Arxiv

Posts Tagged ‘dil qurumu’

Elnur Astanbəyliyə məsləhət

Dəyərli «Azadlıq» qəzetinin köşə yazarlarından olan Elnur Astanbəylinin hər kəsə qarşı patoloji bir nifrətlə baxdığı onun yazılarından bəllidir. Elnur bəy sanki  kindən, nifrətdən yoğrulub və şəxsi ambisiyalarını ictimailəşdirmək onun amalıdır.

Dünən o, növbəti dəfə şəxsi qərəzini «ümumiləşdirmə» fürsəti qazanıb və VHP sədri Sabir Rüstəmxanlıya qarşı fərdi antipatiyasını qələmə alıb. Fürsət Sabir Rüstəmxanlının sədri olduğu Azərbaycan Dil Qurumunun mətbuata müraciəti, səbəb isə Elnur Astanbəylinin şəxsi intriqasıdır.

Astanbəyli bəhanəyə belə başlayır: «Sabir bəy Amerika kəşf etmir, bu mövzunu jurnalistlər də öz aralarında çox dartışır».

Sabir bəyin yeni dil normaları yaratmaq və Amerika kəşf etmək istəyini Elnur hardan çıxartdı? Müraciətdə jurnalistləri dil normalarına riayət etməyə dəvət var, başqa heç nə! Elnur bəyin dediyi kimi, jurnalistlər bunu öz aralarında dartışırsa, lap yaxşı, Azərbaycan Dil Qurumu da onların müzakirəsinə qoşulub. Burda tənqid ediləsi nə var? Ətraflı…

Advertisements