Əsas səhifə > Uncategorized > məhbəsdəki AZAD GƏNC….

məhbəsdəki AZAD GƏNC….

Rüfət Hacıbəyli

Avtoritar hakimiyyət Azərbaycan gənclərinin gənc kimi yaşamaq hüququnu da əlindən alıb

Yazıya Ernesto Çe Gevaranın “Bəlkə heç nə yolunda getmədi, amma heç nə də məni yolumdan etmədi” aforizmi ilə başlayıram…

Son illərin tarixindən gələn hadisələr təqvimimizdə qara günlərin sayını çoxaldıb. Bu il həmin qara günlərin sırasına “2 aprel”də qoşuldu. Biz, 2 apreli Azadlıq günü kimi tarixə yazmaq istəyirdik…  Amma “sən saydığını say, gör fələk nə sayır”. Bu dəfə YAP hakimiyyəti fələkdən də qəddar çıxıb bu təqvim gününü  Azərbaycan tarixinə qara səhifə kimi yazdı. Demokratiya, söz azadlığı, azad seçki, haqq, hüquq və ədalət uğrunda mübarizə aparan şıxslərin həbs edilməsi və onların dəlilsiz, sübutsuz, gülünc və cılız ittihamlarla qazamata atdılar… şüşə sındırmaq, maşına daş atmaq ittihamı ilə azadlıq carçıları türmələrə dolduruldular…

Vicdanı və şərəfi olan hər kəs bilir ki, “2 aprelçilər” günahsız yerə həbs ediliblər. Bu şəxslər “Azadlıq məhbusları”dılar. Onlar konustutsiyada təsbit olunmuş hüquqlarını tələb etdikləri üçün həbs ediliblər. YAP hakimiyyəti bu saxta və dəlilsiz ittihamlarla müxalifət fəallarını məhbəsə atıb.

Ölkə daxilindən tutmuş Pan Gi-Muna qədər hamı bu Azadlıq carçıların “Vicdan məhbusu” sayırlar…

Rüfət Hacıbəyli

Mən, “2 aprel” ittihamı ilə həbs edilənləri xatırlayanda, şəkillərini görəndə, onlar haqqında nəsə oxuyanda ürəyim ağrıyır. Mənim yaşıdlarım ömürlərinin ən gözəl, gəncliklərinin ən yaxşı vaxtlarını həbsxanada keçirirlər. Avtoritar hakimiyyət Azərbaycan gənclərinin gənc kimi yaşamaq hüququnu da əlindən alıb. Heç kim ən gözəl vaxtlarını iki divar arasında keçirmək istəməz. YAP hakimiyyəti isə bu töhvəsini gənclərə hədiyyə edib. Milləti qara günə sürükləyən bu hakimiyyət ölkədə haqq və hüququnu tələb edən vətəndaş görmək istəmir.

Amma bu gün azadlıqdan məhrum olan həmin insanlar yeni tariximizə böyük hərflərlə AZADLIQ sözü yazdılar. Tarix boyu insanlar azadlıq uğrunda səy göstərib, qan töküb, canlarından keçmişlər. Amma azadlıq arzusu nəyə əsaslanır, azadlıq uğrunda hərakatlar nəyin müqabilində, kimlər tərəfindən irəli sürülüb tarix kitablarında qeyd olunub? Əlbəttə bunun ən yaxşı cavabı Azadlıq uğrunda mübarizə aparan şəxslərin həyatlarıdır. Elə bu həyatdan aldığımız dərslər bizə Azadlıq uğrunda mübarizənin mahiyyətini açıqlayır.

– Nəfsinin istəklərinə tabe olan ya ondan asılı olan insan azad ola bilərmi? Xeyr. Ona görə ki, hər bir insan hər hansı müqəddəs hədəfinə çatmaq üçün səy etdiyi halda onu nəfsinin istəkləri vasitəsilə asanlıqla hədəfindən yayındırmaq olar. Məsələn, vətəni qorumaq üçün mübarizəyə qalxan, eyni halda məqama və ya hər hansı dünya malına meyli olan şəxsi məqamla ya meyli olduğu şeylə istiqamətləndirmək və onu hədəfindən sapındırmaq olar. Deməli insan bir şeyə nə qədər meyllidirsə bir o qədər onun əsiridir.

– Özünü sevən şəxs də azad ola bilməz. Ona görə ki, həmin şəxs hər hansı cismi işgəncə ya təhdidlə üzləşərsə özünə bağlı olduğu üçün hədəfinə çatmayacaq. Hətta belə insanlar öz rifahlarından ötrü hər şeydən keçməyə belə hazırdırlar. Bu şəxs də rifahını əldən verməmək üçün rifahını pozanların quluna çevriləcək ki, təki ona zərər verməsinlər.

– Qorxaq insan azad ola bilməz. Ona görə ki, o da qorxduğu qədər qorxusunun əsiridir.

Bu saydıqlarımıza artırmaq olar. Ümumiyyətlə insan dünyaya və dünyadakılara bağlı olduğu halda azad deyildir. İnsan o zaman azaddır ki, Allahdan başqa bütün bağlılıqlardan qırıla bilsin. Yəni heç bir bağlılıq onu hədəfindən yayındıra bilməsin. O zaman insan azad olar və azadlıq iddiası edə bilər. “2 aprelçilər” məhz belə bir mövqedədirlər.

“2 aprel” vicdan məhbuslarından biri də Rüfət Hacıbəylidir. Dekabr ayının 26-da gənc siyasi məhbusun 26 yaşı tamam olur. 26-ci baharında despotik hakimiyyət Rüfətə qazamat hədiyyə edib, Azadlığın əlindən alıb…

Mən Rüfəti sosial şəbəkələrdən tanıyıram, müxalifətin tədbir, mitinqələrindən tanıyıram. Fikrimdə qara oğlan, qaş-qabaqlı gənc kimi qalıb. Bu qara oğlan azad yaşamaq və demokratik cəmiyyət uğrunda mübarizə aparan şəxslərdəndir.

Bu gün, ölkədə söz, fikir azadlıqı olmadığı üçün Rüfət kimi gənclər həbsdədilər… bu hakimiyyət vətəndaşları bu istəklərdən məhrum edib və bu istəkləri tələb etdikləri üçün 8 gənc həbsdədir.

Rüfətin üzünə polis duraraq məhkəmədə onu açıq aşkar şərləyib, dünyada polis insanların ictimai asayişini qoruyan şəxslər sayılır, amma Azərbaycanda polis haqqın, hüququn tələb edənləri şərləyib, üzlərinə durub həbs etdirirlər…

“2 aprel” həm də onunla yadda qaldı ki, “azadlıq carçıları”nın polislər şərləyib tutdurdu…

Rüfəti təbrik edirəm: Ona hər zamam mətin, mübariz və cəsarətli olmağı arzu edirəm… bir gün hamı azadlıqını əldə edəcək və millətimiz azad və firavan yaşayacaq və Azərbaycan gəncliyinin bu günkü mübarizliyi ilə gələcək nəsillər qürur duyacaq və nəsillərə ibrət olacaq..

Yazını da  Ernesto Çe Gevaranın “Həyatda elə seçimlər et ki, qazandıqların itirdiklərinə dəysin” aforizimi ilə bitirirəm…

Rüfət Hacıbəyli

Hacıbəyli Rüfət İbrahim oğlu 1985-ci il dekabrın 26-da Bərdə şəhərində anadan olub. 1987-ci ildə Yevlax rayonuna ailəsi köçmüdür.  Və orta məktəbə Yevlaxda getmişdir.  1997-ci ildə isə Ağcabədi rayonuna köçmüşlər və  orta məktəbi burda bitirmişdir. Ailəsi Ağcabədidə yaşayır.

Qərb Universitetini bitirmişdir.

2003-cü ildən Müsavat Partiyasının üzvdür.

İctimai Palatanın 2 aprel 2011-ci ildəki mitinqi ilə bağlı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə və ya fəal iştirak etmə) maddəsi ilə ittiham elan olunub. 2 aylıq həbs müddəti 23 iyunda bitsə də yenidən 2 aylıq həbs qəti imkan tədbiri seçilib.  Nəsimi Rayon Məhkəməsində ümumilikdə 13 məhkəmə prosesi keçrilib və Oktyabrın 10-da məhkəməsinin hakimi Şahin Abdullayevin verdiyi qanunsuz kökm ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarılıb.

Bakı Apellyasiya Məhkəməsində apellyasiya şikayəti verilib bu qanunsuz həbsdən və vəsatət təmin olunmayıb.

Dekrabrın 3-də Rüfət Hacıbəyli Salyan rayonu, Xalac qəsəbəsində yerləşən 5 saylı Cəzaçəkmə Müəssisəsinə köçrülmüşdür.

Rüfət Hacıbəyli beynəlxalq insan haqları təşkilatı- “Amnesty International” tərəfindən vicdan məhbusu elan olunub.


  1. Cavid
    29/12/2011 tarixində, saat 23:50

    Tesekkurler Samir bey.

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: