Haqqında
01 iyun 1983-cü ildə Yardımlıda, Bilnə kəndində anadan olmuşam
Orta məktəbi, 2000-ci ildə Bakıda, Azər Namazov adına 180 saylı məktəbdə bitirmişəm.
2000-2004-cü illərdə Bakı Dövlət Universitetində ali təhsil almışam. Unversitetin Cofrafiy fakültəsini bitirmişəm.
Siyasi fəaliyyətimə 01.06.2001-ci ildə Vətəndaş Həmrəyliyi Partiyasında başlamışam. Partiyada ilk görəvim özək sədri olub. Daha sonra VHP-nin Gənclər Təşkilatında fəaliyyət göstərmişəm. Təşkilatda müxtəlif görəvlətdə fəaliyyət göstərmişəm. 2002-2004-ci illərdə Gənclər Təşkilatının sədri olmuşa.
2004-2005-ci illər ərzində ordu sıralarında hərbi xidmətdə olmuşam.
Hərbi xidmətdən qayıtdıqdan sonra VHP sıralarında yenidən siyasi fəaliyyətə başlamışam. Partiya sədrinin gənclərlə iş üzrə müşaviri olmuşam. Sonra fəaliyyətim yüksək dəyərləndirilib, Siyasi Şuranın təklifi ilə, partiya sədri tərəfindən Təşkilat Şöbəsinin müdiri təyin olunmuşam. Hazırda VHP Ali Məclisin və Siyasi Şuranın üzvüyəm.
Dünya Azərbaycanlıları Konqresində də təmsil olunuram. Konqresin Almaniyanın Bonn şəhərində keçirilən sonuncu qurultayında NTK sədri seçilmişəm.
2009-cu ildə keçirilən Bələdiyyə seçkilərində Qızıldaş bələdiyyəsinin üzvü seçilmişəm. Bələdiyyənin Sosial məsələlər və Ekologiya Komissiyasının sədriyəm.
2010-cu ilin parlament seçkilərində, 64 saylı Sabirabad II Seçki Dairəsində deputatlığa namizəd olmuşam. Qələbəm oğurlanaraq YAP namizədinin xeyirinə seçkilər saxtalaşdırılıb.
Hazırda “N!DA”Vətəndaş Hərakatının üzvüyəm.
Ay Samr,bes ne ucun musteqillik aktina ses vermesi zamani Ziyad Seedzadenin hansi movgeden cixish etmesini qeyd etmemisiniz??????