Əsas səhifə > Uncategorized > Yıxın millətin evini, dağıdın bu ölkəni…

Yıxın millətin evini, dağıdın bu ölkəni…

SİTAT: ay millət nəqliyyatda gediş haqqı qaldırılır. Özüdə niyə,  terrorla mübarizə və bu təhlükələrin qarşısını almaq üçün….

Qayğıkeş və vətəndaşın problemləri ilə gecə-gündüz yorulmadan çalışan YAP hakimiyyəti qiymət artımına gedəndə mütləq xalqın razılığını alır. Haqqüçünə, bu hakimiyyət həmişə belə eləyib – iqtidara gələndə də xalqin rəyini alir, seçki də keçirir. Yəni xalqsız heç nə etmirlər. Hara gedirlər, xalqı da ora sürükləyirlər, nə etmək istəyirlər, xalqın səsini – çığır-bağırını eşitmədən bir addım atmırlar.

İndi də nəqliyyat gedişlərinin qiymətini qaldırmaq üçün xalqa gənəşməyə başlayıblar. Hörmətli Ziya Məmmədovun idarəsi, yəni Nəqliyyat Nazirliyinın rəsmisi maraqlı açıqlama verib: “ Terror aktlarının qarşısının alınması üçün sistemdə bəzi yeni funksiyalar nəzərdə tutulur. Əgər əvvəlcə dayanacaqlarda quraşdırılacaq informasiya terminallarının sayı 300 nəzərdə tutulurdusa, indi bunların sayı 664 olacaq. Digər əlavə tədbirlər də nəzərdə tutulur və nəticədə layihə 21 milyon dollar bahalaşıb”.

Ay başınıza dönüm, bütün küçə, meydan, yol və digər yerlərə kamera qoyub vətəndaşı güdürsünüz. Və öz təhlükəsizliyiniz üçün qoyduğunuz bu kameraları coxaldaraq  pulunu vətəndaşın cibindən cıxarırsınız? Acından ölən, iş tapa bilməyən, borc içində sürünən vətəndaşın nəyinə lazım o kameralar? Lap qoydunuz, vətəndaşın yaşam tərzində nə dəyişəcək? Nə olacaq? Biri mən, aldığım maaşın 30%-ni yol haqqına verirəm. İndi məmurların gözü doysun deye, mən maaşımı təkcə Nəqliyyat nazirliyinə verməliyəm?

Bəs, o biri nazirliklər? Onlar adam deyilmi? Onlar pul almaq istəmirmi? İmkan verin, azca pulum qalsın ki, onu da digər məmurlara paylaşdırım da!

Tikilən körpü 3 gündən sonra təmirə dayanırsa, çəkilən asfalt 2 günə dağılırsa, şəhər içinə döşənən pilitələr sökülüb yenidən döşənirsə, bunun qiymətə nə dəxli var? 21 milyon bahalaşdırmısız – cəhənnəmə bahalaşsın, qara gora bahalaşsın – odey, neft fondu, götürün də ordan? İldə 36 milyardlıq neft pulunu basıb yeyirsiz, 21 milyon “artımı” mənim cibimdən çıxarırsınız?

Məni yandıran odur ki, camaatda heç bir reaksiya yoxdur. Benzin qalxada əhalinin “müqaviməti” o oldu ki, vedrə, qazan, qaşıq götürüb yanacaqdoldurma məntəqələrinə qaçdılar – guya, bununla qabağa düşəcəkdilər. İndi də yəqin gedişhaqqı qaldırılanda vətəndaşlar 1 gündə 1 aylıq işə gedib gələcək ki, pulu az cıxsın.

Sonda deyəcəyim: Yıxın millətin evini, dağıdın bu ölkəni…

Görək axırı(nız) necə olcaq.

  1. Teymur
    20/06/2011 tarixində, saat 20:13

    Bu yazıda olanları deyə bilməsəmdə oğlu bir milyondan cox olan xarici maşın gətrib. Amma Dövlət Kömrük sərhəddindən buraxmayıblar. Burada millətin kəramətsizliyi və yaltaqlığı qabarıq şəkildə özünü təsdiq edir. Kəramətsiz millətin günü qaranlıq bir günəşdir.

  2. Asif
    21/06/2011 tarixində, saat 13:54

    Samir bəy çox təsirli bir yazidir.Ürək yangisi ilə oxudum.Düzdür camaatda bir reaksiya olmasa da millətin evini yixib,ruhunu sindiriblar.Tanri özü kömək olsun bu millətə ! Yaziya görə təşəkkürıər…

  1. 20/06/2011 tarixində, saat 22:29

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: