Əsas səhifə > Uncategorized > Unversitetlərdə LİKE dərsləri…

Unversitetlərdə LİKE dərsləri…

Hamı və hər kəs bilməlidir ki,  LİKE nə qədər cox olarsa elmimiz və təhsilimiz hec vaxt basılmaz.
Bakı Dövlət Unversiteti (BDU) ilə Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA)  tələbələri  elm və təhsilimiz üçün nə qədər faydalı və vacib olan bir sahə üzrə yarışa giriblər.  Yəni, elm öyrənmək, kitab oxumaqdan daha vacib sayılan LİKE yarışlarına qatılıblar. Elmimizin inkişafı üçün faydalı olan bu yarışmada ADNA-lılar öz elmi bacarıq və bilikləri ilə BDU-luları üstələyiblər. Yəni, bir daha aydın olub ki, ADNA-nın professor, müəllim heyəti bu elmin sirlərini öz tələbələrinə əzmlə aşılayıblar. Bunun danılmaz sübutu və nəticəsidir ki, BDU yarışmada yenilib. ADNA tələbələri Azərbaycan elminin zirvəsi olan BDU-nu udublar. Aydın olub ki, LİKE yarışları üçün mütəxəsis hazırlğında ADNA cox irəli gedib. Onlara Neft tapmaqdan, yaxşı mühəndis olmaqdan başqada, LİKE elminin sirlərini hörmətli Siyavuş müəllim öyrədib. Belə nəticə hasil olur ki, hörmətli BDU rektoru Abel müəllimin başı Milli Məclisdə qanun qəbulna qarışdığı üçün o, tələbələrinə LİKE elminin sirlərini  yaxşı aşılaya bilməyib.  Unversitetin “Azad” Tələbə Həmkarlar Təşkilatın mın tələbə güdən qrupu isə məyus olaraq istrfa verib. Onlar tələbələri bu yarışma üçün güdüb rektorluqa LİKE yarışmasında BDU-nu LİKE etməyənləri deyə bilməyiblər.  (Yəqin ki, BDU-nun bəzi “satqın” tələbəi ADNA-ya LİKE veriblər)
Belə ki, bu  yarışmada onlar cox passiv olublar. 2010-cu ilin parlament seçkilərində “Azad” Tələbə Həmkarlar Təşkilatının fəalları bütün internet klubları gəzib Abel müəllimi seçkilərlə bağlı yarışlarda birinci etdikləri kimi bu yarışda BDU-nu birinci edə bilməyiblər.
Facebookun imkanlarından istifadə edən ADNA-lılar BDU-lular üzərində qələbə qazanıblar.
Hamı və hər kəs bilməlidir ki,  LİKE nə qədər cox olarsa elmimiz və təhsilimiz hec vaxt basılmaz.
AzXəbər saytı ürək ağrısı ilə BDU-nun uduzduğunu yazıb. Aldığım məlumata görə, Unversiter rəhbərliyinin yarısı bu xəbəri oxuyan kimi infakt keçirib.
Onlar əndişəyə düşüblər ki,  Prezident Adminstratsiyası bu xəbəri eşitsə  nə olacaq? Hörmətli PA-nin Humanitar şəbəsinin müdiri Fatma xanım ölkə rəhbərliyinə deyəcək ki, BDU-da dərslər, müasir texnologiyalar tələbələrə yaxşı öyrədilmir.
Təhsi nazirliyi isə məsuliyyətdən qurtulmaq üçün  BDU-ya “uje” ciddi xəbərdarlıq və töhmət elan edib. Nazirlik BDU rəhbərliyini LİKE dərslərini tələbərərə yaxşı öyrədə bilmədiklərini üçün qinayıb.
Qeyd edim ki, İqtisad, Xarici Dillər, Slavyan, Pedeqoji unversitetlərin rəhbərliyidə LİKE-lərlə bağlı unversitetlərdə xüsüis elmi kurslar təşkil ediblər. Azərbaycan Milli Elmlər Akademiyasından yüksək cinli akademiklər bu kurslara cəlb edilərlər.
P.S
Sonda onu deyim ki, Təhsil nazirliyi Milli Məclisə müraciət edərək “Təhsil haqqında” qanuna LİKE dərslərinin unversitet və orta məktəblərdə, eləcədə texniki peşə məktəblərində keçirilməsi üçün tövsiyyə göndərib. Onlar əndişəyə düşüblər ki, birdən Ermənistanla bu formalı yarışlar keçirilər və biz uduzarıq, el aləmə, dünyaya biabır olarıq…
LİKE edin… etməyən LİKEsiz qalsın… (BDU-nin zəhmətkeş tələbələri)
Kateqoriyalar: Uncategorized Etiketlər: , , ,
  1. 03/10/2011 tarixində, saat 09:59

    mütləğdır ki, Misir məllimin bu “LİKE” yığınından xəbəri olsun! soramda bu copypastə xərəb xəəbər saytı olan azxəbər bu ÜRƏK YANĞISINI öz saytında yaya ))))

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: