Əsas səhifə > Uncategorized > Müəllim sözü müqəddəs deyil, müqəddəs olan müəllimlikdir

Müəllim sözü müqəddəs deyil, müqəddəs olan müəllimlikdir

Sərdar Hacıyev

Sərdar Hacıyev

Mənim Sərdar müəllimim!

Müəllim! Bu ad hər kəs üçün əzizdir.  Hamının müəllimi olub – hətta Hz. Peyğəmbərimiz Məhəmmədin (sav) də.

Həzrət Əli (əlehisalam) deyib ki, hər kim mənə bir hərf öyrətsə, mən ona qul, kölə olaram.

Belə deyim var: “Şəxsiyyətin ahəngdar inkişafı vəzifəsi, ilk növbədə, müəllimin üzərinə düşür”. Müəllim cəmiyyətdə çox böyük rol oynayır. O, yaşlı nəslin təcrübəsini gənc nəslə verir.

Müəllimə dünyanın ən məşhur insanları öz sevgi və sayğılarını müxtəlif aforizmlərlə bildiriblər; müəllimi günəşə, bağbana, mühəndisə bənzədiblər. Deyiblər ki, müəllim günəş kimi gənc qəlbi və ağlı işıqlandırır, uşaqlara bağban qayğısı göstərir, mühəndis kimi insan qəlbinin layihəsini cızır.

Cəmiyyətin, millətin gələcəyi müəllimin əlindədir

Bir az poetikləşdirilsə də, mübaliğə yoxdur, əksinə, müəllim missiyasını bu vaxta qədər deyilmiş heç bir söz tam əhatə eləmir. Çünki nə qədər müəllim varsa, nə qədər şagird olubsa, müəllimin kimliyi də o qədər rəngarəing olub və olacaq. Gərək Yer üzündəki bütün insanlar müəllim sevgilərini desinlər, yalnız onda müəllimin kimliyini tam dolğun müəyyən etmək olar. Ancaq bunun da ömrü yeni şagirdlərin və müəllimlərin gəlişinə qədərdir… 

Cəmiyyətin, millətin gələcəyi müəyyən mənada müəllimin əlindədir. Deyirlər ki, bir milləti məhv etmək üçün onun müəlliminin və həkiminin savadsız olması kifayətdir: biri milləti mənəvi cəhətdən, digəri isə fiziki cəhətdən şikəst edəcəkdir.

İnsana ilk düz yol göstərən, onun yaşamaq üçün mükəmməl insan olmasında stimul verən əsas qüvvə müəllim sayılır.

Əlbəttə, söhbət müəllimdən gedir, müəllim adını ləkələyənlərdən yox!

Müəllim yüksək əqidə, məslək sahibi olmalıdır.  Müəllim — Vətəndaş olmalıdır. O, xalqın, Vətənin problemləri ilə yaşamalı, gəncliyi də bu ruhda yetişdirməlidir.

Əslində, müəllim sözü müqəddəs deyil, müqəddəs olan müəllimlikdir. Deyəsən, bunu da müdriklərdən kimsə deyib. Yəni müqəddəs olanlar öz vəzifələrini layiqincə yerinə yetirən insanlardır.

 

Yüksək mədəniyyətə və mənəviyyata malik bir insandır

 

Sərdar Qənimət oğlu Hacıyev – sözün bütün mənalarında və böyük hərflə yazılası MÜƏLLİMdir.

Mən 65 yaşlı müəllimlərin işdən ayrılmasını yaxşı hal saymıram. Heç cür qəbul edə bilmirəm ki, 65 yaşlı müəllimə “daha bəsdir öyrətdiyin, get” demək olar? Axı, müəllim elə bu yaşda daha müdrik, daha kamil olur!

Ən cox sevdiyim müəllimlərimdən olan Sərdar Hacıyev də sevdiyi ocaqdan, müəllim peşəsindən bu səbəb ucbatından uzaqlaşıb. Oturub evdə. Mən bunu təsəvvür edə bilmədim. Yəni Sərdar müəllim dərs demirmi? Belə iş olarmı?  Sərdar müəllimsiz 180 saylı məktəb yaşaya, mövcud ola bilərmi? Məktəb yerindədirsə, bəs, onun siması olan Sərdar müəllim hanı?

Sərdar müəllim – ömrünün yarıdan coxunu  öz sevimli peşəsinə həsr edib, uzun müddət bu 180 saylı orta məktəbdə fizika müəllimi işləyib.

Sərdar müəllim – yüksək mədəniyyətə və mənəviyyata malik bir insandır. O, zahiri və daxili mədəniyyəti, nəcib əxlaqi keyfiyyətləri özündə birləşdirən: düzlük, ədalətlilik, xeyirxahlıq, humanizm, sadəlik nümunəsidir.

Sərdar müəllim – öz peşəsini dərindən sevən biridir və onun şagirdi olan hər bir şəxs də fizikanı belə sevmişdir.

Oxuyub adam olun!

Sərdar müəllimlə bağlı hər bir şagirdin özünə məxsus təəssüratları var. Şagirdlər onu dərs oxumayan, avaralıq edənlərin düşməni sayır. İllər keçir, insan həyatda yaşamağa qədəm qoyanda Sərdar müəllimi başa düşür. O, “Oxuyub adam olun! Qul olmayın! Kişi kimi yaşayın!” deyir hamıya.

Bizim yaşadığımız Qızıldaş qəsəbəsi fəhlə qəsəbəsidir.  Daş karxanaları burda yerləşır. Dərs oxumayan şagirdlərə (mənə də) deyirdi: “Daş karxanasını görürsənmi? Oxusan adam olacaqsan. Əgər avaralıq etsən, tənbəl olsan, gedib orda hanbal kimi maşınlara daş yükləyəcəksən”.

Sərdar müəllim təkcə müəllim kimi yox, sözün həqiqi mənasında yol göstərən, qayğıkeş birisi olub şagirdləri üçün. O, hər kəsə nüfuzu ilə təsir edirdi.  Yəni, müəllim yüksək nüfuz sahibi və uşaqlara nümunə olmalıdır. O, belə bir insandır!

Dərin bilik, mədənilik, mənəviyyat nümunəsi olan Sərdar müəllimin nüfuzu da yüksəkdir Qızıldaşda.

Müəllim – ilk növbədə insandır.

Nüfuzu qazanmaq çətin, itirmək isə asandır: O, hər kəsə nümunə olacaq bir şəxsiyyətdir. Hec zaman onun yersiz hərəkətini, ədalətsiz münasibətni görməyib, ehtiyatsız söz eşitməyib. O, hər zaman sözlərinə və hərəkətlərinə məsuliyyətlə yanaşıb, öz nüfuzunun keşiyində durub. Bu keyfiyyəti onu Qızıldaşın əsas söz sahibi, ağsaqqalı, məsləhətçisi edib. O, təkcə müəllim yox, həm də qəsəbəmizin ağsaqqalıdır. Bu nümunəsi onu yolgöstərən, mayak səviyyəsinə qaldırıb. Kimin müşkül işi olsa, onun yanına qaçıb.

Müəllim – ilk növbədə insandır. Sərdar müəllim də hər kəsə insanlıq nümunəsindən yanaşıb, hamıya yardımçı olmağa calışır.

Müəllim nüfuzunu hər hansı qərarla, əmrlə, göstərişlə qaldırmaq qeyri-mümkündür. Müəllimlik peşəsinin nüfuzunu hər bir müəllim öz iş və mənəvi keyfiyyətləri bağlıdır.

Sərdar müəllimlə bağlı təəssüratlarım çoxdur, bir-ikisini deyim.

Yuxarı siniflər “Sərdar müəllim yaman uşaq döyəndir” deyirdi və hamı ondan qorxurdu. 45 dəqiqə dərs müddətində heç kimin cınqırı da çıxmırdı. Onun qorxusundan nəfəsi də güclə alırdıq. Sinifdə milçək uçsa, səsin eşidirdik. Hamı gözləyirdi ki, kimi dərs danışmağa çağıracaq. Hətta dərs bilən də qorxudan dərsi unudurdu ilk vaxtlar. Ona, onun dərs metonduna vaxt keçdikcə bələd olduqdan sonra hamımız onu sevdik. Sərdar müəllim dərsi şagirdə elə izah edirdi ki, kitab oxumağada ehtiyac olmurdu.

180 saylı məktəb birincidir

Mən, texniki fənləri elə də sevməmişəm. Daha cox humanitar fənlərə üstünlük vermişəm. Bir dəfə Sərdar müəllim məni dərs danışmağa cağırdı. Dedim, bilmirəm. (Onu da deyim ki, dərs oxumayanları ciddi tənbeh, həm də bu tənbehi ömrümüz uzunu unutmarıq). Dedi, kitabı götür, arxada otur. Dərs qurtardı, Sərdar müəllimsə məni evə buraxmadı. Qapını bağlayıb getdi. Düz axşam 6-da kimisə göndərmişdi ki, gedin, qapını açın, getsin, yəqin ağlı başına gələr!

Ağlım başıma gəlmışdi… :)))

O, bu cür etməklə hamını oxumağa məcbur edirdi. Bu gün də Sərdar müəllim kimi insanların əməyinin xidmətidir ki, 180 saylı məktəb dərs keyfiyətinə, şagirdlərin bilik bacarığına görə ilk yerlərdən birini tutur.

Qoy, Sizi şagirdlərdən ayıranlar utansın!

Biz, Zöhrə Qədirovaya, Məleykə Abdullayevaya, Umud Əmrahova, Yaqub Məmişova, Mübarək Yusifova, Fariz Kazımova, Ziyafət Şükürova, Malik Qasımova, Müləzzim müəllimə, Nina müəllimə, Fəridə müəlliməyə, Solmaz müəlliməyə, Zəhra müəlliməyə, Fatimə müəlliməyə, Mənsümə müəlliməyə, Surxay müəllimə, Zakir müəllimə, İbrahim müəllimə borcluyuq. Onların səyinin nəticəsidir ki, Qızıldaş ali təhsilli şəxslərinə görə Qaradağ rayonunda ilk yerdədir.

Sərdar müəllim, siz xoşbəxt insansınız ki, minlərlə balanız var, minlərlə ürək Sizə sevgi ilə döyünür.

Sizin məktəbdən uzaqlaşmanız Sizin üçün dərd deyil, yeni nəsil üçün dərddir.

Qoy, Sizi şagirdlərdən ayıranlar, gəncləri şikəst edənlər utansın!

  1. ELMAR
    23/09/2011 tarixində, saat 22:37

    mende adi cekilen cox hormet etdiyimiz SERDAR muellimin telebesi olmuwam ve idniyenecen onu gorende men ele bil dogma ezizimi gorurem.ailede 4 ovladiq:her birimiz ayir-ayir ali tehsil ocaqlarinda tehsil almiwiq,bu iwdede bize en boyuk komek SERDAR muellim olub.Serdar muellim ele muellimlerden olubki hemiwe dersi oz vicdaniyla kecib.esl insan kimi,muellim kimi her kese numune olub.cox sag ol Samir cox sag olki sen belkede coxlarimizin belkede unutdugu eziz muellimiizin bize etdikelrini yada saldin.axi ele onun sayesinde esas men ali mektebe qebul oldum.allah rehmet elesin wairimize gozel soyleyib:sagliginda qiymet verin insanlara.birde allah Serdar muellim kimi insanlara,muellimlere uzun omur can saligi versin.

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: