya da bilər – axı, Azərbaycanda PKK terror təşkilatı kimi tanınmır…

P.S Yazı abzas.net-də dərc edilib http://abzas.net/index.php?mod=news&act=view&nid=32034

Kateqoriyalar: Ümumi Etiketlər: , , , , , , ,
  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: