Əsas səhifə > Uncategorized > Hamı 17 Mart – Gənclərin “Gələcək Naminə” mitinqinə!!!

Hamı 17 Mart – Gənclərin “Gələcək Naminə” mitinqinə!!!

17 Mart - Gənclərin "Gələcək Naminə" mitinqi

Gəl və haqqını tələb et!

Haqlının yanında, haqsızın qarşısında ol!!!

Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində deyilir:

I. Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır.
II. Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır.

Konstitusiya dövlətin əsas qanunudur və bütün digər hüquqi sənədlər bu qanunun prinsiplərinə uyğunlaşdırılmalıdır. Azərbaycan Respublikasının konstitusiyasında sərbəst toplaşmaq qaydaları açıq şəkildə göstərilib və burda yazılmayıb ki, mitinq üçün Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovdan icazə alınmalıdır, o «yox» deyərsə aksiya keçirmək, toplaşmaq olmaz.

Biz, Gənclərin Hüquqlarını Müdafiə Komitəsi olaraq 17 mart 2012-ci il tarixində mitinq keçirmək istəyirik. Mitinqin şüarları bunlardır: «Qarabağ!», «Rüşvətə yox!», «Siyasi məhbuslara azadlıq!». Gəlin bu şüarların aktuallığına və şüarların dəyərlərinə bir-bir nəzər yetirək:

17 Mart - Gənclərin "Gələcək Naminə" mitinqi

«QARABAĞ!»

18 ildir ki, bu hakimiyyət «lazım gələrsə Qarabağı alacağıq», «bir qarış torpağımızı yağı düşmənə vermərik» deyir. Əgər bir hakimiyyət 18 il ərzində dövlətin ərazi bütövlüyünü təmin edə bilmirsə və işğal altındakı torpaqları azad edə bilmirsə, getməlidir. Burda «lazım»ı gözləməyə ehtiyac yoxdur. Fakt budur ki, bu hakimiyyət Qarabağı geri ala bilmir. Atəşkəs dövründə, elə bu hakimiyyətin zamanında minlərlə əsgərimiz dünyasını dəyişib. 2011-ci ildə 100-ə qədər əsgər itirmişik, bir o qədər də əsgər yaralanıb. Kimdir bunun günahkarı və kim buna cavab verməlidir? Bu hakimiyyətin Qarabağ siyasətinin mahiyyəti budur. Biz gənclər torpaqlarımızın düşmən tapdağı altında  qalmasını istəmirik, özümüzdən sonrakı nəslə problem saxlamaq istəmirik!!!…

«RÜŞVƏTƏ YOX!»

Balıq susuz yaşamadığı kimi bu hakimiyyət də rüşvətsiz yaşaya bilməz. Korrupsiya, rüşvət artıq milli adətə, mentalitetə çevrilib, bu hakimiyyətin məmurları rüşvətin adını dəyişib «hörmət» qoyublar. Artıq bu məmurlar salam əvəzinə vətəndaşdan pul umur. Dövlət büdcəsi talan edilir, milyonlarla büdcə pulları mənasız tikintilərə, yollara, körpülərə sərf edilir,  sonda tikilən körpü təmirə bağlanır, yol çəkilir, yenidən çəkilmək adıyla qazılır. Tam aydın olur ki, yol çəkilişi, körpü tikilişi və təmiri üçün büdcədən ayrılan pullar şəxsi hesablara sovrulur. Nə etsələr də keyfiyyətsiz, yararsız və dözümsüz edirlər. Bir sözlə, biz vətəndaşlara çatacaq dövlət vəsaitləri bir qrup məmur tərəfindən talan edilir. Son günlər isə Qış Bulvarı, Bayraq Meydanı, Avroviziya yarışı üçün salon tikintisi adı altında vətəndaşların evini başına uçururlar. Hamının mülkiyyət hüququ olduğu halda bu hakimiyyət vətəndaşın olan-qalanını əlindən alır və insanları evsiz-eşiksiz qoyur. Hələ bu harasıdır, SOCAR deyilən “şəxsi qurum”  neft çıxartmaq adı ilə vətəndaşın evini özü içində ola-ola başına uçurur. Rüşvət, korrupsiya dövləti də, milləti də uçuruma aparır. Buna dur deməməliyik?…

17 Mart - Gənclərin "Gələcək Naminə" mitinqi«SİYASİ MƏHBUSLARA AZADLIQ!»

Artıq 1 ili tamam olur ki, öz konstitusion hüququndan istifadə edib mitinq keçirən şəxslər «şüşə sındırmaq», «polisi döymək», «qanunu  pozmaq» adı ilə həbs edilib. «2 aprelçilər»in günahı nədir? Onların bir günahı var: haqq və hüquqlarını tələb etmək. Bu hakimiyyət isə haqqını tələb edəni sevmir, həbsxanaya atır.

Əziz gənclər!

Bu ölkə bizimdir. Biz dövlət büdcəsinin talan edilməsinə, qanunların pozulmasına, ölkənin avtoritar üsulla idarə edilməsinə, evimizin başımıza uçurulmasına, bizim olanın bizdən alınmasına, təhsilimizin, səhiyyəmizin bərbad günə salınmasına göz yuma bilmərik və buna haqqımız da çatmır. Biz haqq və hüququmuzu tələb etməliyik.

Bunu bacarmalıyıq!

«Sahibsiz olan millətin batması haqdır,

Sən sahib olursansa, bu Vətən batmayacaqdır!»

Və hamı 17 martda meydanda olmalıdır!

Haqq və ədalət uğrunda!

  1. 13/03/2012 tarixində, saat 06:35

    QARABAĞ!

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: