Arxiv

Posts Tagged ‘Azərbaycan’

YAP hakimiyyətin iki üzü

Bəs, niyə Türkiyə dövləti öz maraqları üçün Ermənistan ilə əlaqə quranda aləmə car cəkirdiniz…

Son günlər Türkiyə-İsrail münasibətləri tarıma çəkilib. Yəni İsrail adlanan dövlətin Türkiyənin Qəzzaya gedən gəmisini vurması və türk vətəndaşının öldürməsi bu gərginliyə səbəb olub. Türkiyənin İsraildən üzr istəmə tələbi və İsrail başbilənlərinin üzr istəməyəcəyik mesajı iki ölkəninin münasibətlərini tam gərginləşdirib. İki dövlət arasında münasibətlər ikinci dərəcəyə enib.

Bu arada,  Türkiyə dövlətinin Azərbaycandakı böyük elçisi Hulusı Kılıc deyib ki,  Azərbaycan İsraillə münasibətlərinə yenidən baxmalıdır: “Türkiyə ilə İsrail arasındakı münasibətlərin gərginləşdiyi bir dövrdə bizə qardaş olan Azərbaycan da bu ölkə ilə münasibətlərinə yenidən baxmalıdır. Biz hər zaman, tarix boyunca Azərbaycanın yanında olmuşuq. Azərbaycana görə 18 ildir sərhədlərimiz bağlıdır. Türkiyə Azərbaycana görə 18 ildir sərhədlərini bağlayırsa, qardaş bir dövlətin problemi də Azərbaycanın problemi olmalıdır”.

Ətraflı…

Advertisements

“Dil millətin namusudur”

Biz necə, dilimizə sahib çıxırıqmı?

Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsi dövlət dili haqqındadır:
I.Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.

Danışmaq, bir-biri ilə ünsiyyətdə olmaq insanı bütün digər yaradılışlardan fərqləndirən tək xüsusiyyətdir. Tanrı yer kürəsində hər bir millətə yaşamaq üçün ayrıca məkan, coğrafi ərazi ayırdığı kimi, dil, ünsiyyət müxtəlifliyi də verib. Hər bir insanın öz ana dilində danışması, yazıb-oxuması Tanrı tərəfindən verilən haqdır. İnsalar müxtəlif sosial-siyasi və digər səbəblərdən doğulduqları ərazini, yəni Tanrının onlara Vətən olaraq seçdiyi məkanı tərk edə və başqa bir məmləkətdə yaşaya bilərlər. Bu halda belə Tanrının seçimi olan məkan Vətən müqəddəsliyini itirmir yəni əvəzlənmə formal xarakter daşıyır. Amma milli dil, Ana dili heç bir halda dəyişilməzdir.
Ətraflı…

Ölən ölsün-əsas olan biz qazanalım

Azərbaycandakı siyasi vəziyyət, Konstitusiyanın  oliqarx maraqlarından daha hörmətsiz bir sənəd olması, insan hüquq və azadlıqlarının məhdudlaşdırılması, seçki prosesinin qutudan iqtidarın istəyi ilə ad çıxarmaq “foksu”na çevrilməsi və s.  Bu kimi işləklər hər kəsə bəllidir. Bu mövzuda danışmaqla yeni Amerika kəşf etmək, kimisə təəccübləndirmək mümkün deyil.

Buna görə də mən hakimiyyətin əhalinin sosial durumu ilə bağlı apardığı işlərin bəzi pərdəarxası tərəflərinə toxunacam. Çünki bu iqtidar pərdəarxasında etdiklərini səhnədə vətəndaşlara başqa cür təqdim edir. Nə statistik göstərici vermək, nədə bunları analiz etmək fikrim var. Onsuz da, YAP-çılar və coxbilmişlər demişkən “Azərbaycan analoqsuz inkişaf edən ölkədir….” Ətraflı…

Liviya: Neft uğrunda mübarizə, yoxsa demokratiya..?!

Son vaxtlar Ərəb ölkələrində baş verən proseslər, inqilablar hər kəsin yaddaşlarında dərin izlər buraxıb.

Nə baş verir?!

Diktatorlardan bezən xalq, insan kimi yaşamaq istəyənlər qalxıb öz haqlarını tələb edirlər…
Diktatura idarə üsulu dünyada iflasa uğramaqdadır. Artıq seçkisiz- filansız hakimiyyəti mənimsəyənləri Xalq gəldiyi kimi də yola salır…
Bunları kim gətirib hakimiyyətə, Xalqmı?! Kim durub arxalarında- Qərbmi..?! Ətraflı…

Evim sənədləşəcək, yoxsa söküləcək?..

Deməli belə…

Bakı şəhər İcra Hakimiyyətində müşavirə keçirildi…. Və həmin müşavirədə qəti qərara alındı ki, Bakı şəhərindəki tikilən bütün sənədsiz evlər qeydiyyata alınacaq….. Və bu sənədsiz evlərə görə isə…. günahkarlar da cəzalandırıla bilər!? Allah eləməmiş!..  Ətraflı…

Kateqoriyalar: Uncategorized Etiketlər: , , , , ,

Nə olar deməəəəəəəəəəə….. Deyirəm İS TE FA!, İS TE FA!

Hər kəsin fikir və ifadə azadlığı var!
Bu, Azərbaycan Respublikasının Konstitusiyasında belə yazılıb.
Görəsən, həqiqətənmi hər kəsin fikir və ifadə azadlığı var?
Ola da bilər, olmaya da bilər?
Qəliz məsələdir……             Həm də mürəkkəb…..
Qışqırmaq, elə bağırmaq olsun…. İnsan övladına bu səs verilib…..

Əgər verilibsə, niyə də qışqırmasın… Ətraflı…

Kateqoriyalar: Uncategorized Etiketlər: , , , , ,

Bura Azərbaycan, biz Azərbaycanlıyıq….

Biz, Azərbaycanlıyıq…… Bu söz hər zaman məni düşündürür! Niyə? Çünki bir mənfi və utanc gətirən nəsə olsa BU SÖZ bizim yadımıza düşür… Özümüz-özümüzü aciz hesab edirik….

Bu gün dünyada qloballaşma gedir, hər kəs haqqını tələb edir. Tunis, Misir, Yəmən göz önündədir. Qonşumuz gürcülər kimi də deyilik  ki, haqqımızı tələb edək… etiraf edək ki, qorxuruq…. Nədən, bilmirəm..

Adicə “JEK” müdiri də bizi əzir, bir arayışı 20 manata verir, söz deyə bilmirik… Cünki Azərbaycanlıyıq və BELƏ DƏ OLMALIDIR….

Ətraflı…

Kateqoriyalar: Ümumi Etiketlər: , ,