Əsas səhifə > Uncategorized > Hər fəslin öz gözəlliyi var…

Hər fəslin öz gözəlliyi var…

Payız fəsli

…. Payız bir başqadır!

Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax, yağdı yağışlar…

Mənim ən çox sevdiyim fəsil payız fəslidir, elə bu şeir və mahnı qədər. Yazın gəlişi nə qədər sevirəmsə, payızı da bir o qədər da sevirəm. Payız insanın ruhunu sağlamlaşdırır, sanki yeni nəfəs, alov verir. Hər zaman arzu etmişəm ki, kaş Payızda Yardımlıda olaydım. Çünki orda Payızın gəlişi Yaz qədər gözəldir. Çünki evimiz hündürdədir, hansı tərəfə baxsan dağlardır, o dağların çəni və dumanı, dumanlı havanın çiskinli yağışı cox duyğuludur. Mənim kəndim, Bilnə təpələrin üstündədir və evimizin yaxınlığında balaca meşəmiz var. Payız başlayanda ağacların saralması, yerə tökülən yarpaqlar yeni həyatın başlanğıcı üçün yaşam mənbəyinə çevrilir. Yəni qış gələcək, Qışdan sonra Yaz… və canlı aləm yenidən diriləcək.

Qızıl Payız təbiətlə İnsan arasında xoş duyğular yaradır…  bu duyğular pozulmaz, dağıdılmaz ahəngə bərabər olur! Payızın ilk əvvəl gözəlliyi yaşıl Ağacların yarpaqlarını saraltması, saralan yarpaqların qızılı xəzələ dönməsi, o xəzəlin üstündə gəzməyin insana verdiyi pozitiv enerji bir başqadır. Gəzdikcə xəzalın xışıltısı, insan duyğusunu öz gözəlliyi ilə ruhlandırır. Qızıl payızın rəngi İnsan ovqatına qəribə duyğular qatır. Solğun yarpaq rəngləri, əsən külək, payız yağışının səsindəki qəribəlik, həzinlik…

Bu duyğular insanda yaşam hissini daha da rövnəqləndirir….

Yəni Payız fəslinin öz ruhu var. Bu ruh insanı kövrək edir.

Mən də belə hislər payızda daha çox olur, sanki ağlamaq istəyirəm….

Yəni,  deyimə görə nədənsə payız fəsilində insan övladı daha kövrək, daha duyğulu olur.  Bu duyğular payızda bir başqa olur, yəni daha yaradıcı olur…. İnsan payızda daha çox darıxır, ola bilər yaz gəlişi üçün darıxır, yeni yaşamın forması üçün, öz həyatında yenilik üçün darıxır…

Payızın gəlişi ilə kəndimizin üstündən Durnalar qatar-qatar keçib gedirlər, Qaranquşlar da onlara qoşulub gedir… Bircə Sərçələr və Sığırçınlar qalırlar.

Payızın gözəlliyi onun yağışı və dumanlı havasındadır…

Payız yağışında bir palıd ağacına söykənirsən, yağan yağışı izləyirsən.

Hər yerə düşən yağış dənəsinin öz gözəlliyi, insana verdiyi həzz var. Hələ ayaqyalın o yağışda, torpaqın üstündə gəzməyin öz ləzzəti var. Bu duyğu heç bir şey qədər gözəl deyil…

 P.S

Payız ona görə gözəldir ki, Qış cox sərt və soyuq, Yay cox isti və bürkülü olur. Payız isə bunların tən ortasında insan ruhuna yaxın bir gözəllikdir…

  1. 06/11/2011 tarixində, saat 17:24

    Doğurdan Payız fəsli digər fəsillərdən fərqlənir. Məncə, bu fəslin ən gözəl adıni türklər deyir ” Son bahar”….
    Heqiqətən bu fəsildə insan övladı bir başqa cür olur. Çox duyqusal, sanki kiminləsə vidalaşır, ayrilir… Ele bu anlari təbiətin simasında da görmək mümkindir: agaclarin rəngini dəyişməsi, onlarin sanki yaşamaq istəməməsi, yarpaqların gələn baharadək əlvida deyərək əl sallaması…

  2. 06/11/2011 tarixində, saat 22:34

    Yazın lezzet eledi. Heqiqetende payız fəsli digər fəsillərdən başqa cür fərqlidir… Payıza “Darıxdırıcı fəsil”də desək məncə yalnış olmaz. Bununda ayrıca ləzzəti var.

  3. Samir TURAN
    08/11/2011 tarixində, saat 21:33

    Men Payizda bu Dunyaya Geldiyim ucun pyizi sonsuz derecede sevirem, bu yazi dushuncelerme birada qatdi UREYNE sagliq !!!

  4. Samir TURAN
    08/11/2011 tarixində, saat 22:04

    Samir TURAN :
    Men Payizda bu Dunyaya Geldiyim ucun payizi sonsuz derecede sevirem, bu yazi dushuncelerme birazda reng qatdi. dushnurem Senin payza olan Sevgin insanlarda Tebietin Butun fesillerni severek yashamaga devet edecek ! UREYNE sagliq !!! davami olsun!

  5. Latifa
    09/10/2012 tarixində, saat 22:40

    gozeldir tewekkurler inwama elave edecem🙂

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: