Əsas səhifə > Uncategorized > “Ölkənizdə nəfəsi də iznləmi alırsınız?”

“Ölkənizdə nəfəsi də iznləmi alırsınız?”

Türkiyəli qonağım qadağalardan bezib soruşdu, mənsə utandım…

Yəqin ki, qolçomaqlar barədə oxumusunuz. Sovet quruluşu qolçomaq saydığı bəylərə, mülkədarlara etdiyi zülmləri bir zamanlar təbliğ edirdi.
Sovetlər tarixin arxivinə getdi və indi yeni qolçomaqlar yetişir. Azərbaycanda kim haranın rəhbəri, müdiri təyin olunursa, ora onun dədəsindən qalan mülk sayılır və olur mülkədar, qolçomaq, necə deyərlər, “mini xan”…
Bu qolçomaqlar ölkəni 20-ci əsrin əvvəllərinə yox, bir az da qədimə, 18-ci əsrrə qaytarıblar. Faktiki olaraq Azərbaycan xanlıqlara parçalanıb, feodal təfəkkürlü mini xanların, məmlüklərin idarəetməsinə keçib. Ölkədə qayda-qanun, Ana yasa-zad işləmir. Kimin kefi necə istəyir, kimin qolu güclüdür, elə də qərar çıxarır, insanları onun qanunlarına tabe olmağa vadar edir.
Bu günlərdə, daha doğrusu, 2 aprel mitinqi öncəsi partiyadaşlarımızla Milli Parkdaydıq. Qolunda “Bulvar mühafizə xidməti” (Bu Dənizkənarı parkın adını də dəqiqləşdirə bilmirlər: Milli Parkda “Bulvar mühafizə xidməti” nə popkorn yeyir?) yazılan şəxslər yaxınlaşaraq, burda durmamağımızı bizə “məsləhət” bildilər…
Niyə olmaz, soruşduq. “Olmaz, dedik, deməli olmaz!
İndi özünüz düşünün: Belə dövlət, qanun, qayda, demokratiya olur? Milli Parkda dayanmağa, yaşamağa, nəfəs almağa imkan vermirlər, sonra da insan haqlarını sahmana salmaqdan danışırlar. İnsan haqlarını görürsünüz necə sahmanlayıblar?
Keçən il də Ramazan ərəfəsi bu “Milli Park” xanlığında belə bir olay baş verdi…
Dostum, istedadlı rejissor Rəhim Sadıqbəyli mənə zəng vuraraq dedi ki, Türkiyənin tanınmış rejissorlarından olan Atalay Taştikən TRT üçün sənədli film çəkir və Bakıdan da görüntülər almaq istəyir, onu Bakıda gəzdirə və istədiyi yerlərə apara bilərsənmi?
Olar, dedim.
Atalay bəy və onun komandasını qarşıladıq, vaxtları çox az idi, elə həmin gün də çəkilişlərə başladılar…
Şərt bu idi ki, Bakının görməli yerlərini lentə alacaqlar, 2 ailənin qonağı olacaqlar və 1 Məscidə gedib görüntü götürəcəklər.
Təklif etdim ki, başlanğıcı Bakının atributu sayılan dəniz kənarından, Milli parkdan başlasınlar, dalğalanan milli bayrağımızla veriliş başlasın!
Razılaşdılar və yollandıq bulvara. Kameralar quruldu, aparıcı Mehmet bəyin “Nəhayət, bu dəfə türk cümhuriyyətlərindən biri olan Azərbaycanın gözəl başkəndi Bakıdan sizləri salamlayırıq…” sözünün dalını gətirməyə qoymadılar. Mədəniyyət, insanlıq, ünsiyyət görməmiş mühafizə xidmətinin görməmiş qulbeçələri töküldülər qonaqların üstünə: biri kameranı, biri mikrofonu dartır, o biriləri qonaqları az qala dənizə atmağa çalışırdı…
“Sizə kim icazə verib burda çəkiliş aparırsınız?”, “Rədd olun burdan”, “Sizi tökərik dənizə!”
Qarışmalı oldum, “bunların əlində icazə kağızı var, Azərbaycan XİN bunlara icazə verib” – dedim
Danabaşın cavabını olduğu kimi verirəm, oxuyun:
– Xarici İşlər Nazirliyi kimdir ki, icazə versin?
Mənim təəcübüm:
– Necə yəni kimdir? Bu ölkənin nazirliyi!
Danabaşın cavabı:
– Qələt edirlər, bizim rəisin icazəsi lazımdır!
Birtəhər başbilənləri ilə əlaqə saxlaması və sözümüzü ona çatdırması üçün razılaşırıq. Danabaş ratsiya ilə rəis müavininə məruzə edir:
– Rəis, burda çəkiliş aparırlar…
– Hardandır, AzTV-dir?
– Yox, türk kanalı…
– Uzaqlaşdır əə onları ərazidən!
– Rəis, icazə kağızları var.
– Kim verib icazəni?
– Xarici İişlər Nazirliyi!
– Onlar kimdir əəə (“ə”lər çoxalır) icazə verə? Dedim, qovun onları ərazidən!
Danabaş bu yazıq görməmişlər deyilmiş, ratsiya ilə danışdıqlarıymış!
Nəsə, qonaqları, Azərbaycan haqda film çəkmək istəyən qardaşlarımızı qovdular Milli Parkdan.
Görürsünüz, burası ölkə deyil, xanlıq! Biz Bulvarın xanından icazə almamışdıq deyə, qovulduq!
Qanıqara çıxdıq ordan. Pərtliyi aradan qaldırmaq üçün İçərişəhəri çəkməyi təklif etdim.
Kaş, deməyəydim – burda da eyni həngamə, eyni biabırçılıq. Çəkmək olmazmış! Niyə? Bəs, bərbad günə qoyub dağıtdığınız İçərişəhərdə qalan 1-2 tarixi abidəni də çəkib yaddaşa köçürməyək, xaricdə tanıtmayaq, bəs, ölkəni necə təbliğ edək?
İcazə yoxmuş!
Bir neçə “icazə yoxdur”dan sonra Atalay bəyin təəccübdən kədər çökmüş sifətində istehza yarandı və soruşdu:
– Samir bəy, siz burada nəfəs alandadamı iznlə alırsınız?
Utandım, çox utandım. Allah bu məmləkəti bu günə qoyanları xəcil etsin…

Qonqlar bildirdilər ki, birdə Azərbaycana biz gəlmərik day….

Nə isə, Bura Azərbaycan, onlarda Azərbaycanlı….

  1. Elmar
    10/04/2011 tarixində, saat 13:17

    Cox boyuk terbiyesizlikdir…. Ne deyesen, bu olkeni bu koke salanlara…

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: