Arxiv

Archive for İ

“Azad insan hər yerdə azad olur…”

Məhşurlardan birinin belə sözü var: İnsanın nəyə qadir olduğu yalnız maneələrlə mübarizədə aydın olur…

…Əhəd Məmmədli

…kimin üçünsə oğlu, kimçünsə qardaş, qohum, əmioğlu, dayıoğlu, dost, əqidə yoldaşı və s…

Mənim üçün üzündə hər zaman təbəssüm dolu bir gənc. Azərbaycan gəncliyinin qürur duya biləcəyi bir insan…

Mən, Əhədi tanıyandan həmişə onu gülərüz görmüşəm. Əqidəli, inamlı, imanlı, mübariz bir gənc. Onunla tədbirlərdə, mitinqlərdə və bu kimi aksiyalarda görüşmüşük.

-Əhəd bəziləri kimi var- dövlət, şirkət, xaricdə villa və gününü istirahət zonalarında keçirmək güçün calışmır… Ətraflı…

Heyvanıstan – Donuzların hakim olduğu ölkə

Bloglarda kitab həftəsinə start verildi…

Pərviz Əzimov təkilflə çıxış edib, deyib ki, bloggerlər hər həftə bir mövzu ətrafında yazılar yazsın, şəkil yerləşdirsin və s.

Maraqlı təşəbbüsdür. Bu təklifə dostlar artıq qoşulublar. İlk olaraq bloggerlərdən Dilqəm Əhməd, Etibar Salmanlı, Zaur Qurbanlı, Emil Bağırov buna dəstək veriblər.  Gələn həftənin ilk iş günündən hərə öz bloqunda son zamanlar çap olunmuş və oxuduğu kitablar haqqında yazılar yazmağa başlayacaq. Mən də bu aksiyaya qoşuluram və Corc Oruellin “Heyvanıstan” povesti barədə fikirlərimi yazıram.

Erix Artur Bleyerdən Corc Oruelliyə

Deyim ki, bu müəllifin əsərləri marağımı çox çəkir. Məşhur ingilis yazıçısı Corc Oruell kimi tanınan bu yazıçısının əsl adı Erix Artur Bleyerdir. 1903-cü ildə Hindistanın Benqal əyalətində anadan olub. Yazdığı iki kitab dünyanın müxtəlif dillərinə tərcümə edilib. “1984” və “Heyvanıstan” kitabları Azərbaycan dilinə də Vilayət Quliyev tərəfindən çevirilib və “Qanun” nəşriyyatı tərəfindən çap edilib. “Animal farm” – “Heyvanıstan” romanı rus dilinə “Skotskiy xutor”, “Skotnıy dvor”, “Ferma “Enimal” və s., türk dilinə “Heyvanat ciftliyi”, fars dilinə “Qəleyi-heyvanat” şəklində tərcümə edilib. Ətraflı…

Güney Azərbaycan yenidən ayaqda…

Bir gün gələcək bu milllətin yolunda tikan olan nə varsa ayaq altında qalacaq….

Güney Azərbaycan…. Bu mövzu mənim hər zaman ağrılı mövzum olub. Yəni Güneydən nəsə yazanda, nəsə paylaşanda bəzi ağzı göyçəklər başlayırlar bəs Quzey Azərbaycandakı rejimdən niyə danışmırsınız?

Əvvəlcə onu xatırladım. Güney Azərbaycana da hakim kəsilən İran adlanan yerin irtica rejimi hansı formadadırsa Quzey Azərbaycandakı YAP hakimiyyəti də onun başqa formasıdır.
Bu əsas olmamalıdır ki, Quzey Azərbaycanda demokratiya yoxdur, avtoritar rejim hakimiyyət başındadır, insan hüquqları yoxdur deyə Güney Azərbaycan mövzusu qaldırılmasın. Tarix boyu hər zaman Güney Azərbaycanda bir çox inqlablar olmuş, dövlət qurulmuşsa da sonda qanla yatırılıb, qurulan dövlət acı nəticə ilə süquta yetirilmişdir. Səttarxan, Bağırxan, Seyid Cəfər Pişəvəri inqlabları göz önündədir… Hamsı acı və qanlı sonluqla bitib…

Qanla yatırılan inqilablar…

Ətraflı…

Azərbaycanda pensiyaçı: Dilənçi kökündə yaşamaq deməkdir….

“Vəziyyəti o həddə çatdırıblar ki, Azərbaycanda təqaüdə çıxmaq mənəvi və iqtisadi intihara bərabərdir”

Pensiya deyiləndə ilk ağıla gələn qoca və ahıl insanlar olur. İnkişaf etmiş ölkələrdə insanlar əməklərinin müqabilində yaşa dolduqdan sonra pensiyaya çıxırlar və aldıqları pensiya ilə dolanırlar. Həm də bu pensiya nəinki normal qidalanmaya və təlabata, həm də ömrün son illərində dünyanı gəzməyə bəs edir. Bunun sübutu kimi Azərbaycana gələn turistlərə nəzər yetirmək kifayətdir. Onların böyük əksəriyyəti ahıl yaşlarındadır. Ətraflı…

Azərbaycan 1984….

“Əgər haqqınızı tələb etsəniz, Qarabağdakı ermənilər də bizdən haqq istəyərlər, məcbur olub Qarabağı onlara verərik”

Məhşur İngilis yazıçısı Corc Oruellin diktatura və avtoritarizimdən bəhs edən “1984” və “Heyvanıstan” kitabları var. Hər kəs, xüsusən də “millətçiyəm” deyib dövlətçilik, dövlət və hakimiyyətin fərqini bilməyənlər bunları oxusa, daha gözəl olar. Bu iki əsərdə insanların pisixoloji duruma salınmasından, onların var-yoxunu talayan rejimlərdən söz açılır. Millət zillət içində yaşayır,  amma onları “idarə edənlər” yağ-bal içində üzürlər. Vətəndaşın,  insanın öz haqqını tələb etməsinin “günah olduğu” aşılanır və hər kəs də “bu, belə də olmalıdır” düşünür. Bunun əksini, yəni haqqını tələb etməyi düşünənləri elə günə salırlar ki, kütlə özü haqqını tələb edəni daş-qalaq edir; vətəndaş elə gündədir ki, düşünməyi, söz söyləməyi özünə qəbahət sayır; iş o yerdədir ki, yuxu görməyi də ayıb bilirlər. Hamı bir-birini satır, tutdurur, həbs etdirir. Bu adət-ənənə, ən gözəl vətəndaşlıq nümunəsi, vətən borcu sayılır.

Ətraflı…