Haqqa vurulan əxlaqsızlıq damğası…..
Dünya tarixinin Azadlıq fədailəri sırasında şərəfli imzası olan Babək Xürrəmidinin ömrünün sonlarında etdiyi müraciətdə deyilir: “Azadlıq yanğısı bilirsənmi nə deməkdir, o yanğı ki, ürəyini yandırıb kül edir. Azadlıq istər acı, istər şirin olsun yalnız odur məni döyüşdən döyüşə aparan… Bir gün azad yaşamaq qırx il boyunduruq altında yaşamaqdan yaxşıdır…”
Bu girişi əbəs yerə seçmədik. Aprelin 17-də, “Sahil” bağında polis tərəfindən saxlanılanlar arsında 5 yaşlı uşaq da olub. Bu qız cocuqu xalq etirazına anası ilə birgə gəlibmiş. “Azadlıq!” dediyi üçün uşaq maşına atılır. “Qəhrəman” polisimiz nə ananın fəryadına nə də bu vəhşilikdən qorxub ağlayan uşağın ağlamasına fikir vermir… Bundan böyük qəddarlıq olarmı?.. Yəni bu rejim üçün 5 yaşlı uşağın “Azadlıq” istəyi bu qədərmi təhlükəlidi? Əslində qolu qandallanmalı və cəzaya məhkum edilməli olan hətta 5 yaşlı uşaqda belə Azadlğa həsrət yaradan böyük-böyük əmilər olmalıydı. Bunu edə bilmirsə heç olmazsa normal insanlıq göstərsinlər. Yəni o qədər polisin içində ata olanı, qəlbində övlad sevgisi yaşadan biri yox idimi? Yoxdursa vay bizim halımıza…
Məsələ polisimizin qəddarlığı və qeyri-insani davranışı ilə bitmir. “Mərkəz” deyilən bir qəzet həmin uşağın anasını əxlaqsız, üstəlik, bar qadını, atasını isə rüşvətxor adlandırıb: “O uşağın atası rüşvət üstə həbsdə yatıb və çıxan kimi Moskvaya qaçıb” Bunu bir qəhrəmanlıq, nəsə yeni bir kəşf kimi yazırlar…
İşsizlikdən ölkəni tərk edib qürbətə bir tikə çörək dalınca gedənə rüşvətxormu deyirlər?.. Öz haqqını tələb edənə bar qadını, əxlaqsızmı deyirlər?.. Bu cür məntiqmi olar?
Deməli, milləti soyub talayan, rüşvətlə böyük imarətlər quran, insanların haqqını yeyən bu 5 yaşlı uşağın atası, Bakıda olan bütün əxlaqsız yuvaların sahibi isə anası imiş… Əhsən “Mərkəz” qəzetinə, rüşvətxorluğun kökünün haradan qaynaqlandığını tapıb… Day bundan sonra rüşvət olmayacaq…
Axı mən də nəsə bilirəm, əxlaqım imkan vermir yazam… Belə tərbiyəsizlikmi olar?.. Nədir ki, sən haqqını tələb edirsən, iş istəyirsən, əxlaqsız olursan, hətta bar qadını olursan… Çox təəssüf… Nə deyəsən bunlara… 5 manat qonorara görə, kiməsə şərmi atarlar?.. Belə vicdansızlıqmı olar?.. Bu əxlaqsızlığa nə deyək?.. Ən pisi isə odur ki adıçəkilən qəzetin hörmətli baş redaktoru və ondan da hörmətli təsisçisi də qadındır… Elə bu səbəbdən də əxlaqımız başqa nəsə yazmağa imkan vermir
Allahdan heçmi qorxmursunuz böhtan atanda?..
P.S
“Mərkəz” qəzetinə zəng vurub həmin uşağın anasının Quluzadə Gülnarə Çingiz qızı, “Korel” barının “Həyat” ləqəbli daimi müştəri olduğunu deyən və 1977-ci ildə Sabirabad rayonunda anadan olduğu və Bayıl qəsəbəsi Bəhlulzadə küçəsi ev 39, mənzil 312-də qeydiyyatda olduğu, amma çoxlu borcuna görə evini kirayə verərək özünün Yasamal rayonunda kirayədə yaşadığı və onun çoxlu insanı aldatdığı qeyd olunur. Həmçinin materialda onun həyat yoldaşının məhkum həyatı yaşadığı da yazılıb. Qadının borcu olan adamların əlindən xarici ölkələrdə sığınacaq almaq üçün aksiyaya çıxdığı iddia olunur. Və Azadlıq istəyən qadını satan Sevda Vəliyeva ad-soyadlı bu qadın insan alverçisidir.
Biz isə deputat xanımın “Mərkəz” qəzetinin menyusuna başqa bir faktı təqdim edirik…. Belə ki, “Yeni Müsavat” qəzeti apardığı araşdırma nəticəsində “Mərkəz” qəzetinə məlumat verən Sevda Vəliyevanın haqqında ilginc məlumat əldə edib. Məlumata görə, Daxili İşlər Nazirliyi yanında İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları 10.11.2006-cı il tarixində əməliyyat tədbiri həyata keçirib. Bu əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Sevda Vəliyeva insan alveri ilə məşğul olaraq, qadınları Pakistana apararaq cinsi istismara məruz qoyduğuna görə tutulub. İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Nizami rayonu ərazisindəki “EvroStil” restoran-saunanın inzibatçısı, Xırdalan qəsəbə sakini Vidadi Şirinov və oranın xörəkpaylayanı Naftalan şəhər sakini Abuzər İmanquliyevin həmin restoran-saunada əxlaqsızlıq yuvası təşkil etdiklərinə görə həbs ediliblər. Əldə etdiyimiz bu informasiya hazırda da Daxili İşlər Nazirliyinin rəsmi saytında var.
Sonda onu deyim ki, 7 il cəza alıb, məhkum olan şəxs Ata Abdullayev kimi sukalar polisə birlikdə öz Konustision hüquqlarını tələb edənləri həbs edirsə, əxlaqsızlığla məşqul olan Azadlıq istəyəni şərləyər….
Babəkin fikirləri ilə başladığımız yazını başqa bir aforizmlə yekunlaşdırırıq: “Bir insan üçün olduğu kimi bir millət üçün də bağışlanmaz bir səhvdir ki, özünün təsadüfən rast gəldiyi bir macərapərəst tərəfindən zorlanmasına yol verən bir dəqiqəlik belə diqqətsizlik göstərmiş olsun.” Bəlkə elə bu 5 yaşlı cocuq bizim diqqətimizi də buna yönəltmək istəyib…
Eşq olsun! Bundan gözəl ifadə edilə bilməzdi.
Samirin bu yazisi lezzet eledi mene…!!!Super yazilmiw yazidir… PS. Hissesi lap noqteye vurulmuw yumruq misalidir…
Hər dəfə bu 5 yaşli uşagin şəklini görəndə ürəyimdən bir sizilti keçir.Samir bəy yaziya görə sizə təşəkkür edirəm.Çox təsirləndim.
Temiz insana damga vuran hakimiyyet ve ya cirkin, edaletsiz, soyu bilinmeyen, cinayetkarlara beraet veren, arxasile üzü eyni olan, sifeti qizarsada uzune shax dayanaraq utanmayan rezil hakimiyyet deyil belke bunlari da eden muxalifetdir ?
Ay sizi, sizinde vaxtiniza az qalib, dayanin, haqq edalet sizin kökünüzü ele kessin ki bir daha ayaga qalxa bilmeyesiniz.
Yenede eyni qayda ile onlarin suyunun ashini cox dogru yazmisan hormetli Samir bey.
Super…
Hər şey qaydasına düşdü artıq