Arxiv

Posts Tagged ‘Əhməd bəy Ağoğlu’

Hər kəsin oxumalı olduğu kitab…

Millətimizin şərəf tarixindən bəhs edən “Difai fədailəri”

Bloqlarda kitab həftəsinə 2-ci yazı olaraq Sabir Rüstəmxanlının «Difai fədailəri» sənədli romanıdan söz açacağam.  Kitab 2010-cu ildə  «Qanun» nəşriyyatında çap olunub və 448 səhifədir. Roman Azərbaycanın çox çətin siyasi-psixoloji dövrünü – 1905-ci ildən başlayan və Rusiyanın dəstəyi ilə ermənilərin azərbaycanlılara qarşı apardığı soyqırım tarixini əks etdirir.

Azərbaycan ictimai-fikir tarixinin ən nəhəng simalarından olan Əhməd Ağaoğlu 1905-1907-ci illər erməni-müsəlman davasında erməni terrorunun qarşısını almaq, ermənipərəst çar idarələrinin xəyanətkar Antiazərbaycan siyasətinə cavab vermək üçün “Difai” adlı bir partiya və ya müdafiə təşkilatı yaratmışdı. “Dişə-diş, qana-qan” şüarı ilə meydana çıxan “Difai”nin fəaliyyəti Qafqazda qüvvələr nisbətini Azərbaycanın xeyrinə dəyişdirdi. Ermənilər azərbaycanlıları qisasını görüncə geri çəkilməyə məcbur oldular. Gücə qarşı gücün dayanmalı olduğunu yaxşı anlayan Ə.Ağaoğlunun qurduğu və məşhur ictimai-siyasi xadimlərin dəstək verdiyi bu qurum qısa müddətdə Bakıdan Batuma, Qarabağdan Dağıstana qədər böyük bir ərazini əhatə etmiş, erməni vəhşiliyi nəticəsində əzizlərini itirmiş 10 minlərlə insanın şəxsi intiqam hissini Azərbaycanın xilası yolunda səfərbər etməyi bacarmışdır.  Ətraflı…