Arxiv

Archive for the ‘Uncategorized’ Category

Bizim istiqlal…

Istiqlalçı deputatlar

…Amma bu istiqlalın adı bizimdir

«İstiqlal» bir millətin azadlıq eşqi. Biz ötən yüz illik boyunca parçalanmış Vətənimizin quzeyində millət olaraq iki dəfə bu eşqi dadmışıq. 1918-ci il mayın 28-də Türk-İslam dünyasında, bütövlükdə şərqdə ilk demokratik respublika qurulub. İki il ömrü olan bu respublikanın süqutundan 70 il sonra 1991-ci ilin 18 oktyabrında II dəfə öz İstiqlalımızı, yəni Dövlət müstəqilliyimizi əldə etmişik. Çətin, ağır günlərdən üzü ağ çıxaraq Xalqımızın  iradəsi və  o vaxtkı Ali Sovetin 25 nəfərlik «Demokratik Azərbaycan» Blokunun üzvlərinin səyi, 43 nəfərin səsi ilə müstəqil olduq. Şərqdə, İslam dünyasında ilk xalq cümhuriyyəti qurmuş bizlər yenidən belə bir arzuya qovuşduq. Qəddar sovet imperiyasının əsarətindən 70 il sonra qurtulduq. Bu İSTİQLAL  bizim sevincimiz, qürurumuz və qeyrətimiz, namusumuzdur. Ətraflı…

Kateqoriyalar: Uncategorized

Istiqlalın tərəfdarları və əleyhdarları

İstiqlalçı deputatlar...

İstiqlalçı deputatlar…

İstiqlalçı deputatlar…

  1. Ixtiyar Şirinov- keçmiş baş prakror, MKP sədri
  2. Firudin Cəlilov- keçmiş Təhsil naziri
  3.  Dilarə Əliyeva- mərhum jurnalist
  4. Füzuli Axundov
  5. Aydın Məmmədov
  6. Əyyam Musayev
  7. Vaqif Novruzov
  8. Vahid Əhmədov- millət vəkili
  9. Ramiz Fətəliyev Ətraflı…

İstiqlalçı qadın…

Istiqlalçı deputat Məryəm Həsənzadə

Istiqlalçı deputat Məryəm Həsənzadə

Məryəm Həsənzadə, Sənin kimi Ana ilə qürur duyuruq!

Məryəm Həsənzadəni hamı İstiqlalçı deputat kimi tanıyır. Onun adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. O, 18 oktyabr 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyinə səs verən 43 nəfərin içində iki qadın deputatdan biridir.  Bəzi kişilər qorxusundan müstəqilliyin əlehinə səs verəndə, məhz o Ana qüruru ilə İstiqlala kişi kimi səs verdi.

Məryəm xanım 1990-cı illərin məşhur “Demokratik Blok” adlanan fraksiyanın 25 üzvündən biri olmaqla, Ali Sovetin məşhur 4-cü mikrofonunda ilk çıxış edən deputatdır. Bu günkü Siyəzən rayonunun təşkil edilməsində onun xidmətləri əvəzsiz və danılmazdır. Rayon məhz onun təklifindən sonra yaradılıb.

O,  bu gün Siyəzənin Gənclik adlanan qəsəbəsində yaşayır – yataqxana binasının dördüncü mərtəbəsində. Təxminən 12 kvadratmetrlik balaca bir otaqda. Otağın qarşısında isə, daha doğrusu, mənzilin girəcəyində 2 kvadratmetrlik darısqal mətbəx var…

Vəssalam, İstiqlalçı deputatın yaşadığı mənzil bundan ibarətdir. Ətraflı…

Əsgərin öldürən ölkə!

Azərbaycan əsgəri

Azərbaycan əsgəri

Bir ölkədə 9 ayda 73 əsgər dünyasın dəyişirsə, özüdə onun 64-ü qeyri-döyüş şəraitində dünyasını dəyişibsə, o ölkənin müdafiə naziri istefa verməlidir.

Azərbaycanda hər şey qarmaqarışıqdı. Məsələn, boks çempionatı keçirib erməniləri Bakıya dəvət edəndə hakimiyyət sülhdən danışır, Bəxtiyar Hacıyevin çağırışçı yaşında olarkən Harvardda təhsil almasına gəlincə isə bunu «müharibə aparan ölkədə böyük xəyanət» kimi qiymətləndirirlər. Yaxud «Eurovision» yarışmasının şənliyini Qafqazın lider dövləti kimi qeyd edirlər, iqtisadi-siyasi islahatlara gəlincə «biz müharibə vəziyyətindəyik» kəlamı yada düşür. Bir sözlə həqiqət hər zaman Azərbaycanda iqtidarın işinə yarıyan şəkildə libas geyinir. Ətraflı…

Unversitetlərdə LİKE dərsləri…

Hamı və hər kəs bilməlidir ki,  LİKE nə qədər cox olarsa elmimiz və təhsilimiz hec vaxt basılmaz.
Bakı Dövlət Unversiteti (BDU) ilə Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA)  tələbələri  elm və təhsilimiz üçün nə qədər faydalı və vacib olan bir sahə üzrə yarışa giriblər.  Yəni, elm öyrənmək, kitab oxumaqdan daha vacib sayılan LİKE yarışlarına qatılıblar. Elmimizin inkişafı üçün faydalı olan bu yarışmada ADNA-lılar öz elmi bacarıq və bilikləri ilə BDU-luları üstələyiblər. Yəni, bir daha aydın olub ki, ADNA-nın professor, müəllim heyəti bu elmin sirlərini öz tələbələrinə əzmlə aşılayıblar. Bunun danılmaz sübutu və nəticəsidir ki, BDU yarışmada yenilib. ADNA tələbələri Azərbaycan elminin zirvəsi olan BDU-nu udublar. Aydın olub ki, LİKE yarışları üçün mütəxəsis hazırlğında ADNA cox irəli gedib. Onlara Neft tapmaqdan, yaxşı mühəndis olmaqdan başqada, LİKE elminin sirlərini hörmətli Siyavuş müəllim öyrədib. Belə nəticə hasil olur ki, hörmətli BDU rektoru Abel müəllimin başı Milli Məclisdə qanun qəbulna qarışdığı üçün o, tələbələrinə LİKE elminin sirlərini  yaxşı aşılaya bilməyib.  Unversitetin “Azad” Tələbə Həmkarlar Təşkilatın mın tələbə güdən qrupu isə məyus olaraq istrfa verib. Onlar tələbələri bu yarışma üçün güdüb rektorluqa LİKE yarışmasında BDU-nu LİKE etməyənləri deyə bilməyiblər.  (Yəqin ki, BDU-nun bəzi “satqın” tələbəi ADNA-ya LİKE veriblər) Ətraflı…
Kateqoriyalar: Uncategorized Etiketlər: , , ,

Vicdan məhbusu Elnur Məcidli

Elnur Məcidli

Elnur Məcidli

Hər bir insanın həyatda bir arzusu, ümidi var. Hər bir insan gənc yaşında öz karyerası üçün çalışır, çaba göstərir. Belə gənclərdən biridə Elnur Məcidlidir. Amma, YAP hakimiyyəti onun arzularını gerçəkləçdirməyi məhdudlaşdırıb, təhsilini yarımçıq saxlayıb. Qondarma 2 aprel ittihamı ilə Elnuru həbs ediblər.

Elnur Məcidli – o gəncdir ki, millətinin xoş gələcəyi və dövlətinin demokratik inkişafı uğrunda mübarizəyə erkən yaşında qoşulub. Bəziləri kimi İrəli, Geri, Yaltaq təşkilatlarına qoşulub özünü fikirləşməyi ağlına gətirməyib.

O, Vətənini, millətini, dövlətini azad görmək istəyir. Vətəndaşı olduğu ölkədə hər gün pozulan insan haqq və hüquqlarının tapdalanmasına, millətin olan olmazının, dövlət büdcəsinin talan edilməsinə göz yumanlardan olmayıb. Kişi kimi Millət mücadiləsinə qoşulub. Ətraflı…

Müəllim sözü müqəddəs deyil, müqəddəs olan müəllimlikdir

Sərdar Hacıyev

Sərdar Hacıyev

Mənim Sərdar müəllimim!

Müəllim! Bu ad hər kəs üçün əzizdir.  Hamının müəllimi olub – hətta Hz. Peyğəmbərimiz Məhəmmədin (sav) də.

Həzrət Əli (əlehisalam) deyib ki, hər kim mənə bir hərf öyrətsə, mən ona qul, kölə olaram.

Belə deyim var: “Şəxsiyyətin ahəngdar inkişafı vəzifəsi, ilk növbədə, müəllimin üzərinə düşür”. Müəllim cəmiyyətdə çox böyük rol oynayır. O, yaşlı nəslin təcrübəsini gənc nəslə verir.

Müəllimə dünyanın ən məşhur insanları öz sevgi və sayğılarını müxtəlif aforizmlərlə bildiriblər; müəllimi günəşə, bağbana, mühəndisə bənzədiblər. Deyiblər ki, müəllim günəş kimi gənc qəlbi və ağlı işıqlandırır, uşaqlara bağban qayğısı göstərir, mühəndis kimi insan qəlbinin layihəsini cızır.

Cəmiyyətin, millətin gələcəyi müəllimin əlindədir

Bir az poetikləşdirilsə də, mübaliğə yoxdur, əksinə, müəllim missiyasını bu vaxta qədər deyilmiş heç bir söz tam əhatə eləmir. Çünki nə qədər müəllim varsa, nə qədər şagird olubsa, müəllimin kimliyi də o qədər rəngarəing olub və olacaq. Gərək Yer üzündəki bütün insanlar müəllim sevgilərini desinlər, yalnız onda müəllimin kimliyini tam dolğun müəyyən etmək olar. Ancaq bunun da ömrü yeni şagirdlərin və müəllimlərin gəlişinə qədərdir…  Ətraflı…

YAP hakimiyyətin iki üzü

Bəs, niyə Türkiyə dövləti öz maraqları üçün Ermənistan ilə əlaqə quranda aləmə car cəkirdiniz…

Son günlər Türkiyə-İsrail münasibətləri tarıma çəkilib. Yəni İsrail adlanan dövlətin Türkiyənin Qəzzaya gedən gəmisini vurması və türk vətəndaşının öldürməsi bu gərginliyə səbəb olub. Türkiyənin İsraildən üzr istəmə tələbi və İsrail başbilənlərinin üzr istəməyəcəyik mesajı iki ölkəninin münasibətlərini tam gərginləşdirib. İki dövlət arasında münasibətlər ikinci dərəcəyə enib.

Bu arada,  Türkiyə dövlətinin Azərbaycandakı böyük elçisi Hulusı Kılıc deyib ki,  Azərbaycan İsraillə münasibətlərinə yenidən baxmalıdır: “Türkiyə ilə İsrail arasındakı münasibətlərin gərginləşdiyi bir dövrdə bizə qardaş olan Azərbaycan da bu ölkə ilə münasibətlərinə yenidən baxmalıdır. Biz hər zaman, tarix boyunca Azərbaycanın yanında olmuşuq. Azərbaycana görə 18 ildir sərhədlərimiz bağlıdır. Türkiyə Azərbaycana görə 18 ildir sərhədlərini bağlayırsa, qardaş bir dövlətin problemi də Azərbaycanın problemi olmalıdır”.

Ətraflı…

Hər kəsin oxumalı olduğu kitab…

Millətimizin şərəf tarixindən bəhs edən “Difai fədailəri”

Bloqlarda kitab həftəsinə 2-ci yazı olaraq Sabir Rüstəmxanlının «Difai fədailəri» sənədli romanıdan söz açacağam.  Kitab 2010-cu ildə  «Qanun» nəşriyyatında çap olunub və 448 səhifədir. Roman Azərbaycanın çox çətin siyasi-psixoloji dövrünü – 1905-ci ildən başlayan və Rusiyanın dəstəyi ilə ermənilərin azərbaycanlılara qarşı apardığı soyqırım tarixini əks etdirir.

Azərbaycan ictimai-fikir tarixinin ən nəhəng simalarından olan Əhməd Ağaoğlu 1905-1907-ci illər erməni-müsəlman davasında erməni terrorunun qarşısını almaq, ermənipərəst çar idarələrinin xəyanətkar Antiazərbaycan siyasətinə cavab vermək üçün “Difai” adlı bir partiya və ya müdafiə təşkilatı yaratmışdı. “Dişə-diş, qana-qan” şüarı ilə meydana çıxan “Difai”nin fəaliyyəti Qafqazda qüvvələr nisbətini Azərbaycanın xeyrinə dəyişdirdi. Ermənilər azərbaycanlıları qisasını görüncə geri çəkilməyə məcbur oldular. Gücə qarşı gücün dayanmalı olduğunu yaxşı anlayan Ə.Ağaoğlunun qurduğu və məşhur ictimai-siyasi xadimlərin dəstək verdiyi bu qurum qısa müddətdə Bakıdan Batuma, Qarabağdan Dağıstana qədər böyük bir ərazini əhatə etmiş, erməni vəhşiliyi nəticəsində əzizlərini itirmiş 10 minlərlə insanın şəxsi intiqam hissini Azərbaycanın xilası yolunda səfərbər etməyi bacarmışdır.  Ətraflı…

“Azad insan hər yerdə azad olur…”

Məhşurlardan birinin belə sözü var: İnsanın nəyə qadir olduğu yalnız maneələrlə mübarizədə aydın olur…

…Əhəd Məmmədli

…kimin üçünsə oğlu, kimçünsə qardaş, qohum, əmioğlu, dayıoğlu, dost, əqidə yoldaşı və s…

Mənim üçün üzündə hər zaman təbəssüm dolu bir gənc. Azərbaycan gəncliyinin qürur duya biləcəyi bir insan…

Mən, Əhədi tanıyandan həmişə onu gülərüz görmüşəm. Əqidəli, inamlı, imanlı, mübariz bir gənc. Onunla tədbirlərdə, mitinqlərdə və bu kimi aksiyalarda görüşmüşük.

-Əhəd bəziləri kimi var- dövlət, şirkət, xaricdə villa və gününü istirahət zonalarında keçirmək güçün calışmır… Ətraflı…