Əsas səhifə > Uncategorized > “Dil millətin namusudur”

“Dil millətin namusudur”

Biz necə, dilimizə sahib çıxırıqmı?

Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsi dövlət dili haqqındadır:
I.Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.

Danışmaq, bir-biri ilə ünsiyyətdə olmaq insanı bütün digər yaradılışlardan fərqləndirən tək xüsusiyyətdir. Tanrı yer kürəsində hər bir millətə yaşamaq üçün ayrıca məkan, coğrafi ərazi ayırdığı kimi, dil, ünsiyyət müxtəlifliyi də verib. Hər bir insanın öz ana dilində danışması, yazıb-oxuması Tanrı tərəfindən verilən haqdır. İnsalar müxtəlif sosial-siyasi və digər səbəblərdən doğulduqları ərazini, yəni Tanrının onlara Vətən olaraq seçdiyi məkanı tərk edə və başqa bir məmləkətdə yaşaya bilərlər. Bu halda belə Tanrının seçimi olan məkan Vətən müqəddəsliyini itirmir yəni əvəzlənmə formal xarakter daşıyır. Amma milli dil, Ana dili heç bir halda dəyişilməzdir.

Biz nə edirik və mən bunu nə səbəbə yazdım.

Bəli, bu yazıya başlamamin da əsas səbəbi ünsiyyət vasıtəsi olan danışıq dilinin, etnik toplum olaraq fərqlənən milli dilin Tanrı tərəfindən verilən bir pay, nemət olduğunun fərqinə varmayan bəndələrin olmasıdır. Nə qədər ağrılı olsa da belələri arasında bizimlə bir məkanı-Vətəni, bir ünsiyyət halını-Milli dili paylaşan soydaşlarımız da var.

Bir neçə gün öncə, ictimai nəqliyyatda yanımda əyləşən bir tanışımın cibindən bir dəftər çıxarıb, ingilis dilində sözlər əzbərlədiyinin şahidi oldum. Dayana bilməyib soruşdum:
– İngilis dili öyrənirsən?
– Yox, işə düzəlirəm, ona görə maraqlanıram.
– İngiltərəyə, yoxsa ABŞ-a gedirsən.
– Bakıda bir mühafizə xidmətində işə düzəlmək istəyirəm.
– Bəs niyə əcnəbi dil öyrənirsən?

– Dil öyrənmirəm, sadəcə bəzi sözləri əzbərləyirəm. Bu sözləri bilməyəni işə götürmürlər…
Daha söhbəti davam etdirməyin bir mənası yox idi. Gör nə günə qalmışıq, öz məmləkətimizdə öz dilimizdə danışanı işə götütürmürlər. Gərək heç olmazsa ingilisin bir neçə sözünü biləsən….

Bəs niyə, Məmməd Araz deyib:
Vətən mənə oğul desə….

Nə isə….
Mən əsəbləşirəm belə şeylərə…. Nə səbəbə bu gündəyik?
Güney Azərbaycanda 35 milyon soydaşımız öz dilində danışmaq uğrunda mübarizə aparır, küçələrə çıxaraq “Türk dilində mədrəsə, olmalıdır hər kəsə!”, “Haray, haray mən türkəm!” deyir.
Onlar bu millətdən deyilmi?
Keçmişimizə baxaq….
Bir əsrdə 4 əlifba dəyişən də bizik….
Yaxın tarixə baxaq…
SSRİ dövründə qonşularımız gürcü və ermənilər mənəvi dəyəri olan heç nə dəyişməyiblər….
Biz dilimizi, soyadımızı, hətta millətimizin adın da dəyişmişik….
Ancaq biz öz başkəndimizdə rus dilində danışdıq, biz küçələrimizi rus dilində bəzədik…
İndi də biz İvan əminin ətəyini buraxıb, Van dayının şalvarından yapışmışıq…

Bəs niyə beləyik?
Mən “Tarixi-Nadir”i yarıya qədər oxusam da, bu millətdən baş açmıram ki, açmıram…

Firudin bəy Köçərli deyir ki, “Dil millətin namusudur”. Bəs biz bu namusu necə qoruyuruq? Belə bir deyim də var, millətin öz dilinə münasibəti necə olursa, taleyinə də elə münasibət bəsləyir. Bu dərddir. Mən deyərdim millətin faciəsidir.

Hər millət öz dilini sevməlidir, bu, Tanrının bizə bəxşidır. Bizim öz dilimiz olduğu halda, başqa əcnəbi dil bilən kimi leksikonumuzda istifadə edirik.

Niyə beləyik?
Bilmirəm, biz nədənsə nümunəni başqalarından götürməyə çalışırıq.
Əsrin əvvəllərində Əli bəy Hüseynzadənin, Əlimərdan bəy Topçubaşovun, Əhməd bəy Ağaoğlunun və digərlərinin çəkdiyi əziyyətlərə, iztirablara, həyatlarına olan təhlükəyə, gəcələrini-gündüzlərini buna sərf etmələrinə yazığım gəlir.
Bakı küçələrinə çıxanda elə bilirsən hansısa xarici ölkədəsən. Restoranlarımızda menyular ingilis və rus dilindədir….
Biz, boykot etməliyik bunları…. İçəri girməməliyik…. Bura ingilisin, yoxsa rusundurmu…
Bir nümunə də deyim: Ərdəbildə Abbas Lisani var, bu gün Güney Azərbaycan Milli Hərəkatının müqavimət simvollarından biridir. Öz dükanının adını türkcə yazdırıb, neçə dəfə xəbərdarlıq ediblər tablonu dəyişməyib və buna görə irtica fars rejimi tərəfindən bütün əziyyətlərə düçar edilib,çox əzablı işgəncələr görüb…. Bu bizdən deyilmi…??? Biz onun kimi ola bilmərikmi?

Niyə bu gənclik belədir?
Mən günahı hakimiyyətdəkilərdə görürəm….
Bu məmurlar öz övladlarını bu dildə deyil, əcnəbi dildə təhsil almaları üçün çalışırlar…
Bunlar bu ölkəyə yiyələnirlər, onun bütün sərvətlərini talayırlar. Ancaq bunların ailələrində rus, ingilis ruhu hakimdir, övladlarını rus məktəbində oxutdururlar, bunların övladları bu dili bilmirlər. Bu dildə danışmağı özlərinə rəva bilmirlər.
Amma bu dövlətin var-dövləti ilə bunlar balalarını xarici ölkələrdə, əcnəbi dildə oxutdururlar.
Yazımı bu sözlə bitirirəm: Bunlar bizim dövlətdə vəzifə sahibi ola-ola yad dildə danışmağı özlərinə rəva bilirlərsə, bu da mənəvi casusluğun, rusa, erməniyə satqınlığın bir növüdür…

Nə isə, sizlər də fikirləşin…
Bura Azərbaycan, onlar da azərbaycanlıdır….

  1. 28/03/2011 tarixində, saat 12:12

    Samir bəy bütün bunların bir səbəbi var. Adam kimi adam olmaq özündən asılıdır, Xalq olmaq hərkəsdən, Millət olmaq Millətin aydınlarından, Bütün bunlardan fövqəl gücə malik olansa qurduğun dövlətdir onun məmurlarıdır. Bütün bunların durumu necəsə oyleyik səndə məndə o da lap belə biz də.

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: