Əsas səhifə > Ümumi > Elnur Astanbəyliyə məsləhət

Elnur Astanbəyliyə məsləhət

Dəyərli «Azadlıq» qəzetinin köşə yazarlarından olan Elnur Astanbəylinin hər kəsə qarşı patoloji bir nifrətlə baxdığı onun yazılarından bəllidir. Elnur bəy sanki  kindən, nifrətdən yoğrulub və şəxsi ambisiyalarını ictimailəşdirmək onun amalıdır.

Dünən o, növbəti dəfə şəxsi qərəzini «ümumiləşdirmə» fürsəti qazanıb və VHP sədri Sabir Rüstəmxanlıya qarşı fərdi antipatiyasını qələmə alıb. Fürsət Sabir Rüstəmxanlının sədri olduğu Azərbaycan Dil Qurumunun mətbuata müraciəti, səbəb isə Elnur Astanbəylinin şəxsi intriqasıdır.

Astanbəyli bəhanəyə belə başlayır: «Sabir bəy Amerika kəşf etmir, bu mövzunu jurnalistlər də öz aralarında çox dartışır».

Sabir bəyin yeni dil normaları yaratmaq və Amerika kəşf etmək istəyini Elnur hardan çıxartdı? Müraciətdə jurnalistləri dil normalarına riayət etməyə dəvət var, başqa heç nə! Elnur bəyin dediyi kimi, jurnalistlər bunu öz aralarında dartışırsa, lap yaxşı, Azərbaycan Dil Qurumu da onların müzakirəsinə qoşulub. Burda tənqid ediləsi nə var?

Tənqid ediləsi bir məqam varsa, o da problemin «jurnalistlər arasında dartışıldığı» haqda məlumat verən Elnur Astanbəylinin həmin yazıda «Avronevs» adını «Euronews» kimi yazmasıdır. «Ali təhsilli dilçi» olduğunu söyləyən Elnur bəy belə yazmağı «savadına və dartışmalarına» necə sığışdırır?

Elnur bəy bir neçə gün öncə «Sabir Rüstəmxanlının Türkiyədən başqa da bir ölkəyə səfər etdiyini nə vaxt oxuyacağıq» deyə sual etmişdi və ona cavabımızı etika xatirinə yenə təxirə saldıq.

Çünki təkcə dekabr ayında Sabir Rüstəmxanlı Almaniya, Fransa, Türkiyəyə işgüzar səfərə gedib və İslam Konfransı Təşkilatı Parlament İttifaqı Şurasının fövqəladə konfransına qatılmaq üçün sabah Əbu-Dabiyə yola düşür.

Onun Sabir Rüstəmxanlıya antipatiyası Şahbaz Xuduoğlunun Milli Kitab Mükafatı müsabiqəsinin münsiflər heyətində təmsil olunmasından sonra daha da kəskinləşib. Elnur bəyin düşündüyü kimi düşünməyən ən yaxın dostları da «qara siyahıya» buna görə düşüb və o, bütün ətrafına nifrinlər yağdırmaq, hikkəsini çıxarmaq istəyir.

O qədər hisrlənib ki, Rasim Qaracanın dövlətdən qrant alması əleyhinə də gedib və bu korrupsioner, rüşvətxor rejimdən vəsait almağın vicdana sığmadığını dilə gətirib. Sonra da R.Qaracanı «ölkədəki siyasi köləliyin dəyənəklərindən olan Sabir Rüstəmxanlının hansısa qurumunda sədr müavini olmaqda» suçlayıb.

Birincisi, R.Qaraca Sabir Rüstəmxanlının heç bir qurumunda müavin deyil. İkincisi, Sabir Rüstəmxanlının «hansısa qurumunda» müavin olmaq «Unikal» qəzetinə redaktorluq etməkdən pis sayılmamalıdır. «Unikal» qəzetində işləmək, əlbəttə ki, ayıb bir şey deyil. Amma adam başqasına xurma yeməməyi məsləhət  görəndə, gərək birinci özün yeməyəsən!

Sabir Rüstəmxanlını «ölkədəki siyasi köləliyin dəyənəklərindən» adlandırmaq isə siyasi tərbiyəsizlikdir.

Özünü mübariz, cəsarətli adam kimi təqdim edən Elnur Astanbəyli guya demokratik dəyərlər uğrunda savaşır, inhisarçılığa, haqsızlığa qarşıdır, amma onun köşələrinin böyük əksəriyyəti ya öz yaxın ətrafının, ya Yazıçılar Birliyinin, ya da ayrı-ayrı ziyalıların tənqidinə, təhqirinə həsr olunur.

Ölkə vətəndaşlarını əzən, tapdayan rejim qalıb bir kənarda, Elnur bəy şəxsi münasibətlərinin üstündə yazılar qurur, işi-gücü vicdanlı adamları zor-güclə hakimiyyətə işləməkdə suçlamaqdır. Elnur bəy dəyərli insanları zəlil edən hakimiyyəti və onun qurduğu sistemi suçlamaq əvəzinə ayrı-ayrı fərdlərin üstünə gedir. Hamı pismiş, hamı yamanmış, Elnur Astanbəylidən başqa! Bu nə düşüncədir?

Elnur Astanbəyli öz elektron poçtunu «murdar81» adlandırıb. Amma özünə nə ad verməsindən asılı olmayaraq, mən Elnur bəyi dəyərli bir ziyalı kimi görmək istəyirəm. Qurd ağacı içindən yediyi kimi, kin və nifrət də insanı yeyib tükədir. Elnur bəyə məsləhətim odur ki, öz qabiliyyətindən azad cəmiyyət quruculuğu yolunda istifadə etsin, hədəfini müəyyənləşdirsin, nə istədiyini bilsin!

P.S Yazı abzas.net-də dərc edilib; http://abzas.net/index.php?mod=news&act=view&nid=31994

  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: