Əsas səhifə > Uncategorized > ‎Rafiq Tağı yox, hamı öldü….

‎Rafiq Tağı yox, hamı öldü….

Rafiq Tağı“Rafiq bəy ata idi və bir atanın uşaqların gözü yaşlı qoydular. Heç bir ata, nə övlad bu olayın başına gəlməsini istəməz….”

Bu günlərdə hamı Rafiq Tağıdan yazır. Məndə yazmaq istədim, amma yazını elə onun öz sözləri ilə, mərhum yazarın bir müsahibəsində ki, cavabla başlayıram. Jurnalist soruşur: “Azərbaycan ədəbiyyatı bu gün nələrdən qurtulmalıdır?”… və Rafiq Tağının cavabı: “Mühafizəkarlıq, yalançı millilik və dinçilikdən, şahpərəstlik, kütlə arxasınca sürünməklik və ədəbiyyatın pula konvertasiyası istəklərindən, ədəbi bütpərəstlik, həqiqətdən uzaqlıq və yeniliyə nifrətdən.

Ədəbiyyatımızın xəstəliklərini saymaqla qurtarmaz”…

İndi isə hadisənin özünə keçək. Azərbaycan qəribə ölkədir. Bu məmləkətdə günün günorta çağı jurnalist evinin qarşısında, general küçədə güllələnir, yazıçı küçədə bıçaqlanır və s. Belə dövlətmi olar. Belə idarəçilikmi olar!

Mərhum jurnalist Elmar Hüseynovun qatilləri “tapılmadı”, general Rail Rzayevin ölümü sirr olaraq qaldı. Yəqin Rafiq Tağınıda kim və nə üçün oldurdü sualının cavabı tapılmayacaq, tapılacaqsa nə cür olacaq…

Bu hadisə hər kəsin başına gələ bilər. Heç kim bu cür olaylardan sığortalanmayıb. Əgər bir məmləkətdə taninan bir şəxs, yazar, jurnalist bucür hadisələrlə qətilə yetirilirsə var yazıq vətəndaşın gününə. Ədalət, haqq, hüquq olmayan məmləkətdə nə olmalıdır ki,… o olmalıdır ki, insan evinin önündə güllələnməli, bıçaqlanmalıdır…

Rafiq Tağı

Rafiq bəy ata idi və bir atanın uşaqların gözü yaşlı qoydular. Heç bir ata, nə övlad bu olayın başına gəlməsini istəməz….

Alim öldü aləm öldü deyiblər… əgər yazıçı gün günorta bıçaqlanırsa, o ölkənin vətəndaşlarıda beləcə günə salınır…

Britaniyalı bloger Nataşa Şmidt yazır ki, “Rafiq Tağının sözlərində ola bilsin, müəyyən həqiqət var idi.  Azərbaycanda jurnalistlərə hücum edənləri heç vaxt məhkəməyə cəlb etmirlər və burda cəzasızlıq şokedicidir.

Biritanıyalı bloger düz deyir.. bu günə kimi Azərbaycan hakimiyyəti hansı belə cinayətin üstünü açıb…”.

«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev belə deyib: «Onun ölümü ölkədəki durumla bağlıdır. Konkret olaraq azad sözə, mediaya qarşı durumla bağlıdır. Yəni bu ölkədə azad sözü deyənləri sevmirlər. Onları təqib edirlər, sıxışdırırlar, döyürlər… Ona görə də ölümün səbəbini birinci növbədə burda axtarmaq lazımdır».
Bax, burda Kərəmin yadına düşən budur… susmalısan, göz yummalısan və acından, vicdan əzabından ölməlisən, yoxsa belədə ölə bilərsən…

Rafiq Tağı yuxarıdakı suala cavabında yalançı milliliyi, xurafat dinçiliyi və digər bu kimi mədihələri tənqid etmişdi…

Cünki bizdə hər şey tərsinədir və hamıda hər şeyə susur və sanki belədə olmalıdır…

Görkəmli ingilis yazıçı Corc Oruell necə ki, “1984”və “Heyvanıstan” kitablarında bu tendesiyaları açıq aydın təsəvvür edib…

Bizim beynimiz, şüurumuz, ağlımız və düşüncəmiz dəyişdirilir və hər mənfini müsbət kimi görməyə çalışırıq….

Mən, Rafiq Tağını mətbuatdan, yazılarından və Facebookda dostluğumuzdan tanıyıram. Gəlin özümüzü bir günlük Rafiq Tağının yerinə qoyaq və elə hesab edək ki. biz bıçaqlanmışıq…

Hərə bir versiya irəli sürür bu olayla bağlı. Hüquqşünas İntiqam Əliyevin və sevilən jurnalist Mirzə Xəzər də məsələ ilə bağlı fikirlərin irəli sürüblər. Hər halda hakimiyyət cinəyatkarı tapmalıdır və susmamalıdır….

Rafiq Tağı son mənzilə yola salınarkən...Bu yazını Rafiq Tağının “abzas.net” saytına verdiyi müsahibədəki iki suala iki cavabı ilə bitirirəm…

Sual:Ən sevdiyiniz söz hansıdır?

Cavab: – Öldürmə!
Sual: Nifrət etdiyiniz söz hansıdır?
Cavab:- Öldür!

P.S.

Heç kim özünə belə ömür arzulamaz. Övladlarını böyüt və onların xoş gününü görmə, arzuların elə arzu olaraq qalsın….

Kateqoriyalar: Uncategorized Etiketlər: , , , ,
  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: