Əsas səhifə > Ümumi > Bura Azərbaycan, biz Azərbaycanlıyıq….

Bura Azərbaycan, biz Azərbaycanlıyıq….

Biz, Azərbaycanlıyıq…… Bu söz hər zaman məni düşündürür! Niyə? Çünki bir mənfi və utanc gətirən nəsə olsa BU SÖZ bizim yadımıza düşür… Özümüz-özümüzü aciz hesab edirik….

Bu gün dünyada qloballaşma gedir, hər kəs haqqını tələb edir. Tunis, Misir, Yəmən göz önündədir. Qonşumuz gürcülər kimi də deyilik  ki, haqqımızı tələb edək… etiraf edək ki, qorxuruq…. Nədən, bilmirəm..

Adicə “JEK” müdiri də bizi əzir, bir arayışı 20 manata verir, söz deyə bilmirik… Cünki Azərbaycanlıyıq və BELƏ DƏ OLMALIDIR….

Əli Həsənov deyib ki, hec kim göyərti satan axtarmsın yandırmağa… Məntiqə bax…

Yol polisi, PPX gündə birin vurub öldürür və rəsmi qurumlar öləni günahkar cıxarır…. Hamı susur, sanki belə olmalıdır..

Cünki biz azərbaycanlıyıq….

Ana ağlayaraq oğlunun öldürüldüyünü deyir, prakrorluq isə başqa hava çalır… Hər kəs susur…. Niyə? … Nə səbəbə cəmiyyətin müqaviməti yoxdur?  Nə səbəbə hər kəs yalan danışmaq üçün ölür? Cünki biz Azərbaycanlıyıq… Belə də olmalıdır…

Hamı başqasında günah axtarır və qarşısındakını günahkar sanır. Heç kim özündəki günahı görmür… Sanki hər kəs laqeyidləşib….

Bu qədər haqsızlıq, saxtakarlıq, rüşvətxorluq.. . Susuruq və dinmirik… Elə bil bizim yerimizə kimsə gəlib düzəldəcək bu cəmiyyəti. Rüşvəti verən bizik…. amma cəmiyyəti rüşvətxorluqda suclayırıq…

“Qurani Kərim”də belə bir ayə var…“ Kim nəyə layiqdirsə, o cür də idarə olunar”… Bu bizə də aiddirmi?… Biz niyə buna layiqik? Nədir günahımız? Düz yolda deyilikmi? Niyə? Cünki biz azərbaycanlıyıq?!

Bizim hakimiyyət o qədər uğurlu siyasət aparır ki, az qala Obama, Putin, Pan Gi Mun və kimlər buraya kursa gələcəklər…. Amma bu “uğurlu” siyasət ancaq AzTV-lərdən,  AzərTac-lardan başqa bir yerdə aparılmır…. Boş və aldadıcı təbliğatdır…. Yalan və gopalogiya, yəni YAPoligiya…

Azərbaycan İslam ölkəsidir və İslam Konfransında təmsil olunub. Ərəb ölkələri hələ də Ermənistan İslam dövləti kimi tanıyırlar. Hətta, Birləşmiş Ərəb Əmirliklərindən gedib Ermənistanda kilsə təmir etdirirlər. Xarici diplomatın siyasi təbliğatının nəticəsini görürsünüzmü ???

Nazirlərimiz öz dillərində danışa bilmirlər, vətəndaş onları danışanda anlamır, bu Ərəblər nə anlayacaqlar. Mən Elmar Məmmədyarov danışanda başa düşə bilmirəm ki, nə deyir, Ərəb onu nətəhər başa düşəcək?

Bəlkə, düzəlməyəcəyik?

Cünki azərbaycanlıyıq???

Kateqoriyalar: Ümumi Etiketlər: , ,
  1. sadiq
    16/02/2011 tarixində, saat 15:39

    “Ərəb ölkələri hələ də Ermənistanı İslam dövləti kimi tanıyırlar. Hətta, Birləşmiş Ərəb Əmirliklərindən gedib Ermənistanda kilsə təmir etdirirlər. Xarici diplomatın siyasi təbliğatının nəticəsini görürsünüzmü ???”

    Çox gözəl qeyd eləmisiz. Təbligatın iç üzü…

  2. manaf
    16/02/2011 tarixində, saat 19:36

    Samir bey sebebini kozel bilirsiniz sadece demek istemirsiniz Ne qederki bezi beyler birlesmek istemirler ne qederki sizin kimi gencler bir araya kelib liderinden birlesmeyi teleb ede bilmirse biz ele belede qalaciyiq Bizde kenclik liderin eskeridir ne zaman ideyanin eskeri olan kenclikn ortaya cixsa onda hadiseler yaxsiliqa dosru hereket edecek

  3. elmir
    16/02/2011 tarixində, saat 19:39

    Bey men Azerbaycanliyiq adini Azeri ile deyisdirerdim.Cunki azerbaycan turklerine bele seyler yaddir o, ancaq azerilere mexsusdur…

  4. 16/02/2011 tarixində, saat 19:53

    Bey bunun sebebleri hamiya melumdu!
    Azerbaycan xalqi hecde zeif deyil ve 1988-1992-ci illerde tarix yazmis, 5 il dunyanin qehreman xalqi secilen bir xalqdi.
    Sadece mueyyen zaman gozlemek ve duzgun movqede durmaq onemlidir. Helledici meqami biz gozlememeliyik, o, meqami biz yaratmaliyiq
    Dusunurem ki, artiq yaxin aylarda etibaren boyuk bir xalq herakati baslayacaq Azerbaycanda!
    Artiq iqtidarin apardigi antikorrupsiya kampaniyasi Qarbacovun “yeniden qurmasina” oxsayacagi goz onundedi!
    Esq lsun mubariz TURK ogullarina!

  5. Yolbay
    16/02/2011 tarixində, saat 19:56

    Ne qeder ki Türk düşmanı Heyder Eliyevin bize yapıidırdığı “azerbaycanlı(badımcanlı)” adını öz üstümüzde daşıyacağıqsa elbette ki bu problemler olduğu kimi qalacaq. Ne zaman ki TÜRK olacağıq o zaman ne istediyimizi de, ne üçün çöalışdığımızı da, niye yaşadığımızı da ve s. anlayacaq, haqqlarımızı elde edeceyik. NE MUTLU TÜRKÜM DİYENE!!!

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: