Arxiv
Bizim istiqlal…
…Amma bu istiqlalın adı bizimdir
«İstiqlal» bir millətin azadlıq eşqi. Biz ötən yüz illik boyunca parçalanmış Vətənimizin quzeyində millət olaraq iki dəfə bu eşqi dadmışıq. 1918-ci il mayın 28-də Türk-İslam dünyasında, bütövlükdə şərqdə ilk demokratik respublika qurulub. İki il ömrü olan bu respublikanın süqutundan 70 il sonra 1991-ci ilin 18 oktyabrında II dəfə öz İstiqlalımızı, yəni Dövlət müstəqilliyimizi əldə etmişik. Çətin, ağır günlərdən üzü ağ çıxaraq Xalqımızın iradəsi və o vaxtkı Ali Sovetin 25 nəfərlik «Demokratik Azərbaycan» Blokunun üzvlərinin səyi, 43 nəfərin səsi ilə müstəqil olduq. Şərqdə, İslam dünyasında ilk xalq cümhuriyyəti qurmuş bizlər yenidən belə bir arzuya qovuşduq. Qəddar sovet imperiyasının əsarətindən 70 il sonra qurtulduq. Bu İSTİQLAL bizim sevincimiz, qürurumuz və qeyrətimiz, namusumuzdur. Ətraflı…
Istiqlalın tərəfdarları və əleyhdarları
İstiqlalçı deputatlar…
- Ixtiyar Şirinov- keçmiş baş prakror, MKP sədri
- Firudin Cəlilov- keçmiş Təhsil naziri
- Dilarə Əliyeva- mərhum jurnalist
- Füzuli Axundov
- Aydın Məmmədov
- Əyyam Musayev
- Vaqif Novruzov
- Vahid Əhmədov- millət vəkili
- Ramiz Fətəliyev Ətraflı…
İstiqlalçı qadın…

Istiqlalçı deputat Məryəm Həsənzadə
Məryəm Həsənzadə, Sənin kimi Ana ilə qürur duyuruq!
Məryəm Həsənzadəni hamı İstiqlalçı deputat kimi tanıyır. Onun adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. O, 18 oktyabr 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyinə səs verən 43 nəfərin içində iki qadın deputatdan biridir. Bəzi kişilər qorxusundan müstəqilliyin əlehinə səs verəndə, məhz o Ana qüruru ilə İstiqlala kişi kimi səs verdi.
Məryəm xanım 1990-cı illərin məşhur “Demokratik Blok” adlanan fraksiyanın 25 üzvündən biri olmaqla, Ali Sovetin məşhur 4-cü mikrofonunda ilk çıxış edən deputatdır. Bu günkü Siyəzən rayonunun təşkil edilməsində onun xidmətləri əvəzsiz və danılmazdır. Rayon məhz onun təklifindən sonra yaradılıb.
O, bu gün Siyəzənin Gənclik adlanan qəsəbəsində yaşayır – yataqxana binasının dördüncü mərtəbəsində. Təxminən 12 kvadratmetrlik balaca bir otaqda. Otağın qarşısında isə, daha doğrusu, mənzilin girəcəyində 2 kvadratmetrlik darısqal mətbəx var…
Vəssalam, İstiqlalçı deputatın yaşadığı mənzil bundan ibarətdir. Ətraflı…
Əsgərin öldürən ölkə!

Azərbaycan əsgəri
Bir ölkədə 9 ayda 73 əsgər dünyasın dəyişirsə, özüdə onun 64-ü qeyri-döyüş şəraitində dünyasını dəyişibsə, o ölkənin müdafiə naziri istefa verməlidir.
Azərbaycanda hər şey qarmaqarışıqdı. Məsələn, boks çempionatı keçirib erməniləri Bakıya dəvət edəndə hakimiyyət sülhdən danışır, Bəxtiyar Hacıyevin çağırışçı yaşında olarkən Harvardda təhsil almasına gəlincə isə bunu «müharibə aparan ölkədə böyük xəyanət» kimi qiymətləndirirlər. Yaxud «Eurovision» yarışmasının şənliyini Qafqazın lider dövləti kimi qeyd edirlər, iqtisadi-siyasi islahatlara gəlincə «biz müharibə vəziyyətindəyik» kəlamı yada düşür. Bir sözlə həqiqət hər zaman Azərbaycanda iqtidarın işinə yarıyan şəkildə libas geyinir. Ətraflı…