Arxiv
Hamsı bir boyda olan…. Polislər…
11 və 12 mart hadisələrində ən yadda qalan olay “Hamsı Bir Boyda olan polislər” idilər….
Aksiya iştirakçıları nə qədər polisin həbsindən cəkinirdilərsə, hamsı bir boyda olan polislər də Vətəndaşlardan eləcə qorxurdular…. Sanki xəcalət cəkirdilər… Ətraflı…
Bura Azərbaycan, biz Azərbaycanlıyıq….
Biz, Azərbaycanlıyıq…… Bu söz hər zaman məni düşündürür! Niyə? Çünki bir mənfi və utanc gətirən nəsə olsa BU SÖZ bizim yadımıza düşür… Özümüz-özümüzü aciz hesab edirik….
Bu gün dünyada qloballaşma gedir, hər kəs haqqını tələb edir. Tunis, Misir, Yəmən göz önündədir. Qonşumuz gürcülər kimi də deyilik ki, haqqımızı tələb edək… etiraf edək ki, qorxuruq…. Nədən, bilmirəm..
Adicə “JEK” müdiri də bizi əzir, bir arayışı 20 manata verir, söz deyə bilmirik… Cünki Azərbaycanlıyıq və BELƏ DƏ OLMALIDIR….
«Diplomat»ı kim himayə edir?
Ölkədə siyasi sabitliyi qorumaq uğrunda dövlətimiz ciddi ləyaqətli-mətanətli-dəyanətli-sədaqətli addımlar atır.
İbadət etdiklərinə görə ciddi qanun pozuntusuna yol verən və ölkəmizin dünyəvi imicinə sarsıdıcı zərbə vuran möminlər həbs edilir, onların çevriliş etmək niyyətiylə yastıqlarının altında gizlətdikləri tank, döşəklərinin altına soxduqları və «Lazım kimi» gələndə istifadə edəcəkləri ehtimal olunan S300 zenit-raket qurğuları, kitabxanalarında qoruduqları «DIN kitabı» adlı nüvə başlıqları tapılaraq müsadirə olunur.
Hökumət bir daha sübut eləyir ki, bu ölkədə icazəsiz quş uça bilməz! Bəs, necə? Axı, «rastamoşka» olunmayan quş özüylə quş qripi gətirə bilər ki, bu da dəyanətli xalqımızın səhhətinə ziyan eləyər.
Ölkə vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə dövlətimiz hər bir vətəndaşı güdür, insanlarımızın yatanda hansı yuxu gördüyü də nəzarət altındadır! Amma… Ətraflı…
Elnur Astanbəyliyə məsləhət
Dəyərli «Azadlıq» qəzetinin köşə yazarlarından olan Elnur Astanbəylinin hər kəsə qarşı patoloji bir nifrətlə baxdığı onun yazılarından bəllidir. Elnur bəy sanki kindən, nifrətdən yoğrulub və şəxsi ambisiyalarını ictimailəşdirmək onun amalıdır.
Dünən o, növbəti dəfə şəxsi qərəzini «ümumiləşdirmə» fürsəti qazanıb və VHP sədri Sabir Rüstəmxanlıya qarşı fərdi antipatiyasını qələmə alıb. Fürsət Sabir Rüstəmxanlının sədri olduğu Azərbaycan Dil Qurumunun mətbuata müraciəti, səbəb isə Elnur Astanbəylinin şəxsi intriqasıdır.
Astanbəyli bəhanəyə belə başlayır: «Sabir bəy Amerika kəşf etmir, bu mövzunu jurnalistlər də öz aralarında çox dartışır».
Sabir bəyin yeni dil normaları yaratmaq və Amerika kəşf etmək istəyini Elnur hardan çıxartdı? Müraciətdə jurnalistləri dil normalarına riayət etməyə dəvət var, başqa heç nə! Elnur bəyin dediyi kimi, jurnalistlər bunu öz aralarında dartışırsa, lap yaxşı, Azərbaycan Dil Qurumu da onların müzakirəsinə qoşulub. Burda tənqid ediləsi nə var? Ətraflı…