Arxiv

Posts Tagged ‘5 yaşlı qız’

Haqqa vurulan əxlaqsızlıq damğası…..

Diqqət təhlükə var!

Dünya tarixinin Azadlıq fədailəri sırasında şərəfli imzası olan Babək Xürrəmidinin ömrünün sonlarında etdiyi müraciətdə deyilir: “Azadlıq yanğısı bilirsənmi nə deməkdir, o yanğı ki, ürəyini yandırıb kül edir. Azadlıq istər acı, istər şirin olsun yalnız odur məni döyüşdən döyüşə aparan… Bir gün azad yaşamaq qırx il boyunduruq altında yaşamaqdan yaxşıdır…”

Bu girişi əbəs yerə seçmədik. Aprelin 17-də, “Sahil” bağında polis tərəfindən saxlanılanlar arsında 5 yaşlı uşaq da olub. Bu qız cocuqu xalq etirazına anası ilə birgə gəlibmiş. “Azadlıq!” dediyi üçün uşaq maşına atılır. “Qəhrəman” polisimiz nə ananın fəryadına nə də bu vəhşilikdən qorxub ağlayan uşağın ağlamasına fikir vermir… Bundan böyük qəddarlıq olarmı?.. Yəni bu rejim üçün 5 yaşlı uşağın “Azadlıq” istəyi bu qədərmi təhlükəlidi? Əslində qolu qandallanmalı və cəzaya məhkum edilməli olan hətta 5 yaşlı uşaqda belə Azadlğa həsrət yaradan böyük-böyük əmilər olmalıydı. Bunu edə bilmirsə heç olmazsa normal insanlıq göstərsinlər. Yəni o qədər polisin içində ata olanı, qəlbində övlad sevgisi yaşadan biri yox idimi? Yoxdursa vay bizim halımıza… Ətraflı…