Əsas səhifə > Uncategorized > YAP hakimiyyətin iki üzü

YAP hakimiyyətin iki üzü

Bəs, niyə Türkiyə dövləti öz maraqları üçün Ermənistan ilə əlaqə quranda aləmə car cəkirdiniz…

Son günlər Türkiyə-İsrail münasibətləri tarıma çəkilib. Yəni İsrail adlanan dövlətin Türkiyənin Qəzzaya gedən gəmisini vurması və türk vətəndaşının öldürməsi bu gərginliyə səbəb olub. Türkiyənin İsraildən üzr istəmə tələbi və İsrail başbilənlərinin üzr istəməyəcəyik mesajı iki ölkəninin münasibətlərini tam gərginləşdirib. İki dövlət arasında münasibətlər ikinci dərəcəyə enib.

Bu arada,  Türkiyə dövlətinin Azərbaycandakı böyük elçisi Hulusı Kılıc deyib ki,  Azərbaycan İsraillə münasibətlərinə yenidən baxmalıdır: “Türkiyə ilə İsrail arasındakı münasibətlərin gərginləşdiyi bir dövrdə bizə qardaş olan Azərbaycan da bu ölkə ilə münasibətlərinə yenidən baxmalıdır. Biz hər zaman, tarix boyunca Azərbaycanın yanında olmuşuq. Azərbaycana görə 18 ildir sərhədlərimiz bağlıdır. Türkiyə Azərbaycana görə 18 ildir sərhədlərini bağlayırsa, qardaş bir dövlətin problemi də Azərbaycanın problemi olmalıdır”.

Cənab böyük elçi Ceyhandan İsrailə neft daşındığını xatırladaraq deyib: “İsrail bu haqda fikirləşməlidir. Burada bir problem olacağını nəzərə almalıdır. Azərbaycan hökuməti də nə edəcəyini bilən bir hökumətdir. Biz Azərbaycana tam güvənirik”.

Təbii ki, Türkiyə dövləti tam haqlıdır və Azərbaycanın da mövqeyini açıqlamasını istəməsi tam başa düşüləndir. Birincisi biz iki dövlət olaraq bir millətik. Yəni qardaşın biri darda olanda o biri də ona yardımçı olmalıdır. Qardaşın-qardaşa arxa olmaması ən böyük qəbahət sayılır.

Türkiyə türkləri hər zaman bizə dəstək olublar, qardaş olaraq darda olan bizlərə dayaq olublar. Təkcə onu yada salmaq kifayətdir ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinə köməyə gəlməsəydilər aqibətimiz pis olardı.  Bakı tam olaraq erməni və bolşeviklərin əlində idi. 1918-ci il mart qırğınından sonra erməni-bolşevik birləşmələri daşı-daş üstə qoymayacaqdılar Azərbaycanda. Əgər Nuru Paşanın başçılıq etdiyi ordu Bakını 15 sentyabrda azad etməsəydi Bakı da bu gün Dərbənd kimi Rusiyanın tərkibində qalmışdı.

İkinci məsələ, Sovet hakimiyyəti dövründə Ahıska türkləri kimi bizləridə Orta Asiyaya köçürəcəkdilər, əgər daxildəki ziyalılarımız və Türkiyə dövləti olmasaydı.

Azərbaycan ikinci dəfə dövlət müstəqilliyinin əldə etdikdən sonra düz bu günə kimi Türkiyə Azərbaycana istənilən səviyyədə dəstək olub. Ermənistanla sərhədlərini açmaması, bu dövlətlə heç bir səviyyədə münasibət saxlamaması sırf Azərbaycanın işğal olunmuş ərazilərinə görədir.  Bu siyahını uzada da bilərəm, amma keçirəm Mübariz müəllimin minnətli açıqlamasına.

YAP-ın başbilənlərindən olan, deputat Mübariz Qurbanlı deyib ki, Azərbaycan və Türkiyə dost, müttəfiq, strateji tərəfdaş olan ölkələrdir. Onun fikrincə, Türkiyənin Ermənistanla sərhədləri 18 ildir bağlı saxlaması, Ankaranın İrəvanla diplomatik əlaqələr qurmaması müsbət haldır: “Amma bir məsələni də yadda saxlamalıyıq ki, Türkiyə ilə Ermənistan arasında problemlər Dağlıq Qarabağ münaqişəsinin mövcud olmadığı zamanda da var idi. Hələ SSRİ dövründə, 1945-ci ildə Ermənistan SSR Türkiyəyə nota verərək ərazi iddiaları ilə çıxış etmişdi. Ermənistan Sovet İttifaqının tərkibində ola-ola belə bir addım atmışdı.

Ermənistanın indiki konstitusiyasında açıq formada Türkiyəyə ərazi iddiaları irəli sürən müddəalar var. Bu ölkə qondarma “erməni soyqırımı”nı əldə əsas tutaraq Türkiyəyə qarşı geniş səpkidə, çoxşaxəli çirkin təbliğat kampaniyası aparır”.

Yəni cənab Qurbanlı hesab edir ki, Türkiyə Azərbaycana görə sərhədlərini Ermənistanın üzünə qapamayıb. Adama deyərlər bəs bir müddət bundan öncə niyə aləmə car çəkirdiniz ki, Türkiyə sərhədlərini açır, bu türk millətinə xəyanətdir. PA-dan, Milli Məclisdən, KİV-inizdən və zəhmətkeşlərinizdən tutmuş hamınız Türkiyə dövlətini yıxıb sürüdünüz. İndi niyə Türkiyəyə minnət qoyursunuz.

Sonra, hörmətli Qurbanlı bildirib ki, Türkiyə və Azərbaycanın beynəlxalq miqyasda ortaq maraqları var və bunu heç kəs inkar etmir.

Mən deyirəm, cənab Qurbanlı hanı sizin dəstək: Türkiyə İsrail ilə münasibətləri ortada bəs YAP hakimiyyəti nəyə görə susur. Xarici işlər Nazirliyindən məsələyə münasibət öyrənmək dalana dirənib.

Cənab deputat deyir ki, Azərbaycan Türkiyə ilə həmrəylik nümayiş etdirib İsraillə əlaqələrinə yenidən baxaraq hansısa addımlar atsa, Türkiyə-İsrail münasibətləri düzəldikdən sonra rəsmi Bakı nə etməlidir? Bu bizim xarici siyasətimizdə problemlər yarada bilər. Biz gərək bunu göz önünə alaq. Biz Türkiyə ilə dost ölkəyik, həmrəylik nümayiş etdiririk. Amma bu məsələlərlə bağlı səfir Hulusi Kılıçın söylədiyi fikirlər bütövlükdə ümumi maraqlarımızla uzlaşa bilməz. Hesab edirəm ki, bu cür yanaşma, məsləhət vermə səpkisində çıxış etmək Türkiyə ilə Azərbaycan arasında münasibətlər fonunda o qədər də məqbul deyil. Azərbaycan Türkiyə ilə dostluğuna sədaqətini həmişə göstərib və bundan sonra da belə olacaq”.

Bəs, niyə Türkiyə dövləti öz maraqları üçün Ermənistan ilə əlaqə quranda aləmə car cəkirdiniz. Onların maraqı yoxdur?  Onlar sizdən mövqe tələb edəndə öz maraqlarınız yada düşür. Türkiyə dövlətinin maraqı ola bilməzmi?

  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: