Əsas səhifə > Uncategorized > Yaşamırıq… sürünürük!

Yaşamırıq… sürünürük!

BakıAnaloqzuz inkişaf  budur…

Payızda qəfil qarın yağması ölkəni, xüsusən də dağ rayonlarını acınacaqlı duruma saldı. Qarın yağması ilə hakimiyyətin “analoqsuz inkişaf” tapıntısının sadəcə söz və kağız üzərində olduğu tam aydın oldu. Belə ki, havaların kəskin soyuması, qar və yağışın yağması nəinki ucqar rayonlarda, hətta Bakıda da həyatı iflic etdi. Yağışın yağması ilə Bakı küçələrini su basdı və nəqliyyatın hərəkət etməsi tam məhdudlaşdı. Əgər bir gün tam olaraq leysan yağsa Bakını su basar. Hələ yüngülvari yağış  nəticəsində paytaxtı su basır. Mərkəzi küçələr su altında qalır. Bakı küçələri coşqun dağ çaylarına bənzəyir.  Bakındakı köhnə tikililərin birinci mərtəbələrində yerləşən mənzillər yağış suyu ilə dolur.  Cünki yeni tiklilər Bakının baş planına uyğun deyil… Kim nə istəyir, pulunu verib edir…

Bizdə adət budur ki, yol çəkirlər, kommunikasiya qurğularını, tullantı, yağış sularının axması üçün kanallar nəzərə alınmır. Yağış yağanda su hara axmalıdır? Təbii ki, yağış və qrunt suları məcburdur yolları bassın. Nəticə də budur ki, yollar başdansovdu çəkilir və bir müddətdən sonra yararsız hala düşür. Bu səbəbdən Bakı yollarında çalaların sayı-hesabı yoxdur.
Tam aydın olur ki, yol çəklişi, körpü tikilişi və təmiri üçün büdcədən ayrılan pullar şəxsi hesablara sovrulur. Nə etsələr də, keyfiyyətsiz, yararsız və dözümsüz edirlər.
Ona görə də çəkilən yol qurtaran kimi qazılır, təzədən nəsə yaddan çıxdığı üçün bir də qazılır. Çünki işi plansız edirlər. Nəticədə yol, körpü bir müddətdən sonra yararsız hala düşür, təmirə bağlanır. Budcədən yenidən təmir üçün pul ayrılır.

Allah eləməmiş, Bakıda zəlzələ olsa nə olar… Onu isə bilmirəm!  bu başqa yazı mövzusudur.

Keçək başqa mətləbə. Lökbatan qəsəbəsi Bakının ən böyük yaşayış məntəqələrindən biridir və bu qəsəbənin əsas yolunu su təmiz basıb. Heç kimin də vecinə deyil. Maşınlar hərəkət edə bilmirlər. Avtobuslar güclə keçirlər. “Binə”, “Sədərək” və “Karvansaray” ticarət mərkəzləri və digər obyektlər üçün yolun hər iki tərəfində olan göl torpaqla dolduruldu və gölün suyunun axmağa yeri olmadığı üçün su yola axır. “Binə” və “Sədərək”dən milyonlar qazanılır, ancaq yolu düzəltdirmək heç kimin yadına düşmür.

Dağ rayonlarında yaşayış tam olaraq cöküb. Qarın yağması ilə 89 kəndi olan Yardımlının yarıdan çox kəndində işıq yoxdur. Elektrik dirəkləri aşıb, kəndlərin yolları təmiz dağılıb, əlaqə kəsilib. Onsuz da Yardımlının kəndlərinə elektrik enerjisi fasilələrlə verilirdi. Qar yağması ilə elektrik enerjisi tamamilə kəsilib.
Ən acınacaqlı vəziyyət Lerikdədir. Güclü qar yağmasından sonra rayonun 70-dən artıq kəndi ilə əlaqə tamamilə kəsilib. Elektrik enerjisinin verilməsi dayandırılıb. Burda da elektrik dirəkləri aşıb və düzəldən də yoxdur. Kimin nə kefinə kənddə yaşayan necə yaşayır?
Quba və Qusarın kəndlərindən xəbər isə yoxdur.

Kənd insanı talehin ümidinə buraxılıb.

Bir daha aydın olur ki, “Regionların sosial-iqtisadi inkişafı proqramı” sadəcə televiziya ekranlarından elan edilir. Ayrılan pullar hara gedir bilən yoxdur.

İcra başçılarının iki işi var. Biri park tikmək və bir də heykəl ucaltmaq (onuda deyim ki, təzə başçı köhnənin parkınıda uçurur yenidən tikir, heykəlidə biraz böyüdür ki, fərqlənsin) . Bu işin öhdəsindən gəldin, PA-dan bir “molades” aldın və qalır dəmə qoy…. İnsanlara zülm etmək və kimin nəyi var əlindən almaq.

İcra başçısı sözünü təklif edirəm “Mini xan və ya sultan” sözü ilə əvəz etsinlər. Bu daha yaxşıdır…

Yaşamırıq eee, sürünürük…

  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: