Əsas səhifə > Uncategorized > Güney Azərbaycan yenidən ayaqda…

Güney Azərbaycan yenidən ayaqda…

Bir gün gələcək bu milllətin yolunda tikan olan nə varsa ayaq altında qalacaq….

Güney Azərbaycan…. Bu mövzu mənim hər zaman ağrılı mövzum olub. Yəni Güneydən nəsə yazanda, nəsə paylaşanda bəzi ağzı göyçəklər başlayırlar bəs Quzey Azərbaycandakı rejimdən niyə danışmırsınız?

Əvvəlcə onu xatırladım. Güney Azərbaycana da hakim kəsilən İran adlanan yerin irtica rejimi hansı formadadırsa Quzey Azərbaycandakı YAP hakimiyyəti də onun başqa formasıdır.
Bu əsas olmamalıdır ki, Quzey Azərbaycanda demokratiya yoxdur, avtoritar rejim hakimiyyət başındadır, insan hüquqları yoxdur deyə Güney Azərbaycan mövzusu qaldırılmasın. Tarix boyu hər zaman Güney Azərbaycanda bir çox inqlablar olmuş, dövlət qurulmuşsa da sonda qanla yatırılıb, qurulan dövlət acı nəticə ilə süquta yetirilmişdir. Səttarxan, Bağırxan, Seyid Cəfər Pişəvəri inqlabları göz önündədir… Hamsı acı və qanlı sonluqla bitib…

Qanla yatırılan inqilablar…


Biz millət olaraq bir-birimizi istəmirik və super güclərdən tutmuş qonşularımıza qədər də heç kim bizi istəmir. Beynəlxalq aləm də güclü, vahid və demokratik Azərbaycanın olmasında maraqlı deyil. Qərbə Azərbaycanın nefti və digər təbii sərvətləri lazımdır… Onları maraqlandırmır Bakıda YAP hakimiyyəti milləti əzir, Təbriz isə İran irticasının əlindədir…
Nə isə, mövzunu bu yöndə nə qədər istəsək uzatmaq olar…
2006-cı ildə İranın “İran” adlı dövlət qəzeti Azərbaycanlıları tarakan kimi qələmə verdi və buna etiraz olaraq may ayında milyonlarla insan Təbriz küçələrinə “Haray, haray, haray, mən Türkəm…”, “Türk dilində mədrəsə, olmalıdır hər kəsə…” , “Türk milləti oyaqdı, bir birinə dayaqdır…” və s. şüarları ilə axışdı. Heç bir dövlət və beynəlxalq təşkilat buna dəstək vermədi. Həmin “Xordad (may)” qiyamı qanla yatırıldı. Minlərlə insan əziyyət çəkdi, yüzlərlə insan həbs olundu, onlarla insan şəhid oldu… Çünki heç kimə maraqlı deyil ki, Güney Azərbaycan müstəqil olsun və ya İranın tərkibində hansısa status alsın…

2006-ci ildəki olayları Dünya mətbuatı düzgün işıqlandırmadı..
Yəni, may hadisələrində “İran” qəzetində Azərbaycanlıları təhqir edən jurnalistin cəzalandırılması da tələb olunurdu və maraqlı qüvvələr bundan istifadə edərək dünya mətbuatına Xordad hərəkatını belə qələmə verdi ki, güya bu qədər insan küçələrə axışıb ki, jurnalist cəzalandırılsın. Nəticə tələb olunan haqqın işıqlandırılması kimi yox, jurnalistin cəzalandırılması kimi dünya mətbuatında işıqlandırıldı….

Öz dilində danışma…

Yəni, heç kim anlamaq istəmir ki, Güney Azərbaycanda, külli İran adlanan ölkədə 40 milyon Azərbaycan türkü yaşayır. Onların heç bir hüququ yoxdur, öz dillərində oxumaq, bəzən danışmaq da yasaqlanıb… Hələ başqa pozulan hüquqların, insani haqq və hüquqlarını demirəm….
Belə ki, Güney Azərbaycandakı soydaşlarımızın elementar hüquqları da hər gün pozulur.
2006-cı ilin bu hadisələri ərəfəsində İranın dini lideri Ayətulla Seyid Əli Xamineyi Təbrizə gəldi və Azərbaycan dilində belə çıxış etdi: “Türkdə fars kimi, farsda türk kimi İranidirlər, müsəlmandılar və qardaşdılar”. Bu çıxış alqışlandı və hər kəs çəkildi evinə. Niyə cəkildi? Bu çıxışımı gözləyirdiniz? Bu lazım idimi sizə?
Əfəndilər, 35 milyon ayağa qalxsa heç bir qüvvə onun qarşısında dura bilməz….
Keçək bu gün baş verənlərə.

Farsın məkirli planı…

Urmiyə gölü quruyur və İran parlamentinə gölün qurumasının qarşısını almaq üçün təklif göndərildisə də rədd edildi. Buna görə soydaşlarımız tökülüb Urmiyaya və iki gündür ki, orda silahlı qüvvələrlə çarpışmalar gedir. Verilən məlumata görə, 3 nəfər öldürülüb, 1 hamilə qadın döyülüb və nəticədə bətnindəki körpə tələf olub, 60 nəfər yaralanıb ki, onun 12-si ağır durumdadır. 100-lərlə insan həbs olunub, 100-lərlə insan təqib olunur… İnternetə giriş məhdudlaşdırılıb. Hələ bu tam məlumat deyil, orda olanlardan dəqiq xəbər tutmaq münkün deyil. Çünki qapalı rejim imkan vermir ki, informasiya xaricə çıxsın.

Bir gün gələcək…

Belə deyək, Urmiya gölü quruyur və bu göl həddən artıq duzlu dəryadır. Qurusa külək o duzu bütün ətrafa yayacaq, nəticədə orda yaşamaq çətinləşəcək. Və səhralıq yaranacaq. Fars rejiminin marağı da budur ki, Azərbaycanlılar kompakt yaşadıqları bölgəni tərk etsinlər.
Bu gün Güneydə baş verənlərə, Azərbaycan iqtidarı da susur, mətbuatı da… Eləcə dünya birliyi də….
Bir gün gələcək bu milllətin yolunda tikan olan nə varsa ayaq altında qalacaq…. Quzey Azərbaycanda azad, demokratik ölkə olacaq. Güney Azərbaycanda öz istəyinə çatacaq…
Əgər bu gün Təbriz Güney Azərbaycanın döyünən ürəyidirsə, Ərdəbil vuran əlidir…
Millət bir-birinə dəstək olmalıdır…

  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: