Arxiv

Archive for İ

məhbəsdəki AZAD GƏNC….

Rüfət Hacıbəyli

Avtoritar hakimiyyət Azərbaycan gənclərinin gənc kimi yaşamaq hüququnu da əlindən alıb

Yazıya Ernesto Çe Gevaranın “Bəlkə heç nə yolunda getmədi, amma heç nə də məni yolumdan etmədi” aforizmi ilə başlayıram…

Son illərin tarixindən gələn hadisələr təqvimimizdə qara günlərin sayını çoxaldıb. Bu il həmin qara günlərin sırasına “2 aprel”də qoşuldu. Biz, 2 apreli Azadlıq günü kimi tarixə yazmaq istəyirdik…  Amma “sən saydığını say, gör fələk nə sayır”. Bu dəfə YAP hakimiyyəti fələkdən də qəddar çıxıb bu təqvim gününü  Azərbaycan tarixinə qara səhifə kimi yazdı. Demokratiya, söz azadlığı, azad seçki, haqq, hüquq və ədalət uğrunda mübarizə aparan şıxslərin həbs edilməsi və onların dəlilsiz, sübutsuz, gülünc və cılız ittihamlarla qazamata atdılar… şüşə sındırmaq, maşına daş atmaq ittihamı ilə azadlıq carçıları türmələrə dolduruldular…

Vicdanı və şərəfi olan hər kəs bilir ki, “2 aprelçilər” günahsız yerə həbs ediliblər. Bu şəxslər “Azadlıq məhbusları”dılar. Onlar konustutsiyada təsbit olunmuş hüquqlarını tələb etdikləri üçün həbs ediliblər. YAP hakimiyyəti bu saxta və dəlilsiz ittihamlarla müxalifət fəallarını məhbəsə atıb. Ətraflı…

Fransa demokratiyası….

Sarkozi

… Və mösyö Sarkozi sərgüzəştləri

Fransa Milli Asambleyasınını Xalq Hərəkatı Naminə Birlik (UMP) və Yeni Mərkəz partiyalarından olan 40 deputatın təşəbbüsü ilə qondarma «erməni soyqırımı»nı inkar edənlərin bir illik həbs və ya 45 min avro cərimə cəzasını nəzərdə tutan qanun layihəsini qəbul etdi. Onuda əlavə edək ki, Fransa qondarma «erməni soyqırımı»nı 2006-cı ildə tanıyıb.

Hakimiyyət cox maraqlıdır…

Qeyd edək ki, Fransa üçün rəzalət sayılacaq qanunun təşəbbüskarı olan UMP-nin sədri Fransanın hazırkı prezidenti Nikola Sarkozidir və görünən odur ki, bu qanun layihəsinin hazırlanmasında və parlament komissiyasına qəbulunda hakim partiya maraqlıdır.  Qanun layihəsi 38 millət vəkilinin lehinə səsveməsi ilə qəbul edilib.  Kritik müzakirələr 577 millət vəkilindən 41-nin iştirakı ilə aparılıb.

Fransanın hazırda xarici siyasətini və beynəlxalq əlaqələrini müəyyənləşdirən bir partiyanın bu cür təşəbbüslə çıxış etməsi və bu qanunu qəbul etdirməsi Fransanın açıq aşkar Türkiyəni Avropa Birliyindən kənarda qoymaq və türk millətinə olan nifrətidir. Hər halda sonuncu fakt prezident Sarkozinin üzərində qalacaq bir ləkədir… Ətraflı…

Etiraf….

Gənc bloqcu Etibar Salmanlı yeni təkliflə çıxış edib və deyib ki, “gəlin, bir-birimizə paylaşmaqla eyni mövzuda yazaq…”

İlk olaraq Hacı Zeynallı bu təklifi realaşdırdı və mövzunu da müəyyənləşdirdi: “Etiraflar”

Etibarın tapşırıqı ilə,  neylək, başlayaq “Etiraf”lara…

 Etiraflarım

 –   Ən zəif cəhətim utanqaclığımdır, nə qədər istəsəm də, bu bəladan qurtula bilmirəm… )) Ətraflı…

Kateqoriyalar: Uncategorized Etiketlər: ,

21 Azər hərəkatı və Güney Azərbaycan

Güney Azərbaycan Milli Hökuməti

Güney Azərbaycan Milli Hökuməti

Böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyar deyirdi ki, “Bir xalqın şərafəti üçün birinci şərt onun müstəqil olmasıdır.  Müstəqil olmayan bir xalqın əzmi və hörməti yoxdur. Xalqın istiqlaliyyətini onun əxlaqi fəziləti saxlaya bilər. Hər bir xalqın istiqlaliyyətini qoruyan onun mərdlik və şücaətidir”.

12 dekabr tarixinin xalqımız üçün tarixi və ideoliji əhəmiyyəti böyükdür. Bu gün Güney Azərbaycan Milli Hökumətinin təşkil edilməsi və elə bir ildən sonra həmin gün süquta uğramasıdır.

İkinci dünya müharibəsinin başlaması qan-qada ilə bərabər, bir sıra xalqların azadlıq arzusunu gerçəkləşdirməsinə gətirib çıxardı. Belə ki, Böyük Britaniya ilə yanaşı, Sovetlər Birliyi hərbi hissələri İran ərazisinə daxil oldu. Bu isə Rza şahın başçılıq etdiyi istibdad rejiminin süqutuna gətirib çıxardı. Bir tərəfdən xarici müdaxilə, digər tərəfdən mövcud rejimin yıxılması İranda müəyyən qədər demokratik mühitin yaranmasını şərtləndirirdi. Demokratik proses ölkənin müxtəlif bölgələrində fərqli formalarda təzahür edirdi. Güney Azərbaycanda isə bu milli-azadlıq hərəkatı Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə başladı. Qısa zamanda Pişəvərinin başçılıq etdiyi xalq fədailəri Güney Azərbaycanın bütün yaşayış məntələlərini azad etdilər. Ətraflı…

10 dekabr…

Bizim qədər haqqı pozulan varmı?

Bu gün  insan hüquqları günüdür. Və bu gün, 1950-ci ildən başlayaraq “10 dekabr insan hüquqları günü” kimi qeyd edilir. Bu gün haqqında ilk dəfə olaraq Fransada 1789-cu ildə qəbul edilmiş “İnsan və vətəndaş haqqları haqqında deklarasiya”da rast gəlinir. Baxmayar ki, buna qədər insan haqlarının tanınması uzun inkişaf yolu keçmişdir. Onun inkişaf yolunda İngiltərə və Amerikada bu sahədə məlum olan xartiyalar var idi.

XX əsrdə insan hüqüqları sahəsində əsas sənəd 10 dekabr 1948-ci ildə BMT təşkilatı tərəfindən qəbul olunmuş “İnsan hüqüqları haqqında ümumi deklarasiya” olmuşdur.

1966-cı ildə BMT-nin başçılığı altında “Vətəndaşlıq və siyasi hüquqlar haqqında beynəlxalq pakt” və “iqtisadi, sosial və mədəni hüqular haqqında pakt” qəbul edilmişdir. Ətraflı…