Əsas səhifə > Uncategorized > Biz hara gedirik və nə gözləyirik…

Biz hara gedirik və nə gözləyirik…

Bizim hər günümüz faciə ilə doludur. Bəlkə yeganə millətik ki, hər ayı başımıza gətirilən faciələrlə yadda qalır. Bunu uzadmaq istəmirəm…

İl ilə ötdükcə Kəlbəcərdən, eləcədə işğal altında olan torpaqlarımızdan uzaqlaşırıq…

İrəvanı, Göyçəni, Dərələyəzi, Zəngəzuru və bütünlüklə Qərbi Azərbaycanı verdik Ermənilərə, yəni pay-püşk etdik…

İndidə Qarabağ işğal altında inildəyir, Pənahəli xanın, Nətavanın, Xanın, Sultan bəyin və digər şəxsiyyətlərin ruhu bizi söyür…. Niyə verdiniz bu torpaqları!

Qarabağ dərdi ölülərimizi narahat edir, dirilərimiz hələ susur, Qarabağ  yadlarına düşmür…

Ancaq hər il, gələn il qarabağda qeyd edərik…

Yeri gəlsə torpaqlarımızın bir qarışınıda vermərik…

Ordumuzun gücü və filan….

Artıq milləti də bu sözlərlə bezdiriblər….

Yazmağı qurtardım burda, bu da KƏLBƏCƏR:

Aprel ayı gələndə, ayın ilk dörd günü Kəlbəcər rayonunun işğal tarixlərinə təsadüf edir…

Ümumi sahəsi 3054 kv. km.-dir. 8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır. Kəlbəcər rayonunun əhalisi 27 yanvar-4 fevral 1999-cu il siyahıya almasına əsasən 66211 nəfərdir, 1 yanvar 2007 – ci il tarixində rayonun əhalisi artaraq 74885 nəfər, Kəlbəcər şəhərinin əhalisi isə 8652 nəfərə çatmışdır.Rayonun səthi dağlıqdır. Ən yüksək zirvələri Gamış dağı (3724 m) və Dəlidağdır (3616 m). Alagöllər, Qaragöl, Zalxa gölü və s. gölləri var. Rayonda əsasən çimli dağ-çəmən və qonur dağ-meşə torpaqları yayılmışdır. Meşələrin ümumi sahəsi 30 min hektara yaxındır.“Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) “çay üstündə qala” deməkdir. Kevli “çayın üstü”, çer/car “qala” deməkdir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Buna görə də mütəxəssislər toponimi kevil/kəvl və qədim türk dillərindəki cər (qaya, yarğan) komponentləri ilə əlaqələndirirlər. Kəlbəcərdəki oronomik toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün də bu toponimlərdə yaşayır. 1993-cü ilin aprel ayının 2-dən Ermənistan ordusunun işğalı altındadır. İşğaladək Kəlbəcərdə 132 yaşayış məntəqəsi var idi, Kəlbəcər əhalisinin 98 faizini türklər (Azərbaycanlılar), 1 faizini isə ruslar, İrandan gəlmə kürdlər və başqa millətlər təşkil edirdi. Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən, 1936 kv.km ərazisi, 58 min nəfər əhalisi olan Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi nəticəsində dinc əhaliyə vəhşicəsinə divan tutulub, yerli əhali min illər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salınıb. Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib. Kəlbəcər rayonunun əhalisi Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi indi də talan olmaqdadır. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılıb. 1993-cü ilin qiymətlərinə görə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulmuşdur. İşğal nəticəsində Kəlbəcərdən 53.340 nəfər adam qovulmuş, 511 nəfər şəhid oldu, 231 nəfər itkin düşdü, 100-lərlə adam şikəst oldu. 130 yaşayış məntəqəsi, dünya şöhrətli, “İstisu” sanatoriyası, 500-dən artıq sənaye, tikinti, məişət, ticarət obyekti, 172 mədəniyyət obyekti, 96 ümumtəhsil məktəbi, 76 səhiyyə obyekti, 1 muzey darmadağın edildi. 100 min baş qaramal, 500 min baş qoyun-quzu, 100-lərlə maşın, texnika, avadanlıq talan olundu.

  1. Şahlar Göytürk
    01/04/2011 tarixində, saat 21:01

    Araşdırmalara və vətəndaşlıq mövqeyinə görə təşəkkür edirəm.Kəlbəcər haqqında çox yazılıb, çox deyilib, ancaq vətən oğlu olaraq, o dəhşətli anları yada salmaq, diqqətimizi düşmən tapdağında inləyən müqəddəs torpaqlarımıza yönəltmək, insanlarımızı döyüşə səsləmək vətənə sevginin təzahürüdür, şəhidlərimizin ruhuna sayğıdır! Müharibə bitməyib,inanıram ki, o yurd yerlərimizə mütləq qayıdacağıq!

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: