Əsas səhifə > Uncategorized > Heyvanıstan – Donuzların hakim olduğu ölkə

Heyvanıstan – Donuzların hakim olduğu ölkə

Bloglarda kitab həftəsinə start verildi…

Pərviz Əzimov təkilflə çıxış edib, deyib ki, bloggerlər hər həftə bir mövzu ətrafında yazılar yazsın, şəkil yerləşdirsin və s.

Maraqlı təşəbbüsdür. Bu təklifə dostlar artıq qoşulublar. İlk olaraq bloggerlərdən Dilqəm Əhməd, Etibar Salmanlı, Zaur Qurbanlı, Emil Bağırov buna dəstək veriblər.  Gələn həftənin ilk iş günündən hərə öz bloqunda son zamanlar çap olunmuş və oxuduğu kitablar haqqında yazılar yazmağa başlayacaq. Mən də bu aksiyaya qoşuluram və Corc Oruellin “Heyvanıstan” povesti barədə fikirlərimi yazıram.

Erix Artur Bleyerdən Corc Oruelliyə

Deyim ki, bu müəllifin əsərləri marağımı çox çəkir. Məşhur ingilis yazıçısı Corc Oruell kimi tanınan bu yazıçısının əsl adı Erix Artur Bleyerdir. 1903-cü ildə Hindistanın Benqal əyalətində anadan olub. Yazdığı iki kitab dünyanın müxtəlif dillərinə tərcümə edilib. “1984” və “Heyvanıstan” kitabları Azərbaycan dilinə də Vilayət Quliyev tərəfindən çevirilib və “Qanun” nəşriyyatı tərəfindən çap edilib. “Animal farm” – “Heyvanıstan” romanı rus dilinə “Skotskiy xutor”, “Skotnıy dvor”, “Ferma “Enimal” və s., türk dilinə “Heyvanat ciftliyi”, fars dilinə “Qəleyi-heyvanat” şəklində tərcümə edilib.

Hər iki əsər xususən gənclər tərəfindən maraqla oxunur və bəyənilir, əldən-ələ gəzir.

“Heyvanıstan” povestində heyvanlar barədə bəhs edilsə də, əslində insanlar və onların acgözlüyü diqqətə çatdırılıb. Əvvəlcə ideoloq donuzun heyvanları azadlğa və azad yaşamağa səsləməsi və heyvanların birgə fəaliyyəti, əzmkarlığı, əqidə və söz birliklərinə bağlılığı nəticəsində onlar müstəqiliklərini əldə edirlər və insan üzərində qələbə çalıb dövlətlərini qururlar.

Heyvanların birgə əzmkarlığı və əmək fəaliyyəti ilə çalışmaları, ruzi toplamaları, bir-biri ilə ünsiyyəti təsvir edilir. Bu “dövlətdə” pişik sicanla, it pişiklə dostdur, qurd quzuyla otlayır. İnsanlar fermaya hücum edəndə onların basqınının qarşısını alırlar. Bu onu göstərir ki, azadlq hər şeydən üstündür…. və azad yaşamaq bütün dəyərlərdən yüksəkdə durur.

Donuzun qələbəsi…

Sonra donuzların digər heyvanlardan özlərini üstün tutmaları, digər heyvanlara göstəriş vermələri, ağır işlərə girməmələri başlayır, əsas da onu gətirirlər ki, biz ağıl çalışdırırıq və zehni işlə məşqul oluruq. Və nəhayət donuzlar arasında nüfuz savaşı bir donuzun qələbəsi ilə nəticələnir və sonda avtoritar diktatura yaradılır…

Bu, onu göstərir ki, ədalət sona qədər təmin olunmur, harda güclü və ağıllı varsa, gücsüzləri və ağılsızları istismar edir, başqaları işləyir, onlarsa faydalanır…

Əsərin keçmiş SSRİ quruluşunu təsvir etdiyi bildirilir və ordakı obrazların Lenin, Stalin və digər sovet ideoloqlarını simvolizə etdiyi söylənilir…

Və açıq-aydın göstərilir ki, komunist və sol ideyaların əksinə olaraq, insanlar məqsədlər və imperiya üçün istismar edilir, onlar qapalı rejimdə, qorxu içində  saxlanılır, hər şey avroritar rejimin yönəticilərinin maraqları üçündür.

Sovet təfəkkürü…

Mən isə bu romanı postsovet dövrü ilə müqayisə edirəm. Yəni xalq 1988-ci ildə birləşdi, Milli Azadlıq uğrunda mübarizə apardı. Sovet quruluşu dağıdıldı. 1992-ci ildə xalqın hakimiyyəti quruldu və bir ildən sonra siyasi oyunlar, bəzi maraqlı dövlətlərin müdaxiləsi ilə xalq hakimiyyəti süquta uğradılıdı, 1993-cü ildə sovet təfəkkürlü şəxslər hakimiyyətə gəldi.

Aradan 18 il ötüb. Sovet təfəkkürlülər yenə də hakimiyyətdədir. Xalqın olan-olmazı bugünə kimi bir qrup insan tərəfindən talan edilir və sanki hamı “belə olmalıdır” fikirləşir, müqavimət göstərmir.

“Heyvanıstan”da olduğu kimi, bütün heyvanlar calışır, ruzi toplayır, yalnız donuzlar ondan geninə-boluna istifadə edirlər. Bütün heyvanlar isə susur və “belə olmalıdır” fikirləşir…

Sonda sözümü rus çarı Nikolayın sözü ilə bitirirəm: “Qanunları elə qəbul edin ki, heç kim onu başa düşməsin. Nəticədə millət gəlib məmurlardan soruşsunlar ki, burda nə deyilir?”

 

  1. 29/08/2011 tarixində, saat 09:58

    ela fikirdir.men de qosuluram

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: