Əsas səhifə > Uncategorized > 10 dekabr…

10 dekabr…

Bizim qədər haqqı pozulan varmı?

Bu gün  insan hüquqları günüdür. Və bu gün, 1950-ci ildən başlayaraq “10 dekabr insan hüquqları günü” kimi qeyd edilir. Bu gün haqqında ilk dəfə olaraq Fransada 1789-cu ildə qəbul edilmiş “İnsan və vətəndaş haqqları haqqında deklarasiya”da rast gəlinir. Baxmayar ki, buna qədər insan haqlarının tanınması uzun inkişaf yolu keçmişdir. Onun inkişaf yolunda İngiltərə və Amerikada bu sahədə məlum olan xartiyalar var idi.

XX əsrdə insan hüqüqları sahəsində əsas sənəd 10 dekabr 1948-ci ildə BMT təşkilatı tərəfindən qəbul olunmuş “İnsan hüqüqları haqqında ümumi deklarasiya” olmuşdur.

1966-cı ildə BMT-nin başçılığı altında “Vətəndaşlıq və siyasi hüquqlar haqqında beynəlxalq pakt” və “iqtisadi, sosial və mədəni hüqular haqqında pakt” qəbul edilmişdir.

Avropada insan hüqularının və azadlığın qorunması üçün Avropa Konvensiyası mövcuddur. Bu konvensiyanın beynəlxalq müqavilələrdən fərqi ondadır ki, Avropada real işləmə mexanizminə malik insan haqlarını qoruyan Avropa məhkəməsi fəaliyyət göstərir.

Azərbaycan Respublikasın da BMT-nin üzvüdür və hazırda BMT-nin qeyri-daimi üzvü kimi fəaliyyət göstərir. Və bizim dövlətimiz BMT-nin bir çox konvensiyalarına qoşulub. Qoşulmuşuq, amma əməl edirikmi?

Qətiyyən!!!

Azərbaycan vətəndaşnın elementar hüququ da hakimiyyət məmurları tərəfindən demək olar ki, hər gün pozulur. Və Ana Yasamızda “Söz”, “Mətbuat”, “Vicdan”, “Yaşamaq”, “Fikir”, “Sərbəst toplaşmaq” azadlıqları kimi möhtəşəm maddələrin yaşamımıza qətiyyən dəxli yoxdur.

Azərbaycan Respublikasının Konistutisiyasının 49-cu Maddəsində belə bölmə var: – Sərbəst toplaşmaq azadlığı. Orda yazılıb:

I. Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır.

II. Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır.

Gəlin baxaq, biz toplaşmaq azadlığından istifadə edərək piket, mitinq keçirə bilirikmi?..

Belə bir Azadlıq olsaydı, aksiyaya çıxan bir vətəndaşın üstünə 100 polis və mülkü geyimli şəxs düşüb döyməzdi; əgər belə bir azadlıq olsaydı, 20 yaşlı Cabbar Savalanlının cibinə narkotik maddə atıb 2 il 6 ay həbs etməzdilər, İstiqlalçı deputat Arif Hacılı, Bəxtiyar Hacıyev, Tural Hacılı, Əhəd Məmmədli, Ülvi Quliyev, Rüfət Hacıbəyli, Elnur Məcidli və bu kimi digər şəxslər şərlənib həbs edilməzdilər;

Əgər bu maddə yerində olsaydı, polis və digər aidiyyəti strukturlar tərəfindən aksiyalar vəhşicəsinə dağıdılmazdı, yəni Konistutisiyanın 49-cu maddəsinə uyğun hərəkət edənlər həbsə atılıb cəmiyyətdən təcrid edilməzdilər.

10 dekabrKonistutisiyanın 47-ci maddəsində isə yazılır: “ Hər kəsin öz fikir və söz azadlığı vardır” və əlavə olunur:  “Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz”.

Əgər bu maddədə yerində olsaydı, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı şərnələrək həbs edilməzdi, qəzetin çapı qadağan edilməzdi.

Ölkənin ən cəsarətli köşə yazarlarından olan “ASİ” qəzetinin baş redaktoru Anar Mahmudoğlu və ailəsi ölümlə hədələnməzdi, “Azalıq” qəzetinin əməkdaşları Seymur Həzi, Ramin Deko oğurlanıb döyülmızdilər; Tələbə Elmin Bədəlov yazdığı yazıya görə universitetdən qovulmazdı, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov evinin önündə öldürülmazdı, Qənimət Zahid, Mirzə Sakit şərlənib bir necə il həbsdə yatmazdılar…

Bizim dövlət sözdə qoşulub bu konvensiyalara.

Azərbaycanda  hakimiyyətin insana münasibəti və insan hüquqları bərbad gündədir. Bunun səbəbidir ki, minlərlə soydaşımız siyasi mühacir kimi başqa ölkələrə sığınıblar. Bakı Dövlət Unversitetinin tələbəsi Yolbay Uranqan (Cavid Mehrəliyev) təhsilini,  anasını və bircə bacısını yiyəsiz qoyub ölkədən qaçmazdı və İsveçdə yaşamaqa məcbur olmazdı…..

İnsana düzgün münasibət olsaydı, vətəndaşların evləri başlarına ucurdulmazdı, evlərindən çıxarılıb çölə atılmazdılar…

Vicdan Azadlıqına gəldikdə isə, məscidlər bağlazmazdı, ucurulmazdı, dindarlar həbs edilməzdi.

Hakimiyyət nümayəndələri hər gün “biz tolerant dövlətik” deyir. Bu tolerantlıq da sözdədir. Bu gün dindarlar təqib edilir, həbs edilər, hakimiyyət az qala dinin prinsiplərini də, İslam şəriətini də YAP-laşdırmaq istəyir…

Hər kəsə insan kimi yaşamağı arzu edirəm. Biz haqqımızı tələb etməsək, onun uğrunda mübarizə aparmasaq, heç kim bizə dəstək olmayacaq və əziləcəyik. Ədalət, haqq və insan kimi yaşamaq uğrunda mübarizə aparaq. Heç kimə imkan verməyək ki, söz, ifadə, vicdan, yaşamaq və düşünmək azadlığımıza müdaxilə etsin.

Hər zaman mübariz olaq və mübarizə aparaq. Lermantov demişkən: “Mübarizəsiz həyat olduqca cansıxıcıdır!” 

  1. 10/12/2011 tarixində, saat 10:57

    siz sef basa dusmusuz ki azadliq ve ya huquq o demek diki ezizim herseyi oz yolunda hel edek dovlet polise inanir ve polisde bizim tehlukesizliyimizin qarsisini alir demek hokumet bu gun bizim hansisa kucede yurus etmek isdemirse bu bizim xeyirimizedi polis isdelinen sexsi sorguya ceke biler qaldiki indiki muxalivete onlar 1991 de gelib bizi corek uzune hesret qoydular ey cavanlar basinizi salin asagi isinizle mesqul olun menim 25yasim var helem durdugum yerde polis mene gulden agir soz demiyib

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: