Arxiv

Posts Tagged ‘Berti Foqts’

Ziyalı necə olur?

Sabir Rüstəmxanlı

Sabir Rüstəmxanlı

Sabir Rüstəmxanlı aprelin 1-də Azərbaycan-Belçika oyunundan sonra belə deyib: Mənim fikrimi soruşublar. Amma zarafat günü olmasına baxmayaraq tam ciddi şəkildə demişəm ki, Belçikadakı oyunda mənim gördüyüm Azərbaycan komandası qoyun sürüsünü xatırladırdı. Azərbaycanın pulu-parası ilə xaricdən futbolçu, məşqçi gətirilir. Mədəniyyətimizdən, tariximizdən artıq bu sahəyə vəsait qoyulur. İdmanın bir çox sahələri var ki, Azərbaycana şöhrət gətirir. Biz onlarla fəxr edirik. Onların hər birinə nə qədər pul xərclənibsə, halalları olsun. Ölkədə gərək futbol evlərdən, həyətlərdən, idman məktəblərindən başlasın. Kənardan quyuya su tökməklə quyu sulu olmaz. Kənardan gələn məşqçinin heç nə vecinə deyil. Hər dəfə deyir gələn dəfə udacağıq. Xarici məşqçilərin işi ATƏT-in Minsk qrupunun fəaliyyətindən heç nə ilə fərqlənmir. Futbolda belədi ki, top rəqibdə olanda hücum edərlər. Amma bizim komandada bunu görmədim. Yəni Azərbaycan komandası mənə qoyun sürüsü təsiri bağışladı. Oradakı millətin şərəfinə-ləyaqətinə yanlış hərəkət olur, onda deyirlər bu qoyunluqdu. Bu da təhqir hesab olunmur. Buna Rövnəq necə baxır, bu, artıq onun öz ziyalılığıdı”. Ətraflı…