Əsas səhifə > Uncategorized > Evim sənədləşəcək, yoxsa söküləcək?..

Evim sənədləşəcək, yoxsa söküləcək?..

Deməli belə…

Bakı şəhər İcra Hakimiyyətində müşavirə keçirildi…. Və həmin müşavirədə qəti qərara alındı ki, Bakı şəhərindəki tikilən bütün sənədsiz evlər qeydiyyata alınacaq….. Və bu sənədsiz evlərə görə isə…. günahkarlar da cəzalandırıla bilər!? Allah eləməmiş!.. 

Keçək mətləbin tən ortasına…

Bu ölkədə ta məmə deyəndən, pəpə deyənə qədər hər kəsə bəllidir ki, Bakı şəhərində tikilən evlərin yarıdan çoxu sənədsizdir… (Kasıb-kusubu nəzərdə tuturam, birdən məmurların evləri də sənədsizdir kimi başa düşərsiniz, olmayan evimiz yixılar…)

Yəni Bələdiyyə, İcra hakimiyyəti vətəndaşdan pul alıb, yeri verib “get, tik”…. Millət də tikib, indi deyirlər özbaşına və bunlar demişkən qanunsuz tikib… Adama deyərlər ki, a kişi…. bu evlər qanunsuz tikiləndə Siz harda idiniz….??? Kim alıb pulu bunlardan, torpaq verib…??? Bəlkə mənim dədəm alıb…?! O da 1989-cu ildə dünyasını dəyişib….

Nə isə….

Mən bu problemi və onu yaradanları araşdırmaq istəmirəm, necə deyərlər, “onsuzda mənası yoxdur”…

Nə deyirdim, gəlirəm ora…

Bu möhtəşəm və deyəsən adına yumurta müşavirəsi deyilən toplantıdan sonra, təyinatlı seçki ilə seçilən Bələdiyyələrimiz başladılar qeydiyyat aparmağa və bütün “qanunsuz” evləri “qeydə” aldılar… Aldılar, nə aldılar…..

Millətsə sevindi, Nə sevindi…

Yadımda ikən ataların sözü yazım, fikrimə davam edərəm: “Çax-çax öz hayında, Dəyirman isə öz bildiyində…” Qoy sevinsinlər…

Yəni o, müşavirədə deyildiyi kimi qanunsuz evlər qanuniləşdiriləcək….

Mən evləri qeydiyyata alanların birindən soruşdum ki, bu “qanunsuz” evləri qeydə almanızın sonu necə olacaq?

O da dedi ki, bəs qeydə aldıq, yuxarılara göndərdik. Bir yekə komissiya yaradacaqlar və həmin o komissiya gəlib yerində yoxlama aparacaq, qanunsuzların sökülməsinə qərar verəcək…

Yəni sökülməsinə…. Sənədləşməsinə yox….

Niyə? Çünki bura Azərbaycandır…..

Yazını burda yekunlaşdırdim, çünki sonu yoxdur….

P.S: Yumurtanın qiyməti düşdüyü və rüşvətin yığışdırılığı kimi……..


Kateqoriyalar: Uncategorized Etiketlər: , , , , ,
  1. Nicat Kamal
    23/03/2011 tarixində, saat 15:40

    Samir qınama e…Axı sənədsiz evin buynuzu olur…ona göre de sənədləşdimək əvəzinə söküllər ki yerində başqasın si…ey belə tiksinlər

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: