Əsas səhifə > Uncategorized > Din İdarəsində insana sayqı…

Din İdarəsində insana sayqı…

"Təzə Pir" MəscidiDünən yolum Qafqaz Müsəlmanları İdarəsinə düşdü. Daha doğrusu, dostumun xahişi ilə onun sənədini götürmək üçün yolumu QMİ-dən saldım.

İdarənin qapısını tanımadığımdan gedib “Təzə Pir” məscidinə çıxdım.  Məscidin önündə üç molla oturmuşdu. Biri kiminləsə telefonla danışırdı. Danışığından belə anlaşılırdı ki, ona “yas məclisi” tapıb və indi onu müjdələyir, yanındakı molla isə telefonu alıb, “Yol pulunu “otdelni” alarsan” – dedi…

Yaxınlaşıb uca səslə salam verdim. Soruşdum:

–   İdarə hardadır?

–   Burdan çıx, dön sağa, idarə ordadır.

Çıxdım və sağa döndüm. Qapını açdım və içəri girdim. Bir polis stulun üstünə uzanıb dəftərə nəsə yazırdı. Yenə kəmali-ədəblə salam verdim və Əlirza müəllimi soraqladım.

Polis gözləməyimi məsləhət bildi, Əlirza ağanın yanında 2-3 adam varmış, onlar çıxmalıydı ki, mən girim.

Yarım saat gözlədim. Bu müddətdə stulun üstündə olan qəzetləri vərəqlədim, gedib gələnlərə baxdım, Əli Əkbərin “Sarı Gəlin” romanından 5-6 vərəq oxudum… Və polisi müşahidə etdim.

Qəribə adam idi, “bozbaş mollalar” sayaq içəri girənləri dərhal qamarlayıb öpürdü və hamıya da eyni sözü deyirdi: “Hardasan, gəl çıx da…” Adama elə gəlirdi ki, məndən başqa (şükür Allaha ki, mən bu “öpüşmə mərasimindən” kənarda qalmışdım) polis hamının yolunu səbirsizliklə gözləyir…

Saat 10:55-də polis dedi ki, qaqaş, adın nədir? Cavab verdim. Kağıza nəsə yazdı:

– Məndən cavansan, gəl, bunu al!

Aldım və gördüm ki, soyadımı Həsənli yazıb.

– Soyadımı səhf yazıbsınız, – dedim.

Düzəltdi:

– Beş dəqiqədən sonra Əlirzanın yanına qalxarsan. Gələndə imzaladıb gətirərsən.

Kağıza baxdım: üstündə adım, soyadım, Əlirzanın adı, içəri girmə vaxtı (saat 11:00) və vərəqin sonunda Dövlət Xüsusi Xidmət İdarəsi rəisinin imzası və soyadı var idi..

***

Polis bir nəfərə məni Əlirzanın otağına aparmağı tapşırdı.  Həmin yoldaşla birgə liftlə 2-ci mərtəbəyə qalxdıq və təşkilat şöbəsinə – Əlirza müəllimin otağına getdik.

Başımdan “Ecevidin papağı”nı çıxarıb əlimdə tutdum və qapını döyüb içəri girdim. Gördüm, yekə bir otaqdı, otağın içində şüşədən başqa bir otaq var və bu şüşə otaqda balacaboy, dolu bədənli biri oturub.

– Əlirza müəllim sizsiniz? – soruşdum.

– Hə, – dedi.

Girdim şüşə otağa. Kompüterdə nəsə yazırdı və stolunun üstündə iki telefon vardı. Biri “Samsunq” (DUOS), biridə “Nokia”.

Dedim ki, məni flankəs göndərib, sizdə sənəd var, ona çatmalıdır. Özü xəstədir, gələ bilmədi, məni göndərdi.

– Sən kimsən və nə bilirsən ki, burda sənəd var? – dedi.

Özümü təqdim etdim və dedim ki, filankəs göndərib. Dedim, zəng edim, özü ilə danışın. Razılaşdı.

Zəng etdim, məni göndərənə izah elədim və telefonu Əlirza bəyə uzadanda onun telefonuna zəng gəldi və telefonunu qaldırıb danışmağa başladı. Bir xeyli danışdı, danışa-danışa başı ilə mənə oturmağı işarə etdi və artiq kecikmiş təklif olduğu üçün oturmadım.

5 dəqiqədən sonra Əlirza müəllim danışığını bitirdi. Mən bir də zəng vurdum, telefonu Əlirza müəllimə verdim. Əlirza bəy telefonu aldı. Dostum dedi:

– Əlirza müəllim, necəsiz?

Əlirza bəy danışanın danışığını ağzında qoydu və peyğəmbərdən  (s.) hədis gətirdi ki, bəs, peyğəmbər (sav) buyurub ki, danışanda öncə salam vermiyən adamla heç danışmayın.

Və xeyli öyüd-nəsihət verdi.

Sonra məni sorğu-suala tutdu.

Nəhayət, Əlirza bəyə dedim ki, uşaq deyiləm və sənədi vermirsiniz, deyin vermirəm, işimi bilim!

Bu məqamda otağa kimsə girdi və onunla danışmağa başladı.

Gördüm cox laqeyddir, peyğəmbərdən sitat gətirən adam qarşındakına qətiyyən hörmət qoymur. Papağımı başıma qoydum. O isə bu dəm yenə mənə müraciətlə keçmişdə başına gələnlərdən danışdı, xeyli məsləhətlər verdi.

Axırda, uzun sürədən sonra polisin mənə verdiyi kağızı istədi və dedi ki, ver, imzalayım! İmzaladı və dedi:

– Mən sənədi sənə vermirəm, get, o adam gəlib özü aparsın!

Mən də ona Dəvə və qanad misalını çəkdim. Dedim ki, Allah sənin kimi dindarlardan bu milləti qorusun. Və çıxdım…

“Allahlı və imanlı İdarə”də insana münasibət budursa, daha “allahsız, dinsiz və imansız idarələrdən” niyə inciyirik?..

  1. ayin teni
    14/12/2011 tarixində, saat 14:58

    Yazını başdan oxuyan zaman Əlirzə “müəllimi” nədən belə qoruyullar heç çatmadı mənə… Görəsən ətrafında hər kəsə ağıl vermək, amma öz gözündə odun yox, odunları görməmək neçə belə “mollalarımızın” seçilən hüsusiətlərdəndi?!

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: