Arxiv

Archive for İ

Vicdan məhbusu Elnur Məcidli

Elnur Məcidli

Elnur Məcidli

Hər bir insanın həyatda bir arzusu, ümidi var. Hər bir insan gənc yaşında öz karyerası üçün çalışır, çaba göstərir. Belə gənclərdən biridə Elnur Məcidlidir. Amma, YAP hakimiyyəti onun arzularını gerçəkləçdirməyi məhdudlaşdırıb, təhsilini yarımçıq saxlayıb. Qondarma 2 aprel ittihamı ilə Elnuru həbs ediblər.

Elnur Məcidli – o gəncdir ki, millətinin xoş gələcəyi və dövlətinin demokratik inkişafı uğrunda mübarizəyə erkən yaşında qoşulub. Bəziləri kimi İrəli, Geri, Yaltaq təşkilatlarına qoşulub özünü fikirləşməyi ağlına gətirməyib.

O, Vətənini, millətini, dövlətini azad görmək istəyir. Vətəndaşı olduğu ölkədə hər gün pozulan insan haqq və hüquqlarının tapdalanmasına, millətin olan olmazının, dövlət büdcəsinin talan edilməsinə göz yumanlardan olmayıb. Kişi kimi Millət mücadiləsinə qoşulub. Ətraflı…

Müəllim sözü müqəddəs deyil, müqəddəs olan müəllimlikdir

Sərdar Hacıyev

Sərdar Hacıyev

Mənim Sərdar müəllimim!

Müəllim! Bu ad hər kəs üçün əzizdir.  Hamının müəllimi olub – hətta Hz. Peyğəmbərimiz Məhəmmədin (sav) də.

Həzrət Əli (əlehisalam) deyib ki, hər kim mənə bir hərf öyrətsə, mən ona qul, kölə olaram.

Belə deyim var: “Şəxsiyyətin ahəngdar inkişafı vəzifəsi, ilk növbədə, müəllimin üzərinə düşür”. Müəllim cəmiyyətdə çox böyük rol oynayır. O, yaşlı nəslin təcrübəsini gənc nəslə verir.

Müəllimə dünyanın ən məşhur insanları öz sevgi və sayğılarını müxtəlif aforizmlərlə bildiriblər; müəllimi günəşə, bağbana, mühəndisə bənzədiblər. Deyiblər ki, müəllim günəş kimi gənc qəlbi və ağlı işıqlandırır, uşaqlara bağban qayğısı göstərir, mühəndis kimi insan qəlbinin layihəsini cızır.

Cəmiyyətin, millətin gələcəyi müəllimin əlindədir

Bir az poetikləşdirilsə də, mübaliğə yoxdur, əksinə, müəllim missiyasını bu vaxta qədər deyilmiş heç bir söz tam əhatə eləmir. Çünki nə qədər müəllim varsa, nə qədər şagird olubsa, müəllimin kimliyi də o qədər rəngarəing olub və olacaq. Gərək Yer üzündəki bütün insanlar müəllim sevgilərini desinlər, yalnız onda müəllimin kimliyini tam dolğun müəyyən etmək olar. Ancaq bunun da ömrü yeni şagirdlərin və müəllimlərin gəlişinə qədərdir…  Ətraflı…

YAP hakimiyyətin iki üzü

Bəs, niyə Türkiyə dövləti öz maraqları üçün Ermənistan ilə əlaqə quranda aləmə car cəkirdiniz…

Son günlər Türkiyə-İsrail münasibətləri tarıma çəkilib. Yəni İsrail adlanan dövlətin Türkiyənin Qəzzaya gedən gəmisini vurması və türk vətəndaşının öldürməsi bu gərginliyə səbəb olub. Türkiyənin İsraildən üzr istəmə tələbi və İsrail başbilənlərinin üzr istəməyəcəyik mesajı iki ölkəninin münasibətlərini tam gərginləşdirib. İki dövlət arasında münasibətlər ikinci dərəcəyə enib.

Bu arada,  Türkiyə dövlətinin Azərbaycandakı böyük elçisi Hulusı Kılıc deyib ki,  Azərbaycan İsraillə münasibətlərinə yenidən baxmalıdır: “Türkiyə ilə İsrail arasındakı münasibətlərin gərginləşdiyi bir dövrdə bizə qardaş olan Azərbaycan da bu ölkə ilə münasibətlərinə yenidən baxmalıdır. Biz hər zaman, tarix boyunca Azərbaycanın yanında olmuşuq. Azərbaycana görə 18 ildir sərhədlərimiz bağlıdır. Türkiyə Azərbaycana görə 18 ildir sərhədlərini bağlayırsa, qardaş bir dövlətin problemi də Azərbaycanın problemi olmalıdır”.

Ətraflı…

Hər kəsin oxumalı olduğu kitab…

Millətimizin şərəf tarixindən bəhs edən “Difai fədailəri”

Bloqlarda kitab həftəsinə 2-ci yazı olaraq Sabir Rüstəmxanlının «Difai fədailəri» sənədli romanıdan söz açacağam.  Kitab 2010-cu ildə  «Qanun» nəşriyyatında çap olunub və 448 səhifədir. Roman Azərbaycanın çox çətin siyasi-psixoloji dövrünü – 1905-ci ildən başlayan və Rusiyanın dəstəyi ilə ermənilərin azərbaycanlılara qarşı apardığı soyqırım tarixini əks etdirir.

Azərbaycan ictimai-fikir tarixinin ən nəhəng simalarından olan Əhməd Ağaoğlu 1905-1907-ci illər erməni-müsəlman davasında erməni terrorunun qarşısını almaq, ermənipərəst çar idarələrinin xəyanətkar Antiazərbaycan siyasətinə cavab vermək üçün “Difai” adlı bir partiya və ya müdafiə təşkilatı yaratmışdı. “Dişə-diş, qana-qan” şüarı ilə meydana çıxan “Difai”nin fəaliyyəti Qafqazda qüvvələr nisbətini Azərbaycanın xeyrinə dəyişdirdi. Ermənilər azərbaycanlıları qisasını görüncə geri çəkilməyə məcbur oldular. Gücə qarşı gücün dayanmalı olduğunu yaxşı anlayan Ə.Ağaoğlunun qurduğu və məşhur ictimai-siyasi xadimlərin dəstək verdiyi bu qurum qısa müddətdə Bakıdan Batuma, Qarabağdan Dağıstana qədər böyük bir ərazini əhatə etmiş, erməni vəhşiliyi nəticəsində əzizlərini itirmiş 10 minlərlə insanın şəxsi intiqam hissini Azərbaycanın xilası yolunda səfərbər etməyi bacarmışdır.  Ətraflı…