Əsas səhifə > Uncategorized > “Azad insan hər yerdə azad olur…”

“Azad insan hər yerdə azad olur…”

Məhşurlardan birinin belə sözü var: İnsanın nəyə qadir olduğu yalnız maneələrlə mübarizədə aydın olur…

…Əhəd Məmmədli

…kimin üçünsə oğlu, kimçünsə qardaş, qohum, əmioğlu, dayıoğlu, dost, əqidə yoldaşı və s…

Mənim üçün üzündə hər zaman təbəssüm dolu bir gənc. Azərbaycan gəncliyinin qürur duya biləcəyi bir insan…

Mən, Əhədi tanıyandan həmişə onu gülərüz görmüşəm. Əqidəli, inamlı, imanlı, mübariz bir gənc. Onunla tədbirlərdə, mitinqlərdə və bu kimi aksiyalarda görüşmüşük.

-Əhəd bəziləri kimi var- dövlət, şirkət, xaricdə villa və gününü istirahət zonalarında keçirmək güçün calışmır…

-O, vətəndaşı olduğu dövlətin demokratik idarəçilik, qanun çərçivəsində idarə olunması üçün mübarizə aparır…

-O, millətini xoş gələcəyi, azad, firəvan yaşaması uğrunda aparılan mücadilənin ön cərkəsindədir…

-O, gündə bir xarici maşın gətizdirib Bakı küçələrində avtoşluq etmək üçün çalışmır…

-O, bir tikə çörək dalınca ölkəsindən didərgin düşən, təqib və təzyiq ucbatından xaricdə mühacirətdə yaşamaq məcburiyyətində olan soydaşlarımızın qayıdıb vətənlərində azad yaşamaları üçün bu  yola qoşulub…

Məhz hamı Əhədi aparılan bu savaşda mübarizliyi, dönməzliyi, əqidəsi və cəsarətli olması ilə tanıyıb.

O, hər kəsə səmimi bir dost olacaq insandır…

Bu gün səni həbs edib qazamata salmaqla, bu iqtidar aciz durumda olduğunu bir daha nümayiş etdirdi. Çünki bunlar vicdanı ilə millətinə, dövlətinə xidmət etmək istəyinləri qəbul edə bilmirlər…  Bilsəydilər bu gün 7 günahsız gənc həbsdə olmazdı.

Bunlar, rüşvətxor, qorxaq, millətini, dövlətini satmağa hazır olan nəsil yetişdirmək istəyirlər…

Bu gün, bir Əhədi həbs edirlərsə sabah minlərlə Əhədlər doğulur…

Bunlar bir şeyi anlamırlar- azad insan hər yerdə azad olur, onu barmaqlıqlar arxasına salmaqla azadlığını əlindən almaq münkün deyil və bu ola da bilməz…

Azərbaycan gəncliyi Tural Abbaslı, Əhəd Məmmədli, Elnur Məcidli, Rüfət Hacıbəyli və bu qəbildən olanlarla qürur duyur…

Cünki məqsədimiz, amalımız birdir… Biz gənclik qanunun şah olduğu, qanunla idarə olunan cəmiyyət uğrunda bir yerdəyik… və bu mübarizədəyik!

Yazdığımı Lermantovun sözü ilə bitirirəm: “Mübarizəsiz həyat olduqca cansıxıcıdır…”. 

Qeyd:

Əhəd Məmmədli 1982-ci il mayın 28-də Bakıda anadan olub. Bakı Dövlət Universitetinin geologiya fakültəsini bitirib. 2002-ci ildən Müsavat Partiyasının sıralarına daxil olub və aktiv siyasi fəaliyyətə başlayıb. 2003-2004-cü illərdə hərbi xidmətdə olub. Ə.Məmmədli həm də “Futbol+” qəzetinin köşə yazarı, həmçinin Müsavat Partiyasının Məclis üzvüdür.

Əhəd Məmmədli İctimai Palatanın aprelin 2-də Bakıda keçirdiyi mitinqə görə 7 sutka müddətinə azadlıqdan məhrum edilib. Aprelin 9-da isə Səbail Rayon Məhkəməsi onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.

Əhəd Məmmədli Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına  səbəb olan hərəkətləri  təşkil etmə və ya bu hərəkətlərdə iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndələrinə qarşı  müqavimət göstərmə və zor tətbiq etmə) maddələri ilə ittiham olunbur.

Hazırda Nəsimi rayon Məhkəməsində “həbs işinə” baxılır.

  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: