Arxiv

Posts Tagged ‘Bakı’

Yaşamırıq… sürünürük!

BakıAnaloqzuz inkişaf  budur…

Payızda qəfil qarın yağması ölkəni, xüsusən də dağ rayonlarını acınacaqlı duruma saldı. Qarın yağması ilə hakimiyyətin “analoqsuz inkişaf” tapıntısının sadəcə söz və kağız üzərində olduğu tam aydın oldu. Belə ki, havaların kəskin soyuması, qar və yağışın yağması nəinki ucqar rayonlarda, hətta Bakıda da həyatı iflic etdi. Yağışın yağması ilə Bakı küçələrini su basdı və nəqliyyatın hərəkət etməsi tam məhdudlaşdı. Əgər bir gün tam olaraq leysan yağsa Bakını su basar. Hələ yüngülvari yağış  nəticəsində paytaxtı su basır. Mərkəzi küçələr su altında qalır. Bakı küçələri coşqun dağ çaylarına bənzəyir.  Bakındakı köhnə tikililərin birinci mərtəbələrində yerləşən mənzillər yağış suyu ilə dolur.  Cünki yeni tiklilər Bakının baş planına uyğun deyil… Kim nə istəyir, pulunu verib edir… Ətraflı…

Hər kəsin oxumalı olduğu kitab…

Millətimizin şərəf tarixindən bəhs edən “Difai fədailəri”

Bloqlarda kitab həftəsinə 2-ci yazı olaraq Sabir Rüstəmxanlının «Difai fədailəri» sənədli romanıdan söz açacağam.  Kitab 2010-cu ildə  «Qanun» nəşriyyatında çap olunub və 448 səhifədir. Roman Azərbaycanın çox çətin siyasi-psixoloji dövrünü – 1905-ci ildən başlayan və Rusiyanın dəstəyi ilə ermənilərin azərbaycanlılara qarşı apardığı soyqırım tarixini əks etdirir.

Azərbaycan ictimai-fikir tarixinin ən nəhəng simalarından olan Əhməd Ağaoğlu 1905-1907-ci illər erməni-müsəlman davasında erməni terrorunun qarşısını almaq, ermənipərəst çar idarələrinin xəyanətkar Antiazərbaycan siyasətinə cavab vermək üçün “Difai” adlı bir partiya və ya müdafiə təşkilatı yaratmışdı. “Dişə-diş, qana-qan” şüarı ilə meydana çıxan “Difai”nin fəaliyyəti Qafqazda qüvvələr nisbətini Azərbaycanın xeyrinə dəyişdirdi. Ermənilər azərbaycanlıları qisasını görüncə geri çəkilməyə məcbur oldular. Gücə qarşı gücün dayanmalı olduğunu yaxşı anlayan Ə.Ağaoğlunun qurduğu və məşhur ictimai-siyasi xadimlərin dəstək verdiyi bu qurum qısa müddətdə Bakıdan Batuma, Qarabağdan Dağıstana qədər böyük bir ərazini əhatə etmiş, erməni vəhşiliyi nəticəsində əzizlərini itirmiş 10 minlərlə insanın şəxsi intiqam hissini Azərbaycanın xilası yolunda səfərbər etməyi bacarmışdır.  Ətraflı…

Bakıda səki… nə üçündür?

Təbii ki, …. oxuyub biləcəksiniz

Dədə Qorqud qəhrəmanlıq edənlərə ad verərmiş… Dədə, bir dəfədə səf etdiyini şer ilə dilə gətirərək belə də deyib:

Ayrana doyran demədim mən Dədə Qorqud.

İynəyə tikan demədim mən Dədə Qorqud.

Tikənə sökən demədim mən Dədə Qorqud..

Nə isə…

Ətraflı…

“Ölkənizdə nəfəsi də iznləmi alırsınız?”

Türkiyəli qonağım qadağalardan bezib soruşdu, mənsə utandım…

Yəqin ki, qolçomaqlar barədə oxumusunuz. Sovet quruluşu qolçomaq saydığı bəylərə, mülkədarlara etdiyi zülmləri bir zamanlar təbliğ edirdi.
Sovetlər tarixin arxivinə getdi və indi yeni qolçomaqlar yetişir. Azərbaycanda kim haranın rəhbəri, müdiri təyin olunursa, ora onun dədəsindən qalan mülk sayılır və olur mülkədar, qolçomaq, necə deyərlər, “mini xan”…
Bu qolçomaqlar ölkəni 20-ci əsrin əvvəllərinə yox, bir az da qədimə, 18-ci əsrrə qaytarıblar. Faktiki olaraq Azərbaycan xanlıqlara parçalanıb, feodal təfəkkürlü mini xanların, məmlüklərin idarəetməsinə keçib. Ölkədə qayda-qanun, Ana yasa-zad işləmir. Kimin kefi necə istəyir, kimin qolu güclüdür, elə də qərar çıxarır, insanları onun qanunlarına tabe olmağa vadar edir. Ətraflı…

Evim sənədləşəcək, yoxsa söküləcək?..

Deməli belə…

Bakı şəhər İcra Hakimiyyətində müşavirə keçirildi…. Və həmin müşavirədə qəti qərara alındı ki, Bakı şəhərindəki tikilən bütün sənədsiz evlər qeydiyyata alınacaq….. Və bu sənədsiz evlərə görə isə…. günahkarlar da cəzalandırıla bilər!? Allah eləməmiş!..  Ətraflı…

Kateqoriyalar: Uncategorized Etiketlər: , , , , ,