Əsas səhifə > Uncategorized > Hər kəsin oxumalı olduğu kitab…

Hər kəsin oxumalı olduğu kitab…

Millətimizin şərəf tarixindən bəhs edən “Difai fədailəri”

Bloqlarda kitab həftəsinə 2-ci yazı olaraq Sabir Rüstəmxanlının «Difai fədailəri» sənədli romanıdan söz açacağam.  Kitab 2010-cu ildə  «Qanun» nəşriyyatında çap olunub və 448 səhifədir. Roman Azərbaycanın çox çətin siyasi-psixoloji dövrünü – 1905-ci ildən başlayan və Rusiyanın dəstəyi ilə ermənilərin azərbaycanlılara qarşı apardığı soyqırım tarixini əks etdirir.

Azərbaycan ictimai-fikir tarixinin ən nəhəng simalarından olan Əhməd Ağaoğlu 1905-1907-ci illər erməni-müsəlman davasında erməni terrorunun qarşısını almaq, ermənipərəst çar idarələrinin xəyanətkar Antiazərbaycan siyasətinə cavab vermək üçün “Difai” adlı bir partiya və ya müdafiə təşkilatı yaratmışdı. “Dişə-diş, qana-qan” şüarı ilə meydana çıxan “Difai”nin fəaliyyəti Qafqazda qüvvələr nisbətini Azərbaycanın xeyrinə dəyişdirdi. Ermənilər azərbaycanlıları qisasını görüncə geri çəkilməyə məcbur oldular. Gücə qarşı gücün dayanmalı olduğunu yaxşı anlayan Ə.Ağaoğlunun qurduğu və məşhur ictimai-siyasi xadimlərin dəstək verdiyi bu qurum qısa müddətdə Bakıdan Batuma, Qarabağdan Dağıstana qədər böyük bir ərazini əhatə etmiş, erməni vəhşiliyi nəticəsində əzizlərini itirmiş 10 minlərlə insanın şəxsi intiqam hissini Azərbaycanın xilası yolunda səfərbər etməyi bacarmışdır. 

Əhməd bəy Ağaoğlu

Əhməd bəy Ağaoğlu

Roman dövrün siyasi-psixoloji mühitini əks etdirməklə bərabər Azərbaycan oxucusundan gizləndilən tarixi həqiqətlər üzərindəki sirr pərdəsini götürməyə, taleyimizə kölgə salan faciələri göstərməyə xidmət edir.

“Difai fədailəri” romanında o dövrün adamlarını müdafiə hərəkatına qoşan səbəblər, Azərbaycanı xilas etmək yolunda ziyalılanmızın apardığı çətin və şərəfli mübarizə əksini tapmışdır.

Ciddi mənbə və mənqəbələrdən, arxiv materiallarından və dövrün rəsmi sənədlərindən istifadə ilə qələmə alınan bu tarixi romanda erməni vəhşiliyinə qarşı duruş gətirmək üçün böyük Azərbaycan mütəfəkkiri və ziyalısı Əhməd bəy Ağoğlunun yaratdığı «Difai» təşkilatının fəaliyyəti işıqlandırılıb.

Difai Partiyasının emblemi

Difai Partiyasının emblemi

Kitabda Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə, albay Bilal Qarabağlı, Nuru Paşa, Əmin Rəsulzadə, Ələsgər bəy Xasməmmədov, Ədil xan Ziyadxanlı, Molla Məhəmməd Pişnamazzadə, Ələkbər bəy Rəfibəyli, Həmid bəy Usubbəyli, Nəsib bəy Nəsibəyli, Mirzə Məhəmməd Axundlu, Həmidə xanım Məmmədquluzadə, Hacı Zeynalabdin Tağıyev və başqa tarixi şəxsiyyətlərdən söz açılmışdır.

Kitabda rus fitnəkarlığı ilə ermənilərin millətimizin başına açdığı oyun tarixi faktlarla nəql edilir, ermənilərin Qarabağda, Gəncədə, Bakıda və digər yerlərdə törətdikləri cinayətlər əks olunur.

Mən, bu kitabı oxuduqdan sonra bir daha Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Əli bəy Hüseynzadə və s. mütəfəkkirlərimizlə bir millətin nümayəndəsi olduğumdan qürur duydum.

Əhməd bəy Ağaoğlu haqqında burdan məlumat əldə edin:

http://az.wikipedia.org/wiki/Əhməd_bəy_Ağaoğlu

“Difai” Partiyası haqqında burdan məlumat əldə edin:

http://az.wikipedia.org/wiki/Difai_(təşkilatı)

Sabir Rüstəmxanlı haqqında burdan məlumat əldə edin:

http://az.wikipedia.org/wiki/Sabir_Rüstəmxanlı

  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: