hirsli BƏYİM
Gənc bloqçu Bəyim Həsənlinin bloqunda: “Hər dəfə pozulan mülkiyyət hüquqları ilə bağlı tədbirlərdə çox böyük əsəb gərginliyi yaşayıram. Bir gənc kimi bütün varlığımla bir daha, bir daha nifrət edirəm bu hakimiyyətə. Tədbirlərdə vəkillərin, zərərçəkmişlərin və digərlərinin çıxışlarında aydın olur ki, bu heç də mülkiyyət hüququnun pozuntusu deyil. Bu sadəcə vəhşilikdir. Acgözlük, qeyri – insanilikdir. Bizim davamız dörd divar deyil. O uçurulmuş divarların altında qalan insanlıqdır. Yoxsul, savadsız insanları əzmək, daha da yoxsul, daha da aciz duruma gətirmək üçün nələr etmirlər ki, bir bilsəniz”.
Və mən onun, cəsarətli dostumun haqqında yazacam. Coxu onun kimi düşünmür, düşünə bilmir. Bunları görən və düşünən vicdanlı insanlardır…
Bloqlarda “ad cək” kampaniyası çərcivəsində növbəti “adını çəkdiyim” şəxs BƏYİMDİR!
Tanıdaq:
O, sosial şəbəkələrdə Bəyim, silahdaşları arasında Cəbhəçi Bəyim, evlərində Anabəyim, ictimai sektorda həm Bəy, həm Xanım, mənimsə nəzərimdə Hirsli BƏYİMDİR…
Bu xanıma baxanda adam özünü itirir, ondakı qəzəb, hirs və mübarizə əzminə bax ee…
Bəyim azsaylı gənc xanımlardandır ki, müxalfətçilərə qoşulub. Yəni “cəsarətli mübarizə yolunun gənc əsgərlərindəndir”. O, həm mitinq və piketlərdə fədakarlıq və prinsipiallıqla sözün deyir, həm də bloqçu kimi fikrini cəmiyyətə çatdırır.
Mən onu “Azad Gənclik” təşkilatının üzvü olandan tanıyırdım, sonra ATƏT-ın təlimində bir yerdə iştirak etdik, daha yaxından tanış oldum. Sözün həqiqi anlamında belə mübariz xanım olduğuna cox sevindim. O, vətəndaşı olduğu ölkənin irtica və yalanlarla idarə olunmasını istəmir, hər gün milyonlarla vətəndaşın haqq və hüququnun pozulmasına biganə qalmaq istəmir. O da evdar xanım ola, ərə gedə, başın aşağa salıb ailə-uşaq sahibi ola, uşaq böyüdə bilərdi. Amma deyir ki, mən antidemokratik bir ölkədə kölə anası yox, azad və firəvan ölkədə ana olmaq və vətəndaşının qədir-qiymətini bilən dövlətdə övlad böyütmək istəyirəm; deyir ki, mən bu diktaturanın yox, demokratik bir ölkənin vətəndaşı olmaq istəyirəm; deyir ki, mən kölə gənclik yox, haqqı uğrunda çarpışan gənclik istəyirəm.
Cox mehriban gəncdir. Mən onu xanım yox, qardaş bilirəm əqidədaşlarına. Bu gün yaltaqlıq və məddahlıq edib “irəli-geri” təşkilatlarına yazılan gəncləri də görürük, mübarizə aparan Bəyimi də.
Bəyim, AXCP Gənclər Komitəsinin üzvüdür və o, bu partiyaya şərlənərək həbs edilən Cabbar Savalanlıya görə üzv olub. Bu gün də AXCP gənclərinin ön sıralarında mübariz qardaşları ilə bir çərgədədir.
Həmçinin o, haqqını və hüququnu bilən bir ailənin övladıdır. Milyonlar sevimlisi, demokratiyanın banilərindən olan Elçibəyin doğulduğu rayonda anadan olub.
Belə bir mübariz qardaşımız var.
Bəyimin cox sevdiyi söz: “Həm bəy, həm xanım, kimdi o?”
Bəyimdir o… bizim Hirsli Bəyim!
O da evdar xanım ola, ərə gedə, başın aşağa salıb ailə-uşaq sahibi ola, uşaq böyüdə bilərdi. Amma deyir ki, mən antidemokratik bir ölkədə kölə anası yox, azad və firəvan ölkədə ana olmaq və vətəndaşının qədir-qiymətini bilən dövlətdə övlad böyütmək istəyirəm; deyir ki, mən bu diktaturanın yox, demokratik bir ölkənin vətəndaşı olmaq istəyirəm; deyir ki, mən kölə gənclik yox, haqqı uğrunda çarpışan gənclik istəyirəm.
Yazinin kuliminasiya nöqtəsidir ))
Sağ ol a Begim!
Eshq olsun!