Əsas səhifə > Uncategorized > Əsgərin öldürən ölkə!

Əsgərin öldürən ölkə!

Azərbaycan əsgəri

Azərbaycan əsgəri

Bir ölkədə 9 ayda 73 əsgər dünyasın dəyişirsə, özüdə onun 64-ü qeyri-döyüş şəraitində dünyasını dəyişibsə, o ölkənin müdafiə naziri istefa verməlidir.

Azərbaycanda hər şey qarmaqarışıqdı. Məsələn, boks çempionatı keçirib erməniləri Bakıya dəvət edəndə hakimiyyət sülhdən danışır, Bəxtiyar Hacıyevin çağırışçı yaşında olarkən Harvardda təhsil almasına gəlincə isə bunu «müharibə aparan ölkədə böyük xəyanət» kimi qiymətləndirirlər. Yaxud «Eurovision» yarışmasının şənliyini Qafqazın lider dövləti kimi qeyd edirlər, iqtisadi-siyasi islahatlara gəlincə «biz müharibə vəziyyətindəyik» kəlamı yada düşür. Bir sözlə həqiqət hər zaman Azərbaycanda iqtidarın işinə yarıyan şəkildə libas geyinir.

Amma əlahəzrət fakt qarşısında hamı acizdir və bu həzrətin ortaya çırpdığı yumuruq belədir: Azərbaycanda müharibə getmir, amma son 9 ayda 73 əsgər dünyasını dəyişib.

 73 əsgərdən 64-ü Qeyri-döyüş şəraitində dünyasın dəyişib

Səfər Əbiyev

Səfər Əbiyev

Hələ bu harasıdır ki, dünyasını dəyişən 73 əsgərin cəmi 9-u döyüş itkisidir (8 nəfər erməni gülləsi, 1 nəfər mina partlayışı). Qeyri-döyüş itkiləri isə 64 nəfər təşkil edir. Yəni ayda 7 nəfər. Normal ölkədə bu faktların qarşısında müdafiə naziri istefa verərdi. Bizdə isə nazirin oğluna vəzifə verirlər. Heç kim məni vətənpərvərliyə xəyanətdə suçlamasın, amma belə bir şəraitdə hansı valideyn övladını ürəklə hərbi xidmətə göndərər? Yuxarıda göstərilən statistikanın tam əksəriyyəti kasıb və kəndli ailələrinə aiddir. Bir tikə çörək möhtacı ilə övlad böyüdən valideyinin heç bir səbəb göstərilmədən 18 yaşlı oğul tabutu almasını kim qəbul edər? Hələ biz onu demirik ki, atəşkəsi bayraq edən hakimiyyət erməni gülləsindən dünyasını dəyişən əsgərlərimizə belə şəhid statusu vermir. Buna hansı valideyin, hansı ürək dözər və növbəti övladını əsgər göndərərmi?

 18 yaşlı uşaq əsgər gedə, səhər meyidi evə gələrmi…

 Heç şübhəsiz Vətəni qorumaq və onun üçün ölkək şərəfdir. «Torpaq uğrunda ölən varsa VƏTƏNDİR». Amma gəlin baxaq bu dünyasın dəyişənlər nə üçün ölüblər. Bilən yox, açıqlama yox…

Ordunu tənqid etmək olmaz! Düzdür, çünki müharibə şəraitindəyik və düşmən buna sevinər. Bəs niyə o orduda it yiyəsin tanımır və həyata gözləri açılmamış 18 yaşlı uşaqlar bilinməyən şəraitdə dünyasını dəyişirlər, evlərinə meyitləri gedir? Kimdir bunun günahkarı? Nə səbəbə, Ordu bu günə salınıb? Əgər bir ölkədə günün günorta çağı general, özüdə komandan olan general evinin önündə güllələnirsə, səbəbi aydinlaşdırılmırsa, o generalın naziri onun yasına gəlmirsə, xaricdə dincəlirsə, onu maraqlandırmırsa, kimə nə deyək? Bir kişi yoxdurmu bu məmləkətdə Azərbaycan dilində danışa bilməyən, bizim kimi düşünə bilməyən Səfər Əbiyevi əvəzləsin? Onsuzda bizdən olmayan, bizim kimi fikirləşə bilməyən, bizim dilimizdə güclə danışan Səfər Əbiyevin nə kefinə? Onu ordu maraqlanmır…

 Bu hakimiyyətin düşməni xaricə yox, daxildədir…

 Müdafiə nazirliyinin tabeçiliyində olan hərbi hissələrdə dedavşina, əsgərlərə münasibət hamıya məlumdur. Valideyinlər çalışırlar uşaqları ya Daxili, ya Sərhəd, ya da digər qoşun növlərinə düşsünlər. Müdafiə nazirliyinin tabeçiliyində olan birləşmələrə yox. Səbəb nədir? Səbəb odur ki, Müdafiə nazirliyinə tabe olan ordu birləşmələri bərbad gündədir…

Axı Daxili Qoşunlar, Sərhəd Qoşunları və digər hərbi birləşmələr də bu dövlətə aiddir və onlar üçün büdcədən ayrılan pullar Müdafiə Nazirliyindən qat-qat azdır.

Daxili Qoşunlar daxildə asayişi qorumaq, Müdafiə nazirliyinin qoşunlari isə düşmənin hücumunu dəf etmək üçündür. Demək, hakimiyyət daxili qoşunları yüksək səviyyədə hazırlamaqla onu sübut edir ki, bunların düşməni xaricdə deyil ancaq daxildədir.

Bunun başqa adı yoxdur.

Son 9 ayda 73 əsgərin ölümünü kimin üzərinə yazaq. Ali baş komandan nə səbəbə Müdafiə nazirliyindən səbəb sormur. Bu qədər laqeyiddirmi vətəndaşlara. Axı o, konistutsiyaya and içib.

  1. arif
    03/10/2011 tarixində, saat 14:03

    Yazı kifayət qədər aktual məsələni gündəmə gətirtiyindən ona münasibət birmənalı olmaya da bilər.Ancaq bir şeyi də yaddan çıxartmayaq ki,ölkədəki durum necə bərbaddırsa, ordudakı vəziyyət də ondan yaxşı ola bilməz.Övladlarından heç birinin tələf olmadığı *quldur* təbəqə döyüşdə ölmüş oğlanlarımıza *ŞƏHİD* adını verməyə heç vaxt razı ola bilməz…O ki qaldı *məğlub* generallara… onlar əvvəllər nəinki istefa verir, uduzanda tapançanı birbaşa alınlarına dayayırdılar…bunlar isə general yox, heç leytenant da deyillər…sadəcə onlara qurama ad verilib…vəssalam….

  2. 05/11/2011 tarixində, saat 02:46

    Samir bəy, mən özüm Daxili Qoşunlarda xidmət etmişəm, şəraitin necə olduğun da əla bilirəm. Əsas sözüm odur ki, Müdafiə Nazirliyinin tabeçiliyində olan Silahlı Qüvvələrdə vəziyyət həqiqətən də pis gündədir. Demək olar ki, nizamnamə qaydalarına riayət olunmur. İndiyənəcən Daxili Qoşunlardan eşitdinizmi ki bu il ərzində əsgər həlak olsun? Xeyr, çünki möhkəm intizam və dissiplin vardır. Milli orduda isə bu yoxdur… gerisin özləri düşünsünlər…

  3. ibrahim
    08/08/2012 tarixində, saat 19:04

    Cunki AZERBAYCANDA Hakimiyyetde duranlar ermenilerdir. Dusunmeyinki men ermeniperest zadam qetiyyen bele deyil. Azerbaycanda hakimiyyet deyilen sey yoxdu. bizim milleti qarabag zad fikirlesdirmir. Ne vecine eee esas ozunun cani sagdi vesselam. Uje 20 ildi qarabag ermenilerdedi. O bos sohbetdi biz qarabagi zadi alacagiq zad. Hamisi milletin basin qatmaq ucundu. AZERBaycanin gunde bir esgeri olur onu mediyaya vermirler ki camaat bilmesin. Xocali fraqmentlerin gosterirler ta gostermirler. NIYE?????? cunki camaat ayaga qalxmasin ele qoyun kimi yatsinlar FSO.

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: