Fransa demokratiyası….

Sarkozi

… Və mösyö Sarkozi sərgüzəştləri

Fransa Milli Asambleyasınını Xalq Hərəkatı Naminə Birlik (UMP) və Yeni Mərkəz partiyalarından olan 40 deputatın təşəbbüsü ilə qondarma «erməni soyqırımı»nı inkar edənlərin bir illik həbs və ya 45 min avro cərimə cəzasını nəzərdə tutan qanun layihəsini qəbul etdi. Onuda əlavə edək ki, Fransa qondarma «erməni soyqırımı»nı 2006-cı ildə tanıyıb.

Hakimiyyət cox maraqlıdır…

Qeyd edək ki, Fransa üçün rəzalət sayılacaq qanunun təşəbbüskarı olan UMP-nin sədri Fransanın hazırkı prezidenti Nikola Sarkozidir və görünən odur ki, bu qanun layihəsinin hazırlanmasında və parlament komissiyasına qəbulunda hakim partiya maraqlıdır.  Qanun layihəsi 38 millət vəkilinin lehinə səsveməsi ilə qəbul edilib.  Kritik müzakirələr 577 millət vəkilindən 41-nin iştirakı ilə aparılıb.

Fransanın hazırda xarici siyasətini və beynəlxalq əlaqələrini müəyyənləşdirən bir partiyanın bu cür təşəbbüslə çıxış etməsi və bu qanunu qəbul etdirməsi Fransanın açıq aşkar Türkiyəni Avropa Birliyindən kənarda qoymaq və türk millətinə olan nifrətidir. Hər halda sonuncu fakt prezident Sarkozinin üzərində qalacaq bir ləkədir… Ətraflı…

Etiraf….

Gənc bloqcu Etibar Salmanlı yeni təkliflə çıxış edib və deyib ki, “gəlin, bir-birimizə paylaşmaqla eyni mövzuda yazaq…”

İlk olaraq Hacı Zeynallı bu təklifi realaşdırdı və mövzunu da müəyyənləşdirdi: “Etiraflar”

Etibarın tapşırıqı ilə,  neylək, başlayaq “Etiraf”lara…

 Etiraflarım

 –   Ən zəif cəhətim utanqaclığımdır, nə qədər istəsəm də, bu bəladan qurtula bilmirəm… )) Ətraflı…

Kateqoriyalar: Uncategorized Etiketlər: ,

21 Azər hərəkatı və Güney Azərbaycan

Güney Azərbaycan Milli Hökuməti

Güney Azərbaycan Milli Hökuməti

Böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyar deyirdi ki, “Bir xalqın şərafəti üçün birinci şərt onun müstəqil olmasıdır.  Müstəqil olmayan bir xalqın əzmi və hörməti yoxdur. Xalqın istiqlaliyyətini onun əxlaqi fəziləti saxlaya bilər. Hər bir xalqın istiqlaliyyətini qoruyan onun mərdlik və şücaətidir”.

12 dekabr tarixinin xalqımız üçün tarixi və ideoliji əhəmiyyəti böyükdür. Bu gün Güney Azərbaycan Milli Hökumətinin təşkil edilməsi və elə bir ildən sonra həmin gün süquta uğramasıdır.

İkinci dünya müharibəsinin başlaması qan-qada ilə bərabər, bir sıra xalqların azadlıq arzusunu gerçəkləşdirməsinə gətirib çıxardı. Belə ki, Böyük Britaniya ilə yanaşı, Sovetlər Birliyi hərbi hissələri İran ərazisinə daxil oldu. Bu isə Rza şahın başçılıq etdiyi istibdad rejiminin süqutuna gətirib çıxardı. Bir tərəfdən xarici müdaxilə, digər tərəfdən mövcud rejimin yıxılması İranda müəyyən qədər demokratik mühitin yaranmasını şərtləndirirdi. Demokratik proses ölkənin müxtəlif bölgələrində fərqli formalarda təzahür edirdi. Güney Azərbaycanda isə bu milli-azadlıq hərəkatı Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə başladı. Qısa zamanda Pişəvərinin başçılıq etdiyi xalq fədailəri Güney Azərbaycanın bütün yaşayış məntələlərini azad etdilər. Ətraflı…

10 dekabr…

Bizim qədər haqqı pozulan varmı?

Bu gün  insan hüquqları günüdür. Və bu gün, 1950-ci ildən başlayaraq “10 dekabr insan hüquqları günü” kimi qeyd edilir. Bu gün haqqında ilk dəfə olaraq Fransada 1789-cu ildə qəbul edilmiş “İnsan və vətəndaş haqqları haqqında deklarasiya”da rast gəlinir. Baxmayar ki, buna qədər insan haqlarının tanınması uzun inkişaf yolu keçmişdir. Onun inkişaf yolunda İngiltərə və Amerikada bu sahədə məlum olan xartiyalar var idi.

XX əsrdə insan hüqüqları sahəsində əsas sənəd 10 dekabr 1948-ci ildə BMT təşkilatı tərəfindən qəbul olunmuş “İnsan hüqüqları haqqında ümumi deklarasiya” olmuşdur.

1966-cı ildə BMT-nin başçılığı altında “Vətəndaşlıq və siyasi hüquqlar haqqında beynəlxalq pakt” və “iqtisadi, sosial və mədəni hüqular haqqında pakt” qəbul edilmişdir. Ətraflı…

Din İdarəsində insana sayqı…

"Təzə Pir" MəscidiDünən yolum Qafqaz Müsəlmanları İdarəsinə düşdü. Daha doğrusu, dostumun xahişi ilə onun sənədini götürmək üçün yolumu QMİ-dən saldım.

İdarənin qapısını tanımadığımdan gedib “Təzə Pir” məscidinə çıxdım.  Məscidin önündə üç molla oturmuşdu. Biri kiminləsə telefonla danışırdı. Danışığından belə anlaşılırdı ki, ona “yas məclisi” tapıb və indi onu müjdələyir, yanındakı molla isə telefonu alıb, “Yol pulunu “otdelni” alarsan” – dedi… Ətraflı…

‎Rafiq Tağı yox, hamı öldü….

Rafiq Tağı“Rafiq bəy ata idi və bir atanın uşaqların gözü yaşlı qoydular. Heç bir ata, nə övlad bu olayın başına gəlməsini istəməz….”

Bu günlərdə hamı Rafiq Tağıdan yazır. Məndə yazmaq istədim, amma yazını elə onun öz sözləri ilə, mərhum yazarın bir müsahibəsində ki, cavabla başlayıram. Jurnalist soruşur: “Azərbaycan ədəbiyyatı bu gün nələrdən qurtulmalıdır?”… və Rafiq Tağının cavabı: “Mühafizəkarlıq, yalançı millilik və dinçilikdən, şahpərəstlik, kütlə arxasınca sürünməklik və ədəbiyyatın pula konvertasiyası istəklərindən, ədəbi bütpərəstlik, həqiqətdən uzaqlıq və yeniliyə nifrətdən.

Ədəbiyyatımızın xəstəliklərini saymaqla qurtarmaz”…

İndi isə hadisənin özünə keçək. Azərbaycan qəribə ölkədir. Bu məmləkətdə günün günorta çağı jurnalist evinin qarşısında, general küçədə güllələnir, yazıçı küçədə bıçaqlanır və s. Belə dövlətmi olar. Belə idarəçilikmi olar! Ətraflı…

Kateqoriyalar: Uncategorized Etiketlər: , , , ,

Daha bir faciəmiz….

20 noyabr 1991-ci il Qarakənd faciəsi

20 noyabr 1991-ci il Qarakənd faciəsi

1991-ci ilin 20 noyabrı. O zaman mən Yardımlı rayonunun Bilnə kəndində 2-ci sinifdə oxuyurdum.  soyuq qış gecəsində sobanın yanına sığınıb televezorda nəyəsə baxmalı idim. Dəqiq xatırlamıram amma səbirsizliklə gözlədiyim bir verliş olmalı idi. Birdən proqram dəyişdi qara paltarlı adamların orkestr ifası başladı. Yarım saat, bir saat. Amma bu kədər musiqisi bitmək bilmirdi. Səbrim bir tikə olmuşdu, hər dəqiqə “mama niyə bunlar çalır?” deməyə başladım. Birdən musiqi dayandı diktor ekrana çıxdı və dedi: “Bu gün, Qarakənd istiqamətinə uçan vertalyot dumana düşüb, dağa dəyib partlamışdır”. Bir necə dəfə bunu təkrarladılar. Sonralar öyrəndik ki, vertalyot dumana düşməyib onu ermənilər vurub və onlarla sayseçmə Azərbaycan oğulları, dövlət adamlarımız həlak olub. Və  hər il, 20 noyabr gələndə, bu təqvim günü mən özümü pis hiss edirəm. Təqvimin bu günü Azərbaycanın ən böyük faciələrindən birin özündə yaşadır. Bu günkü olayda millətimizin qaymaqları faciəli şəkildə öldürülüblər. 1937-ci ildə sovet rejimi millətin qaymaqların hansı formada qırmişdısa, bu da həmin faciələrdən biridir. Bu il 1991-ci ilin 20 noyabrında baş verən vertaliot qəzasında ziyalılarımız, hökumət və dövlət adamlarımız qırılıb.

  Ətraflı…

17 noyabr…

17 noyabr 1988Bu gün millət olaraq birlik günümüzdür

17 noyabr: Milli Dirçəliş Günü – millət olaraq bizim nicat və birlik günümüzdür. Biz toplum olaraq Azadlıq və Azad yaşamaq eşqi ilə 1988-ci ildən meydanlara və küçələrə axışdıq və Alovlanan bu arzular bizi birləşdirdi, Ulus olaraq Azadlıqımıza qovuşduq. Müstəqilliyimizi və bərpa olunan dövlətimizi Milli Dirçəliş gününün fədaisi olan xalqımıza və onun meydan liderlərinə borcluyuq. Əgər Azərbaycan xalqı o vaxt meydanlara çıxıb haqqını tələb etməsəydi, «xalqlar həbsxanası» sayılan SSRİ imperiyasının zəifliyi üzə çıxmaz, Sovet rejimi dağılmazdı. Təqvimin bu tarixinin əhəmiyyəti millətimizin üçün çox böyükdür… Ətraflı…

Yaşamırıq… sürünürük!

BakıAnaloqzuz inkişaf  budur…

Payızda qəfil qarın yağması ölkəni, xüsusən də dağ rayonlarını acınacaqlı duruma saldı. Qarın yağması ilə hakimiyyətin “analoqsuz inkişaf” tapıntısının sadəcə söz və kağız üzərində olduğu tam aydın oldu. Belə ki, havaların kəskin soyuması, qar və yağışın yağması nəinki ucqar rayonlarda, hətta Bakıda da həyatı iflic etdi. Yağışın yağması ilə Bakı küçələrini su basdı və nəqliyyatın hərəkət etməsi tam məhdudlaşdı. Əgər bir gün tam olaraq leysan yağsa Bakını su basar. Hələ yüngülvari yağış  nəticəsində paytaxtı su basır. Mərkəzi küçələr su altında qalır. Bakı küçələri coşqun dağ çaylarına bənzəyir.  Bakındakı köhnə tikililərin birinci mərtəbələrində yerləşən mənzillər yağış suyu ilə dolur.  Cünki yeni tiklilər Bakının baş planına uyğun deyil… Kim nə istəyir, pulunu verib edir… Ətraflı…

Hər fəslin öz gözəlliyi var…

Payız fəsli

…. Payız bir başqadır!

Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax, yağdı yağışlar…

Mənim ən çox sevdiyim fəsil payız fəslidir, elə bu şeir və mahnı qədər. Yazın gəlişi nə qədər sevirəmsə, payızı da bir o qədər da sevirəm. Payız insanın ruhunu sağlamlaşdırır, sanki yeni nəfəs, alov verir. Hər zaman arzu etmişəm ki, kaş Payızda Yardımlıda olaydım. Çünki orda Payızın gəlişi Yaz qədər gözəldir. Çünki evimiz hündürdədir, hansı tərəfə baxsan dağlardır, o dağların çəni və dumanı, dumanlı havanın çiskinli yağışı cox duyğuludur. Mənim kəndim, Bilnə təpələrin üstündədir və evimizin yaxınlığında balaca meşəmiz var. Payız başlayanda ağacların saralması, yerə tökülən yarpaqlar yeni həyatın başlanğıcı üçün yaşam mənbəyinə çevrilir. Yəni qış gələcək, Qışdan sonra Yaz… və canlı aləm yenidən diriləcək. Ətraflı…