Əsas səhifə > Uncategorized > Ölən ölsün-əsas olan biz qazanalım

Ölən ölsün-əsas olan biz qazanalım

Azərbaycandakı siyasi vəziyyət, Konstitusiyanın  oliqarx maraqlarından daha hörmətsiz bir sənəd olması, insan hüquq və azadlıqlarının məhdudlaşdırılması, seçki prosesinin qutudan iqtidarın istəyi ilə ad çıxarmaq “foksu”na çevrilməsi və s.  Bu kimi işləklər hər kəsə bəllidir. Bu mövzuda danışmaqla yeni Amerika kəşf etmək, kimisə təəccübləndirmək mümkün deyil.

Buna görə də mən hakimiyyətin əhalinin sosial durumu ilə bağlı apardığı işlərin bəzi pərdəarxası tərəflərinə toxunacam. Çünki bu iqtidar pərdəarxasında etdiklərini səhnədə vətəndaşlara başqa cür təqdim edir. Nə statistik göstərici vermək, nədə bunları analiz etmək fikrim var. Onsuz da, YAP-çılar və coxbilmişlər demişkən “Azərbaycan analoqsuz inkişaf edən ölkədir….”
Yəni buna hec kəsin şübhəsi olmasın, ola da bilməz. Kim belə fikrə düşsə ağzı əyilər. Nə isə keçək mətləbin düz ortasına…
Yoxsul və aztəminatlı ailələrin yaşayış durumunu, işsizliyi və yoxsulluğu aradan qaldırmaq üçün (inanan daşa dönsün), qayığkeş Azərbaycan hakimiyyəti ünvanlı sosial yardım  təminatı adi ilə vətəndaşlara 12 aylıq yardım ayırır. Digər sahələrdə olduğu kimi bu məsələdə də iqtidarın təbliğat maşını hər şeyi ideal şəkildə təqdim edir. Yəni dahi riyaziyyatçılsarın bele ustalığına həsəd apardığı Dövlət Statistika İdarəsinin rəqəmlərində və həşəmətli hökumətimizin hesabatlarında hər şey normaldır. Amma…

…. Daha o nə analoqu olmayan inkişaf oldu ki, orda bir əmma tapılmasın. Bu işin əmması ondan ibarətdir ki, vətəndaş Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinə (ƏSMM)  gedəndə ondan o qədər sayı bilinməyən sənəd, filan istəyirlər ki… “JEK”-dən arayışdan tutmuş, Azərbaycanın Cənubi Afrikada Respublikasındakı səfirliyindən də “sprafkaya” qədər…
Qəhrəmanlıq edib bunları yığanların qarşısında Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinin (Bu qurumlar-Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindədir) “ağıllı”, “qayığkeş”, “vicdanlı” məmur sürüsü, sosial yardım istəyənlərə öz şərtlərini irəli sürürlər: 6 ayı sənin, 6 ayı mənim… Özüdə ilk altı ayı bizim…
Bu gün eşidmişəm ki, bəzi rayonlarda ƏSMM-çilər bir qədər də qabağa gedib öz sosial rifahlarını (belə baxanda onlar da vətəndaşdır da…) yüksəltmək üçün həmin sosial yardım kartını özlərində saxlayır və ayda vətəndaşa nə qədər pul verildiyini də demirmişlər… Özləri alır və aldıqlarından 10%-ni vətəndaşa verirlər…
Hamıya məlumdur ki, ərəb ölkələrində başlanan Xalq üsyanlarından sonra, bizimkilər də qorxuya düşüblər… Və göstəriş verilib ki, hec kimdən rüşvət almayın… (Onsuzda almırlar, belə şey olmayıb, bunlar aydan arı, sudan durudurlar)
Korrupsiyanın kökünün kəsilməsi, kütləvi rüşvətxorların işdən cıxarılması, həbslər və s…
Bundan qorxuya düşən ƏSMM-nin “vicdanlı” məmurlar başlayıblar kartları qaytarmağa. Bəzi şəxslər indi biliblər ki, ona ayda 160 manat verilirmiş, onun 130 manatın götürüb, 30 manatın vətəndaşa verirlərmiş…. Və nələr…

İnsan bunları görəndə öz-özünə deyir ki,
– Görəsən bunlar Allahdan qorxmurlar…
– Vicdanları yoxdurmu?
– Bu haram pulu balalarının boğazından necə keçirirlər?..
– Vay bu millətin halına…
Nə isə…
Qorxularından kartları sahiblərinə qaytarıblar və deyiblər ki, soruşan olsa deyin ki, kartlar bizdəydi, pulu da özümüz alırdiq…
Yadıma rayonlarda baş verən bu sosial yardımla bağlı olay düşdü…
– Kənd rayonlarından birində, 70 yaşlı qoca kişi gəlir İcra başçısının qəbuluna.
Şikayətçi başçıya deyir ki, “cənab filankəs müəllim, bəs dolana bilmirik, ailəmiz 10 nəfərdir. Sosial yardım almaq istəyirəm. Bu idarə müdürü Flankəs müəllim də deyir ki, bəs 6-sı mənim, 6-da sənin. Vəziyyətimiz pisdir, deyin, hamısını versin”.
Hörmətli başçı şikayətçiyə deyir ki, “get düzələr, deyərəm hamsını verər”.
Bu şikayətçi çölə çıxan kimi, elə digər şikayətçilərin yanında DSMF-nun rayon şöbəsinin müdürünü qaldırıb ayağa deyir ki, “bəs deyirdin 3-nü alıb, 9-nu vətəndaşa verirəm. Mənə 2 ayın, özünə də 4 ayın pulunu saxlamısınız… Bundan sonra 6 ayıda mənimdır”…
Nə deyim…
Bura Azərbaycandır…

Istəsəniz bunada baxa bilərsiniz…

http://modern.az/articles/12264/1/

  1. 22/03/2011 tarixində, saat 14:27

    Samir Bəy! Əllərinə, qələminə, ürəyinə sağlıq!!! Çox gözəl və kifayət qədər əsasları olan bir yazıdır.

  2. 22/03/2011 tarixində, saat 18:48

    Çox gözəl yazıdı,gündəmdə olan mövzuya toxunubsan.Əllərinə sağlıq!

  3. 23/03/2011 tarixində, saat 10:05

    İnsanların haqqını kralın mərhəməti kimi onlara təqdim etmək bu hakimiyyətin əsas silahlarından biridir.

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: