Arxiv
Məhəmməd Əmin Rəsulzadə (həyat yolu)
Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaybaycan Xalq Cümhuriyyətini təməl daşını quranlardan olan, sonralar ömür yolu, həyatı zəngin və keşməkeşli hadisələrlə dolu bir dastana çevrilən, xalqımızın ölümsüz lideri Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Atası din xadimi olsa da, həyata açıq gözlə baxmış, məktəb yaşına çatmış oğlunu şəriət dərslərini yox, dünyəvi elmləri öyrənməyə yönəltmişdir. Onun, oğlunu məşhur pedaqoq S.M.Qənizadənın (1846-1942) müdir olduğu ikinci “Rus-müsəlman” məktəbinə qoyması gələcək mütəfəkkirin taleyində böyük rol oynamışdır. Buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirmişdir. Onun inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə “Müsəlman gənclik təşkilatını yaratmışdır (“Azərbaycan türk kultur dərgisi”, Ankara No269, 1989-cu il, səh.49). Bu XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.
Ətraflı…
Mədəniyyət düşməni, hakimiyyətimiz…
Bu hakimiyyət mədəniyyətə qənim kəsilib
Azərbaycanda mədəniyyət nazirliyi də var, mədəniyyətin inkişafına dair dövlət proqramı da, hələ üstəlik mədəniyyət haqda müdrik fikirlər də… Bunlar hamısı hakimiyyətin kurasiyasında olsa da bizim hakimiyyət mədəniyyətə qənim kəsilib. Elə bil “mədəniyyət” sözü “müxalifət” sözünə bənzədiyindən bütün gücləri ilə bu istiqamətdə hücuma keçiblər.
Bu rejim nəinki mədəniyyətə mədəniyyət adamlarına da qənim kəsilib. Rusiyada illərlə insanların içində olan xofu, qorxu hissini öldürməkdə İnternet üzərindən vətəndaşlara səslənən incəsənət, mədəniyyət adamlarının rolu böyük oldu.
M. Efremovun təqdimatında “Vətəndaş şair” layihəsi, Liya Axedjakova, K.Sobçak, Y.Şevçuk, T.Kandelaki kimi Rusiyada tanınmış incəsənət adamları vətəndaşlarda olan qorxunu yenməyə kömək edən müraciətlər, çıxışlar etdilər, onların video təqdimatlarına Rusiyada milyonlarla insanlar baxdılar. Bundan sonra da daha bu sahələrin insanları daha aktiv şəkildə demokratik proseslərdə iştirak etdilər. Ətraflı…