Əsas səhifə > Uncategorized > Pozitiv insan

Pozitiv insan

Ülvi Həsənli Hipermilli

A bəy…

Bloqlarda adçəkmə həftəsi keçirilir. Düşündüm ki, mən nə deyim və ya kimdən yazım … və yadıma müsbət enerji mənbəyi Ülvi Həsənli Hipermillidən söz açmaq düşdü…

Ülvi pozitiv insandır, adam ona baxanda müsbət enerji alır. Düzdür, insanı tərifləməzlər, gərək olanı deyəsən. Ülvinin dostları deyir ki, bu adam cox intelektual və informasiyalı adamdır, bir eybi var ki, o da tənbəllikdır… Nə bilim!

Ülvi ictimai sektorda cox fəaldır. Gəncədə anadan olub, Dövlət Neft Akademiyasının tələbəsi olub, siyasi baxışlarına və fəallığına görə universitetdən “qovulub”, özü deyir ki, yaxşı ki, qovuldum, yenidən Turizim Unversitetinə daxil oldum. Bu dəfə daha cox bilik əldə etdim. O, “Dalğa” gənclər hərakatının 2-ci başqanı olub, sonra istefa verib və ictimai sektorda yenə aktiv olub, bir qrup enerjili gənclə “Azad Gənclik” Təşkilatını təsis edənlərdən biri olub, bu gün təşkilatın lideri, istefada olan sədri, sədrliyinə yenidən namizədidir. Necə deyərlər, cox böyük gənclik ordusu yığıb başına…

Ülvi gənclərin sevimlisidir və hər kəs onun dostluq etimadını qazanmağa çalışır.

Ülvi deyir:Mən qəhrəmanlıq etmirəm. Bunu adl fədakarlıqdı. Bilirsən, gəncliyimizin problemləri yenə də deyirəm ailədən başlayır, hər şeyə boyun əyməyi onlar bizə diktə edirlər. Sonra orta məktəblərdə saxtalaşdırılmış tarixi öyrədirlər. Kimlərin tariximizdə nə işlər gördüyünü bilmirlər o uşaqlar və nəticədə yarımçıq böyüyürlər. Amma bununla bərabər kifayət qədər adam var ortada. Karrupsiya bütün işləri ləngidir bu ölkədə. Hakimiyyət getməlidi, bu qədər olmaz. Koreya ilə bayraq davasına çıxır. Əlbəttə bayraq dəyərlidi. Ancaq başqa dəyərlərdə var axı. Bayrağını uca tutmaq istəyən ölkə əhlisinin sosial vəziyyətini yaxşılaşdırmalıdı. Hakimiyyət dəyişməlidi. Mənim üçün maraqlı deyil kim orda oturub. İlham Əliyev və ya başqası. Müəyyən mənada maraqlıdı. Amma İlham Əliyev demokratik yolla seçiləcəksə deməli o, hakimiyyətdə olmalıdı. Ancaq dəyişiklik şərti ilə. Dəyişiklik olmasa heç bir inkişafdan söz gedə bilməz”.

Ülvinin məsələyə bu şəkildə yanaşmasından çox şey bəlli olur… Həqiqətən cox intelektual, kreativ, ağıllı və pozitiv bir gəncdir. Ülvi ən xoş sözlərə layiq bir gəncdir, buna görə də gənclər arasında xüsusi çəkisi və böyük hörməti var.. Gerçəkdən, hər adama nəsib olmur bu yaşda lider olmaq… Ülvi həqiqətən liderdir!!!
O, azad düşüncəli, azad fikirli, işgüzar, təşkilatçı potensial gənc kadrdır. Dostumuz Azərbaycanda ilk şəxsdir ki, təhsil aldığı unversiteti məhkəməyə verib. Gənclik tarixində belə bir təcrübə olmamışdı… Ülvi demokratik, firəvan, azad Azərbaycan üçün, vətəndaşlarımızın xoş gələcəyi, haqq və hüquqları uğrunda mübarizə aparan azsaylı gənclərdəndir. O, bəziləri kimi kiməsə sığınıb yaşamağı yox, mübarizə aparmaq yolunu seçib, cəmiyyətimizin xoş rifahı və azad yaşamı üçün mücadilə edənlərdəndir… O, vətəndaşı olduğu ölkəsini diktatura rejimindən uzaq- dünyanın ən demokratik dövlətlərindən biri kimi görmək istəyir…Ülvinin amalı da budur!

Süleyman Dəmirəl demişkən, Ülvi “hər birimizin dostu, qardaşıdır” və mən ona- A bəy deyə müraciət etməyi xoşlayıram!

P.S
A bəy, uğurlar arzulayıram, gerçəkdən Səninlə qürur duyuruq-necə deyərlər, Əjdahasan…

  1. KaRaMeL
    05/02/2012 tarixində, saat 15:49

    i love my shef)

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: