Əsas səhifə > Uncategorized > Azərbaycanda pensiyaçı: Dilənçi kökündə yaşamaq deməkdir….

Azərbaycanda pensiyaçı: Dilənçi kökündə yaşamaq deməkdir….

“Vəziyyəti o həddə çatdırıblar ki, Azərbaycanda təqaüdə çıxmaq mənəvi və iqtisadi intihara bərabərdir”

Pensiya deyiləndə ilk ağıla gələn qoca və ahıl insanlar olur. İnkişaf etmiş ölkələrdə insanlar əməklərinin müqabilində yaşa dolduqdan sonra pensiyaya çıxırlar və aldıqları pensiya ilə dolanırlar. Həm də bu pensiya nəinki normal qidalanmaya və təlabata, həm də ömrün son illərində dünyanı gəzməyə bəs edir. Bunun sübutu kimi Azərbaycana gələn turistlərə nəzər yetirmək kifayətdir. Onların böyük əksəriyyəti ahıl yaşlarındadır.

Avropa dəhşətə gəlir…

Bəs bizdə vəziyyət necədir? Azərbaycandakı pensiyaçılar aldıqları təqaüdlə dünyanı gəzə bilirmi? Onlar nəinki dünyanı gəzmək, hətta marşuruta verməyə pul tapa bilmir. 70 manat təaqüd alan qoca bu pulu komunal xərclərə catdıra bilmir.  Yəni bir sözlə, inkişaf etmiş dünyada insanlar təqaüdü gözləyirlər ki, rahat həyat tərzi sürsünlər, dünyanı gəzsinlər və özləri üçün yaşasınlar. Azərbaycanda isə təqaüdə çıxmaq mənəvi və iqtisadi intihara bərabərdir.  Bu gün “anoloqu olmayan”  ölkəmizdə ahıl insanlar aldıqları təqaüdlərlə heç cür normal həyat tərzi sürə bilməz, bu birmənalıdır. Bu gün insanlarımız təqaüddən qorxurlar, ona görə ki, təqaüdə çıxmaq onlar üçün dilənçiliyə bərabərdir.  Hərçənd ki, bizdə ildə bir dəfə pensiyaların artımı ilə bağlı mötəbər sərəncamlar verilir. Xaricdə, xüsusilə də Avropadakılar internetdən oxuyanda ki, Azərbaycanda pensiya 40 faiz artıb, onlar dərhal azərbaycanlıları bəxtəvər hesab edəcəklər. Çünki, artım faizi Avropa meyarlarına görə aşağı deyil və bəlkə də yüksəkdir. Amma bu avropalı bilmir ki, 85 manatın 40 faizi artır, daha 850 manatın deyil. Yəni, hakimiyyət minimum əmək haqqını və pensiyanın nominalını elə bir aşağı həddə saxlayıb ki, onu lap 400 faiz artırsa belə təqaüdçünü yenə də övladlarının əlinə baxan edəcək. Doğrudur, Azərbaycanda ilk dəfədir ki, pensiya artımı belə böyük bir faizi ifadə edən rəqəmlə baş verir, amma bu yalnız ictimai rəyə hesablanan psixoloji təsir effekti daşıyır.

Əhalinin ömür həddi kritik olaraq azalıb…

Azərbaycan reallığı ilə bağlı bir vacib məqam da ondan ibarətdir ki, 1994-cü ildən bəri ölkə əhalisinin ömür həddi kritik olaraq azalıb. Artıq əksər kişilər 55 yaşdan, qadınlar isə 60 yaşdan çox yaşamır. Pensiyaçıların yaş həddi isə kişilər üçün 65, qadınlar üçün isə 60 yaş qəbul edilib. Bir sözlə, Azərbaycanda elə bir cəhənnəm qurulub ki, onsuz da insanlar o pensiyanı görmədən ölürlər.

Yəni, 2010-cı ilin yanvarın 1-dən başlayaraq qadınların təqaüd yaşı hər il yarım il artırılacaq və 2016-cı ilin yanvarın 1-ə 57 yaşdan 60 yaşa çatacaq. Kişilərdə təqaüd yaşı 2012-ci ilə yarım il artmaqla indiki 62 yaşdan 63 yaşa qədər qaldırılacaq.

Azərbaycanda orta ömür inkişaf etmiş ölkələrlə müqayisədə çox az olsa da, təqaüd yaşları eynidir. Reallığı nəzərə alsaq görərik ki, Azərbaycanda vətəndaş pensiya almayacaq və bu yaşa çatmamış dünyadan köcəcək. İşlə, əmək sərf et və bəhrəsini görmədən dünyadan köç.  Milli Məclisin Sosial məsələlərə dair komitənin sədri Hadı Rəcəbli bunu beynəlxalq təcrübəyə əsaslanaraq  etdiklərini bildirir.

Bundan əlavə, yeniliklər çoxuşaqlı qadınların da təqaüdünə aid edilib. Əvvəl onlar təqaüdü müəyyən olunmuş vaxtdan qabaq ala bilirdisə, indi onların təqaüdə çıxa biləcəyi konkret yaş normaları müəyyən edilib. Belə ki, bundan sonra üç uşaq anası təqaüdə 51, 5 uşaq anası 49, 9 uşaq anası isə 45 yaşında çıxa bilər.

Vətəndaş saya salınmır…

Bu hakimiyyət atdığı addımlarda, qəbul etdiyi qanunlarda vətəndaşını nəzərə almır. Hər bir şey YAP hakimiyyətinin oliqarx məmurlarının maraqlarına uyğun qəbul edilir.   Allah Azərbaycana hər bir sərvət verib. Bu baxımdan yanaşsaq biz dünyanın ən xoşbəxt insanları olmalıyıq. Amma biz dünyanın ən bədbəxt insanlayıyıq.  Neft gəlirləri hara gedir bunu bilən ancaq hakimiyyətdəkilərdilər. Bəyənmədiyimiz bəzi ərəb ölkələri neft gəlirlərini öz vətəndaşlarının arasında bölür. Bizdə kimin arasında bölünür?

Bizim də insan olaraq yaşamaq hüququmuz var. Necə ki, Azərbaycan Respublikasının Konistutisiyasının 27-ci maddəsində yazılıb:  “Hər kəsin yaşamaq hüququ vardır”. Fikrimizcə bu kifayət qədər aydın ifadə edilmiş fikirdir.

İnsan küçəyə çıxanda qoca yaşlıları görəndə ürəyi daralır. Küçə təmizləyən ahılları hamı görür. Niyə onlar bu yaşında ağır işlər görməlidirlər? Əgər Azərbaycan analoqsuz inkişaf edirsə, bu inkişaf hardadır ki, biz onu görmürük…

  1. 10/02/2012 tarixində, saat 11:57

    Samir bey esq olsun!

  2. 24/07/2012 tarixində, saat 13:07

    SALAM!Qardas halal olsun sene daha ne yazim menim yazmaq istediylerimi sen yazmisan!

  3. 26/07/2012 tarixində, saat 11:54

    Allah haq diyen dilinize quvvet bersin!!!

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: