Arxiv

Posts Tagged ‘diplomat’

«Diplomat»ı kim himayə edir?

Ölkədə siyasi sabitliyi qorumaq uğrunda dövlətimiz ciddi ləyaqətli-mətanətli-dəyanətli-sədaqətli addımlar atır.

İbadət etdiklərinə görə ciddi qanun pozuntusuna yol verən və ölkəmizin dünyəvi imicinə sarsıdıcı zərbə vuran möminlər həbs edilir, onların çevriliş etmək niyyətiylə yastıqlarının altında gizlətdikləri tank, döşəklərinin altına soxduqları və «Lazım kimi» gələndə istifadə edəcəkləri ehtimal olunan S300 zenit-raket qurğuları, kitabxanalarında qoruduqları «DIN kitabı» adlı nüvə başlıqları tapılaraq müsadirə olunur.

Hökumət bir daha sübut eləyir ki, bu ölkədə icazəsiz quş uça bilməz! Bəs, necə? Axı, «rastamoşka» olunmayan quş özüylə quş qripi gətirə bilər ki, bu da dəyanətli xalqımızın səhhətinə ziyan eləyər.

Ölkə vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə dövlətimiz hər bir vətəndaşı güdür, insanlarımızın yatanda hansı yuxu gördüyü də nəzarət altındadır! Amma… Ətraflı…

Kateqoriyalar: Ümumi Etiketlər: , , , , , , ,