Əsas səhifə > Uncategorized > Azərbaycan 1984….

Azərbaycan 1984….

“Əgər haqqınızı tələb etsəniz, Qarabağdakı ermənilər də bizdən haqq istəyərlər, məcbur olub Qarabağı onlara verərik”

Məhşur İngilis yazıçısı Corc Oruellin diktatura və avtoritarizimdən bəhs edən “1984” və “Heyvanıstan” kitabları var. Hər kəs, xüsusən də “millətçiyəm” deyib dövlətçilik, dövlət və hakimiyyətin fərqini bilməyənlər bunları oxusa, daha gözəl olar. Bu iki əsərdə insanların pisixoloji duruma salınmasından, onların var-yoxunu talayan rejimlərdən söz açılır. Millət zillət içində yaşayır,  amma onları “idarə edənlər” yağ-bal içində üzürlər. Vətəndaşın,  insanın öz haqqını tələb etməsinin “günah olduğu” aşılanır və hər kəs də “bu, belə də olmalıdır” düşünür. Bunun əksini, yəni haqqını tələb etməyi düşünənləri elə günə salırlar ki, kütlə özü haqqını tələb edəni daş-qalaq edir; vətəndaş elə gündədir ki, düşünməyi, söz söyləməyi özünə qəbahət sayır; iş o yerdədir ki, yuxu görməyi də ayıb bilirlər. Hamı bir-birini satır, tutdurur, həbs etdirir. Bu adət-ənənə, ən gözəl vətəndaşlıq nümunəsi, vətən borcu sayılır.

Millət zillətdə…

…“1984” romanında Okeaniya deyilən dövlətdən bəhs edilir və bu dövlətin 2 qonşusu var.  Hər gün biri ilə “müharibə” vəziyyətində olur. Vətəndaşlarını da buna kökləyir, insanları “müharibə” vəziyyətində olduğu dövlətə nifrət aşılayır. Və vətəndaşın üsyana qalxmaması üçün psixolojo basqı yaradır. Əslində isə Okeaniya dövləti heç kimlə müharibə aparmır.  Mətbuatı öz əlində cəmləyən hakimiyyət bunu belə təbliğ edir. Hər yerə bu dövlətin rəhbəri olan Böyük Qardaşın nəhəng portretləri asılıb və üstündə “Böyük Qardaş sənə baxır!” yazılıb…  Əsəri təhlil etmək yox, fikrimi yazmaq istəyirəm…

Demokratik seçki olmaz: Müxalifət hakimiyyətə gələr Qarabağı Erməniyə verər…

Gələk Azərbaycan deyilən dövlətə. Bizdə də belədir. Hakimiyyətin nəzarətində olan bütün KİV-lər dövlət sifarişi kimi bir gün İranı, səhər Rusiyanı, o biri gün isə ABŞ-ı söyür; hamını və hər kəsi də buna kökləyir… “Ziyalılarımız” ağzın açıb gözün yumur… Məqsəd vətəndaşı hədəfdən yayındırmaqdır: Azərbaycan insanı neft gəlirlərinin hardan gəlib, hara getməsini, demokratiya nə olduğunu bilməməlidir! Əslində vətəndaşa aşılanır ki, bu demokratiya pis şeydir, Azərbaycanda olsa, qızlar lüt gəzəcəklər, oğlanlar fiziki orientasiyasını dəyişəcəklər, inək-qoyun gəlib sizinlə bir evdə yaşayacaq… Aşılanır ki, demokratik seçki keçirmək, haqqı tələb etmək olmaz. Cünki Qarabağ boyda nəhəng problemimiz var. Əgər haqqınızı tələb etsəniz, Qarabağdakı ermənilər də bizdən haqq istəyərlər, məcbur olub Qarabağı onlara verərik. Azad və demokratik seçki keçirmək olmaz, cünki müxalifət hakimiyyətə gələr və Qərbin diqtəsi ilə Qarabağı Ermənistana verər…

Güneydə 35 yox, 40 milyon türk var…

Bir gün dost, səhər düşmən oluruq… Səhər demişkən… İranda 35 milyon insanımızın haqqı, hüququ pozulanda heç kimin yadına bu düşmürdü. Cöp düşən gözlər bunu görmürdü… Necə oldu İranın “Səhər” TV-si bizim dövləti-aliyənin rəhbərlərini hədəfə alanda bunların yadına Güney Azərbaycan düşdü… Bildilər ki, orda bəs 35 milyon yox, 40 milyon Azərbaycanlı var imiş. Hətta Fəzail Ağamalı, Zahid  Oruc, Xanhüseyn Kazımlı İranda insan hüquq və azadlıqlarını gündəmə gətirdilər… Bəs, cənab deputatlar, bu insan və hüquq azadlıqlarını Azərbaycanda kim gündəmə gətirəcək?

İş o yerə catdı ki, AMEA-nin Şərqşünaslıq İnstitunun direktoru, deputat Gövhər Baxışəliyeva “Güney Azərbaycan”ın istiqlalını gündəmə gətirdi….

Bununla da İran geri çəkildi…

Heç kim demir və deyə də bilməz: “Güneydəki soydaşlarımızın durumunu gündəmə gətirməyin!”. Sadəcə, bu iş vicdana və əqidəyə bağlıdır. Sifarışlə, mövsumi və məqsədli xarakter alanda oler “siyasi alver” – yəni mənə dəymə, mən də 40 milyonun haqqının istəməyib. Bu alverdə ziyalılar başda yer alanda pis perpektiv vəd edir, çox pis.

…Bu gedişlə bu ölkədə yaşamaq daha da çətinləşir…

  1. 21/08/2011 tarixində, saat 12:41

    Maraqlı yazıdı. İranla bağlı yazdıqlarını xüsusilə bəyəndim. Uğurlar…

  2. 21/08/2011 tarixində, saat 17:29

    Samir bəy yaziya görə təşəkkürlər.çox məntiqli və düşündürücü yazidir.Sözün əsl mənasinda bu gedişlə bu ölkədə yaşamaq çətinləşir…

  3. kəyumərs
    25/08/2011 tarixində, saat 06:01

    ne vaxtacan güney ıstıqlalin əldə etməyıbsə; quzeydən heç bır hərəkət gözlənırmır. belə görünür quzey güneysiz heç bır hakimıyyətın əldə edə bılməyəcəktir. bu anda quzey güneyə daldalanmalidı , irana və başqalarina yox.

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: