Arxiv

Posts Tagged ‘Atalay Taştikən’

“Ölkənizdə nəfəsi də iznləmi alırsınız?”

Türkiyəli qonağım qadağalardan bezib soruşdu, mənsə utandım…

Yəqin ki, qolçomaqlar barədə oxumusunuz. Sovet quruluşu qolçomaq saydığı bəylərə, mülkədarlara etdiyi zülmləri bir zamanlar təbliğ edirdi.
Sovetlər tarixin arxivinə getdi və indi yeni qolçomaqlar yetişir. Azərbaycanda kim haranın rəhbəri, müdiri təyin olunursa, ora onun dədəsindən qalan mülk sayılır və olur mülkədar, qolçomaq, necə deyərlər, “mini xan”…
Bu qolçomaqlar ölkəni 20-ci əsrin əvvəllərinə yox, bir az da qədimə, 18-ci əsrrə qaytarıblar. Faktiki olaraq Azərbaycan xanlıqlara parçalanıb, feodal təfəkkürlü mini xanların, məmlüklərin idarəetməsinə keçib. Ölkədə qayda-qanun, Ana yasa-zad işləmir. Kimin kefi necə istəyir, kimin qolu güclüdür, elə də qərar çıxarır, insanları onun qanunlarına tabe olmağa vadar edir. Ətraflı…