Əsas səhifə > Uncategorized > Ziyalı necə olur?

Ziyalı necə olur?

Sabir Rüstəmxanlı

Sabir Rüstəmxanlı

Sabir Rüstəmxanlı aprelin 1-də Azərbaycan-Belçika oyunundan sonra belə deyib: Mənim fikrimi soruşublar. Amma zarafat günü olmasına baxmayaraq tam ciddi şəkildə demişəm ki, Belçikadakı oyunda mənim gördüyüm Azərbaycan komandası qoyun sürüsünü xatırladırdı. Azərbaycanın pulu-parası ilə xaricdən futbolçu, məşqçi gətirilir. Mədəniyyətimizdən, tariximizdən artıq bu sahəyə vəsait qoyulur. İdmanın bir çox sahələri var ki, Azərbaycana şöhrət gətirir. Biz onlarla fəxr edirik. Onların hər birinə nə qədər pul xərclənibsə, halalları olsun. Ölkədə gərək futbol evlərdən, həyətlərdən, idman məktəblərindən başlasın. Kənardan quyuya su tökməklə quyu sulu olmaz. Kənardan gələn məşqçinin heç nə vecinə deyil. Hər dəfə deyir gələn dəfə udacağıq. Xarici məşqçilərin işi ATƏT-in Minsk qrupunun fəaliyyətindən heç nə ilə fərqlənmir. Futbolda belədi ki, top rəqibdə olanda hücum edərlər. Amma bizim komandada bunu görmədim. Yəni Azərbaycan komandası mənə qoyun sürüsü təsiri bağışladı. Oradakı millətin şərəfinə-ləyaqətinə yanlış hərəkət olur, onda deyirlər bu qoyunluqdu. Bu da təhqir hesab olunmur. Buna Rövnəq necə baxır, bu, artıq onun öz ziyalılığıdı”.

Rövnəq Abdullayev

Rövnəq Abdullayev

AFFA-nın, ARDNŞ-nin (özləri demişkən SOCAR) prezidenti, millət vəkili, YAP üzvü Rövnəq Abdullayev bu açıqlamadan sonra əsəbləşərək deyib: “Mən həmin şəxsləri ziyalı saymıram. Millini tənqid etmək lazımdır, amma təhqir olmaz. Deyirsiniz Foqtsu qovaq. Bəs yerinə kimi gətirək?”

Bu,  YAP üzvü üçün ziyalı necə olmalıdır:
– İkiüzlü
– Rüşvətxor
– Susub danışmayan
– Korrupsioner
– Milləti soyub talayan…

Berti Foqts

Berti Foqts

Bir şey yazmadan demək istəyirəm, AFFA-ya ayrılan pullar hara gedir, bunlar milli futbol komandasını hər oyunda uduzdurub Azərbaycanı niyə ələ salırlar və nə istəyirlər?..

Bu adamlar hələ anlamırlar ki, bunlar bu hərəkətləri ilə futbola sevgi yox, nifrət yaradırlar…

Sadəcə söz tapıb nə deyəsən?..

Milli Komanda

Milli Komanda

Sabir bəy meydanda oyun çıxaran 11-12 nəfəri (bir də baş məşqçi) nəzərdə tutur, Rövnəq isə məsələni özünəməxsus rövnəqləndirərək, gəncliyə ittiham kimi bəyan edir?! Bunlar nə vaxtdan gəncliyə sayğı göstərən olub, bəlkə biz bilmirik?!

İki cümləni bir-birinə qoşub danışa bilməyənlər ziyalı kriteriyalarını təyin edirlər….
Nə isə…
YAP-ı olan millət çox uzağa gedə bilməz
Bura Azərbaycandır!

  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: