Əsas səhifə > Uncategorized > Fransa demokratiyası….

Fransa demokratiyası….

Sarkozi

… Və mösyö Sarkozi sərgüzəştləri

Fransa Milli Asambleyasınını Xalq Hərəkatı Naminə Birlik (UMP) və Yeni Mərkəz partiyalarından olan 40 deputatın təşəbbüsü ilə qondarma «erməni soyqırımı»nı inkar edənlərin bir illik həbs və ya 45 min avro cərimə cəzasını nəzərdə tutan qanun layihəsini qəbul etdi. Onuda əlavə edək ki, Fransa qondarma «erməni soyqırımı»nı 2006-cı ildə tanıyıb.

Hakimiyyət cox maraqlıdır…

Qeyd edək ki, Fransa üçün rəzalət sayılacaq qanunun təşəbbüskarı olan UMP-nin sədri Fransanın hazırkı prezidenti Nikola Sarkozidir və görünən odur ki, bu qanun layihəsinin hazırlanmasında və parlament komissiyasına qəbulunda hakim partiya maraqlıdır.  Qanun layihəsi 38 millət vəkilinin lehinə səsveməsi ilə qəbul edilib.  Kritik müzakirələr 577 millət vəkilindən 41-nin iştirakı ilə aparılıb.

Fransanın hazırda xarici siyasətini və beynəlxalq əlaqələrini müəyyənləşdirən bir partiyanın bu cür təşəbbüslə çıxış etməsi və bu qanunu qəbul etdirməsi Fransanın açıq aşkar Türkiyəni Avropa Birliyindən kənarda qoymaq və türk millətinə olan nifrətidir. Hər halda sonuncu fakt prezident Sarkozinin üzərində qalacaq bir ləkədir…

Heç bir demokratik ölkədə, hətta insan hüquqları pozulan ölkələrdə belə, vətəndaşına başqa bir xalqın tarixi ilə bağlı şahidi olmadığı və ya doğruluğu sübut olunmayan bir faktı inkar etdiyinə görə azadlıqdan məhrumetmə və ya cərimə cəzası tətbiq oluna bilməz. Bu, Fransa dövləti və parlamentinə üzqaralığı gətirir.

Heç bir tarixi əsası olmayan uydurma erməni “soyqırım” iddialarını rədd edən Fransa vətəndaşının buna görə həbsini və cərimə cəzasını nəzərdə tutan bu qanun insan hüquq və azadlıqlarına, fikir plüralizminə qarşı yönəlmiş addımdır. Fransada hər hansı bir vətəndaşın erməni soyqırımını qəbul etməməsi və bu barədə düşüncələrini ifadə etməsi həbs və cərimə cəzası ilə nəticələnəcəksə, bu, ümumilikdə Avropa demokratik ənənələrinə ciddi bir zərbədir və bu qanunun açıq-aşkar siyasi məqsəd daşıdığını, inkişaf edən Türkiyəyə təzyiq məqsədi güddüyünü göstərir.

Əslində bu addım Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun dediyi kimi, Fransanın orta əsrlərə qayıtması və Türkiyənin Avropa Birliyinə üzvlük yolunun qarşısını almaq cəhdindən başqa bir şey deyil. Bu siyasi qərar təkcə Fransa-Türk Dünyası münasibətlərinə xələl gətirmir, həm də Fransanın beynəlxalq imicini ləkələyir. Demokratik dövlətdə belə bir qanun layihəsinin müzakirəsi demokratik dəyərlərin ayaq altına atılmasının, Fransanın orta əsrlər inkivizasiya dövrünə qayıtmasının əlamətidir.

Rəcəb Tayyib Ərdoğan

Ərdoğan od püskürdü…

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə sərt açıqlamasında deyib: «Bu səsvermə Türkiyədən çox Fransaya, fransız xalqına çox böyük haqsızlıqdır. İndi soruşuruq: Fransada fikir və söz azadlığı varmı? Cavabını da mən verirəm: Yox. Bu azad müzakirə mühitini ortadan qaldırmışdır. Çox təəssüf ki, Fransız inqilabının simvolları olaraq bilinən bərabərlik, azadlıq Fransız parlamenti tərəfindən ayaqlar altına alınmışdır. Çox daha əhəmiyyətli bir ölçüsünü dilə gətirmək istəyirəm. Bu səsvermədə prezident seçkiləri əvvəlində irqçilik, ayrı-seçkilik və xarici düşmənliyi üzərində siyasət etmə vardır. Fransada sırf fərdi ehtiras və seçki qazanmaq uğrunda, Türkiyə düşmənliyi, İslamafobia üzərindən mükafat əldə etmə səyi vardır. Son dərəcə qəsdli alınan bu qərara Türkiyə olaraq səssiz qalmağımız haqqında danışılan deyil. Biz tariximizlə qürur duyuruq. Bizi çətinliyə salacaq bir tariximiz yoxdur. Hər cür hadisə ilə üzləşirik. Biz bütün arxivlərimizi də açdıq. Tarix parlamentlərdə yazılmaz. Oylamalarla ancaq çarpıtılır. Tarixi çarpıtanları, tarix də xalqlarda bağışlamayacaq».

Bu olaydan dərhal sonra Türkiyə Fransadan səfirini geri çağırdı. Təbii olaraq Türkiyə Cümhuriyyəti dövlətin və millətinin şərəfini hər zaman yüksək tutub.

Avropada erməni-sionist birliyi

Son dövrlər regionda cərəyan edən hadisələr də beynəlxalq aləmdə Türkiyənin imicini xeyli yüksəldib. Ərəb dövlətlərində biri-birinin ardınca baş verən siyasi rejim dəyişiklikləri, inqilablar və həmin ölkə xalqlarının Ankaraya rəğbəti, «Mavi Mərmərə» olayından sonra İsraillə yaranan qarşıdurmada türklərin qətiyyəti, Qərbi bəzi redaktələrə məcbur etdi. Əlbəttə, həm Təl-Əvivə, həm də Qərbə elə gəlirdi ki, Ankara göstərilən əks reaksiyadan çəkinəcək, hər dəfə olduğu kimi yenə onların istəklərinə uyğun hərəkət edəcək. Lakin Türkiyə biri-birinin ardınca daha qətiyyətli mövqe nümayiş etdirməklə qarşı tərəfi seçim qarşısında qoydu.

Məhz bu üzdəndir ki, son olaylardan sonra bir sıra nüfuzlu Qərb mətbuatı, tanınmış politoloqlar Türkiyənin liderliyi ələ alaraq Xilafəti bərpa etməsi haqqında məqalələr verməyə başladılar. Arxasındakı güclərə güvənən İsrail indi anlayır ki, davranışları Türkiyəni zəiflətmək, qorxutmaq əvəzinə mövqeyini daha da gücləndirir, region dövlətlərini onun ətrafında birləşdirir. Türkiyənin təkrarən Qəzzaya humanitar gəmi göndərməyə hazırlaşması məsələni daha da çətinləşdirib. Onlar hiss edirlər ki, Ankaranın olayla bağlı irəli sürdüyü tələbləri yerinə yetirməyəcəyi halda gərginlik artacaqdır. Bu da ona xeyir gətirə bilməz. Çünki qüdrətli orduya malik Türkiyə İsrail üçün nə Fələstindir, nə Suriyadır, nə də Misir.

Qərb nə qədər Türkiyəni və Azərbaycanı kənarda qoymağa çalışsa da, alınmır. Azərbaycanın malik olduğu enerji resursları, strateji regionda yerləşməsi, intellektual potensialı… Türkiyənin qüdrətli ordusu, Şərqdəki nüfuzu… məcbur edir ki, beynəlxalq güc sahibləri istəməsələr belə bu ölkələrlə əməkdaşlıq etsinlər. Elə son günlərdə Xəzərin Azərbaycan sektorunda tapılmış nəhəng qaz yatağı dünya üçün Bakının hansı dəyərdə olduğunu bir daha xatırlatdı. İndi qardaş Türkiyəyə təzyiqlərin əks effekt verdiyinin fərqində olmağa başlayıblar. Avropa Birliyi elə zənn edirdi ki, üzvlük məsələsi ilə daha 40 il Ankaranın başına corab hörə biləcək. Lakin aydın oldu ki, Türkiyə onların hoqqasından xəbərdardır və başqa səmtə istiqamət götürə bilər.

Bütün xəyanətlərə qarşı Türk qüdrəti

Ötən əsrin əvvəllərində ən qüdrətli Avropa dövlətlərinin diş qıcartdığı, qılınc çəkdiyi, qurğuşun yağdırdığı gənc müstəqil Türkiyə Cümhuriyyəti heç bir təzyiq, təhdid, hədə-qorxudan çəkinməyərək öz yoluna davam etmişdi. Osmanlı imperiyasının qalıqları arasından güclü Türkiyə Cümhuriyyətinin baş qaldırmasını böyük Mustafa Kamal Atatürkün qətiyyəti təmin etmişdi. Yeni əsrin əvvəllərində isə son yüz ilin ən güclü region dövlətlərindən olan Türkiyə rəzil, dilənçi, zəlil, eyni zamanda işğalçı və terrorçu Ermənistan qarşısında heç vaxt diz çökdürülə bilməz. Hədsiz dərəcədə üzücü fakt, həqarətli reallıqdır.

Türk milləti şərəfli və qürurlu millətdir. Bu cür gülünc və əsası olmayan cılız hərəkətlərlə Tükiyəyə heç nə edə bilməzlər. Bütün Türk dünyası İslam dövlətləri Türkiyənin yanındadırlar. Və hesab edirəm ki, bir gün BMT-nin daimi dövlətlərindən biri də Türkiyə olacaq. Türkiyə bütün Türk dünyasının və İslam şərqinin qarantıdır…

Bu zamanadək türk düşmənlərində belə bir qənaət formalaşmışdı ki, Türkiyə ilə istənilən formada danışmaq olar, onu hər şeyə məcbur etmək mümkündü. Amma səhv etdiklərini görəcəklər…

  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: