Əsas səhifə > Uncategorized > Etiraf….

Etiraf….

Gənc bloqcu Etibar Salmanlı yeni təkliflə çıxış edib və deyib ki, “gəlin, bir-birimizə paylaşmaqla eyni mövzuda yazaq…”

İlk olaraq Hacı Zeynallı bu təklifi realaşdırdı və mövzunu da müəyyənləşdirdi: “Etiraflar”

Etibarın tapşırıqı ilə,  neylək, başlayaq “Etiraf”lara…

 Etiraflarım

 –   Ən zəif cəhətim utanqaclığımdır, nə qədər istəsəm də, bu bəladan qurtula bilmirəm… ))

–   Gecələr qaranlıqda gəzməkdən cox qorxuram

–   Anam qədər hec kimi istəmirəm…

–   Atamın zəhimindən cox çəkinirəm…

–   Bazar günü evdən cölə cıxmaqdan zəhləm gedir…

–   Uşaq olanda mənə nə qədər oyuncaq alsalar da, palçıqdan düzəltdiyim oyuncaqlarla oynayırdım – insanın palçıqdan yarandığını o vaxt dərk etmişdim… )))

–   Hərfləri 3-cü sinifdə öyrənmişəm, ona qədər yaza bilmirdim… (Sinif müəllimim əmimlə düşmən olduğu üçün bunu bilərəkdən etmişdi)

–   İlk dəfə məktəbə gedəndə bəlkə mənim qədər ağlayan olmayıb. Elə bilirdim ki, anam məni burda qoyub gedir və gəlib aparmayacaq, mənisə burda qanıma qəltan edəcəklər…

–   Məktəb yolunun üstündə bulaq var idi. O bulaqdan elə qorxurdum ki! Hər dəfə anam o bulağın yanından məni məktəbə ötürərdi…

–   Ən çox sevdiyim bir vərdişim vardı: məktəbdən tez cıxardım və hündür təpədə durub sinif yoldaşlarımı daşa basardım…

–   Qadınlarla münasibət qura bilmirəm…

–   Hec kimlə yola getməzdim, gücüm catanı əlimlə, catmayanın başın daş ilə yarardım..

–   9-cü sinifə qədər dərs oxumamışam, mənim qədər nadinc şagird olmayıb, 7-ci sinifin demək olar ki, dərslərinə girməmişəm. Coğrafiyanı cox sevirdim, coğrafiyaçı da oldum…

–   Riyaziyyat, Kimya və Fizikadan zəhləm gedib, jurnalda bütün fənlərdən 4-5 aldığım halda Fizikadan hər zaman iki almışam…

–   Unversitetə qəbul olunanda məndən cox dostlarım sevinmişdi – məndə canları qurtarırdı, yəqin, ona görə )))

–   İnidinin özündə də anamdan it kimi qorxuram, əsəbiləşəndə döyür məni :)))

–   Dost olduğum şəxsə sadiq oluram, həmin dostdan azacıq laqeydlik və təkəbbürlük görəndə, bütün əlaqələri dərhal kəsirəm…

–   Arzum orta məktəbdə müəllimlik olub, siyasət arzuma mane oldu…

–   Orta məktəbdə sinif yoldaşlarımdan ibarət Xalq Birliyi Partiyası yaradıb, onun sədri olmuşdum…

–   Mən Müsavatçı, bir tələbə yoldaşım VHP-çi olmaq istəyirdi. Mənim VHP-dən, onun Müsavatdan xoşu gəlmirdi. Zaman elə gətirdi ki, mən VHP-çi, o Müsavatçı oldu…

–   Dost tanışımın əksəriyyəti milətçilər olsa da, daha cox sosial-demokratlarla söhbət etməyi xoşlayıram…

–   Emil Bağırovla tanış olandan sonra baxışlarımda cox şey dəyişib…

–   “Facebook” tamam dəyişib məni, ifrat irqçkildən qurtulub daha cox liberal baxışlı və sosial demokrat fikirli olmuşam…

-Stol üstü oyunlardan xoşum gəlmir, futbolda isə qapıda durmaqı xoşlayıram…

–   İndi deputat olmağa hazırlaşıram, ancaq təyinat almaq istəmirəm. Deputatların təyinatla deyil, seçkiylə seçilməsini bəlkə də məndən çox istəyən yoxdur.

–   Bütüm vaxtım yolda, avtobusda keçir… İşə gəlib-getmək üçün 6 avtobus dəyişirəm.

–   Avtobusda kitab oxumaq ləzzət edir…

–   İşdə cox qəddaram, Anar Niftəliyev və Arif İsmayılbəylidən başqa heç kimlə yola getmirəm: ))

–   VHP sədri olmaq üçün hazırlaşıram…

–   Anar Niftəliyevdən məsləhət almağı cox sevirəm, müşkülə düşəndə ilk ona müraciət edirəm…

–   Ən cox sevdiyim ölkə Türkiyəİsveçdir

–   Ukrayna, Cənubi Afrika, Avstraliya və Madaqaskarda olmaq istərdim…

–   N!DA-ya Etibar Salmanlıya görə üzv oldum və ordakı gəncləri gördükdən sonra seçiminin düzgün olduğunu gördüm, N!DA Azərbaycan gəncliyinin potensialıdır…

–   Blog deyəndə ilk olaraq Etibar Salmanlı  yadıma düşür…

–   Ayxan Musayevi cox istəyirəm….

–   Harda maraqlı, potensiallı və gərəkli adam görsəm, onu VHP-yə gətirmək üçün yüz hoqqadan çıxıram…

Bu qədər etiraf bəsdir. Onsuz da xeyli zəifliklərimi dedim…

Kateqoriyalar: Uncategorized Etiketlər: ,
  1. 14/12/2011 tarixində, saat 15:27

    “Ən çox sevdiyim bir vərdişim vardı: məktəbdən tez çıxardım və hündür təpədə durub sinif yoldaşlarımı daşa basardım…” Mən də belə edirdim. Yoldan keçən hamını daşa basırdım🙂

  2. Nurhayat Onk
    14/12/2011 tarixində, saat 15:45

    Demek iwde yalniz iki neferle yola gedirsen :)))))))))))) hec eybi yox Samir…

  3. 14/12/2011 tarixində, saat 20:37

    ” VHP sədri olmaq üçün hazırlaşıram…” əsas cümlə bu idi :))) yaxşı informasiyadı sağ ol Samir :))))

  1. 22/12/2011 tarixində, saat 00:26
  2. 23/12/2011 tarixində, saat 11:08

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: